SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə Qazaxıstanın Safi Utebayev adına Atırau Neft və Qaz Universiteti QSC arasında olan əməkdaşlıq haqqında memoranduma əlavə protokol imzalanıb.
Bu barədə ali məktəbdən “Tehsiı365”ə məlumat verilib. Bildirilib ki, protokol çərçivəsində BANM-in kampusunda Azərbaycan-Qazaxıstan Elm və Təhsil Mərkəzi yaradılıb.
Mərkəz neft-qaz sənayesi, energetika və ekologiya sahələrində elmi-tədqiqat fəaliyyəti həyata keçirəcək, bu fəaliyyətlər karbon emissiyalarının azaldılması, rəqəmsallaşma və davamlı inkişaf təşəbbüslərinin dəstəklənməsinə yönəldiləcək.
Bu təşəbbüslər sahə üzrə mütəxəssislərin inkişafını dəstəkləməklə yanaşı, iki qardaş ölkə arasına təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın daha da genişlənməsinkə xidmət edəcək.