Təyyarə qəzasında həlak olan şəxslərdən biri pilot Aleksandr Kalyaninov.
Tehsil365 xəbər verir ki, Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin pilotlarından biri Aleksandr Kalyaninov Bakı Avropa Liseyinin məzunu olub.
Bu barədə lisey paylaşım edib.
Həmin paylaşımı təqdim edirik:
"Biz, Bakı Avropa Liseyinin müəllimləri üçün bu, şəxsi kədərdir: məzunumuz fəlakətdə həlak oldu. Bizim Aleksandr Kalyaninov!
Arzusunu həyata keçirdi: pilot oldu. Onun uğuruna necə də sevindik: liseyin əla abituriyenti, sonra tələbəsi üçün Türkiyədən təşəkkür məktubu var. Ağıllı, yaraşıqlı oğlan həyatının ən yaxşı çağında həlak oldu, onlarla insanın həyatını xilas edərək vəzifə başında dünyasını dəyişdi!
Ürək heç vaxt bu itki ilə barışmaz! Biz səmaya baxanda, uçan təyyarənin səsini eşidəndə Saşanı xatırlayacağıq! Əbədi yaddaş.......ailəsinə və dostlarına başsağlığı diləyirik! Allah rəhmət eləsin!",- deyə qeyd edilib.