Təhsil 365 - Logo Mobile

İqtisadiyyat İnstitutunda müxtəlif ölkələrdə dövlətin qiymətlərə müdaxilə dərəcəsi ölçülüb

2026.12.2024 - 07:20
İqtisadiyyat İnstitutunda müxtəlif ölkələrdə dövlətin qiymətlərə müdaxilə dərəcəsi ölçülüb

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Baş direktor professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən toplantıda institutun 2024-cü ildə yerinə yetirdiyi elmi-tədqiqat işləri üzrə illik hesabat dinlənilib.

Bu barədə “Tehsil365”ə institutdan bildirilib. Elmi katib Leyli Allahverdiyeva hesabat məruzəsində institutun əməkdaşlıq etdiyi dövlət qurumları, yerli və xarici universitetlər, beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilən görüşlər barədə məlumat verib. Bildirib ki, il ərzində bir sıra mühüm elmi nəticələr əldə edilib. İlk dəfə olaraq İqtisadiyyat İnstitutunda müxtəlif ölkələrdə dövlətin qiymətlərə müdaxilə dərəcəsi qeyri-səlis məntiq əsasında ölçülüb və təhlil olunub. Professor Nazim Müzəffərlinin rəhbərliyi ilə aparılan tədqiqatlarda ölçmələr iki formatda – birbaşa müdaxilələr üzrə və müdaxilənin ümumi səviyyəsi üzrə aparılıb. Bu əsasda iki yeni göstərici – Qiymətlərə birbaşa müdaxilə indeksi və Qiymətlərin tənzimlənməsi indeksi hesablanıb. Tətbiq edilmiş metodoloji yanaşmalar orijinaldır. Alınmış nəticələr əsasında müvafiq reytinqlər tərtib edilib, qiymətlərə müdaxilənin sosial-iqtisadi təsirləri araşdırılıb. Ölkələrarası müqayisəli araşdırma əsasında Azərbaycanda qiymət tənzimlənməsinin təkmilləşdirilməsi üzrə tövsiyələr hazırlanıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin sifarişi əsasında aparılmış tədqiqatın nəticələri kitab şəklində (“Qiymətlərin dövlət tənzimlənməsi: ölkələrarası müqayisəli təhlil. Azərbaycan üçün nəticələr”) nəşr olunub.

Şamaxı rayonuna özəl investisiyaların cəlb edilməsi imkanlarının qiymətləndirilməsi, cəlbediciliyin artırılması istiqamətində təşviq və dəstək mexanizminin hazırlanması məqsədilə tədqiqat aparılıb. Bir sıra praktik əhəmiyyətli təkliflərlə yanaşı, Şamaxının investisiya cəlbediciliyinin və biznes imkanlarının təşviqi konsepsiyası hazırlanıb, Şamaxıda Dağlıq-Şirvan Regional İnnovativ İnkişaf Mərkəzinin (KOB klasterlərinin) yaradılmasının məqsədəuyğunluğu əsaslandırılıb və onun təşkilati strukturu işlənilib. Elm və Təhsil Nazirliyinin sifarişi ilə “Elmin maliyyələşməsi mexanizminin təkmilləşdirilməsi üzrə təklif və tövsiyələrin hazırlanması” layihəsi icra olunub.

L.Allahverdiyeva məlumat verib ki, İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə Çinli alimlərin iştirakı ilə elmi sessiya, Naxçıvan Dövlət Universitetində “İxracyönlü sənayenin inkişafı: sənayeləşmə siyasəti və infrastruktur təchizatları” respublika elmi konfransı, "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması" layihəsi çərçivəsində sahibkarların iştirakı ilə biznes-forum keçirilib.

Elmi katib qeyd edib ki, il ərzində institutun əməkdaşları tərəfindən 4 monoqrafiya, 2 dərs vəsaiti, 4 proqram və metodik vəsaitlər, 170 məqalə, o cümlədən xaricdə 70 məqalə (impakt faktorlu jurnallarda 29) nəşr olunub. Müxtəlif aktual elmi mövzuların müzakirəsinə həsr olunmuş 8 elmi seminar təşkil edilib. İnstitutun əməkdaşları müxtəlif universitetlərdə təşkil olunmuş seminarlarda iştirak edib və mühazirələr oxuyublar. İl ərzində əməkdaşlar yerli və xarici mətbuatda 40-dan çox məqalə və müsahibələrlə çıxış ediblər.

İnstitutun 66 doktorant və dissertantı var. Dissertasiya Şurasında 13 dissertasiya işi (2 elmlər və 11 fəlsəfə doktorluğu üzrə) müdafiə olunub.

İl ərzində economics.org.az saytında institutun fəaliyyəti ilə bağlı 200-ə yaxın orijinal xəbər yerləşdirilib. 2024-cü ildə tam yenilənmiş dizaynla fəaliyyətə başlayan institutun “economics.org.az” internet saytına daxilolma və baxış sayı 1,2 milyona çatıb.

Şurada elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və bunun üçün əməkdaşların əlavə stimullaşdırılması məqsədilə Zəfər bayramına həsr olunmuş, 2024-cü ildə institutda yerinə yetirilən plan elmi-tədqiqat işlərinin müsabiqəsinin nəticələri elan olunub. Baş direktor Nazim Müzəffərli qaliblərin adlarını açıqlayıb və onlara müvafiq diplomları təqdim edib. Beləliklə, elmi şöbələr arasında müsabiqənin qalibi İnklüziv sosial inkişaf şöbəsi olub (şöbə müdiri Rəsmiyyə Abdullayeva). Əməkdaşlar arasında müsabiqədə Gülnarə Fətəliyeva və elmi işçi Mələk Əliyeva 1-ci, dosentlər Mahir Zeynalov və Nəsimi Əhmədov və İntizar Qurbanova 2-ci, Kamran Abdullayev, Ülkər Məmmədova, Akifə Ağayarova və kiçik elmi işçi Aynur Nəbizadə 3-cü yerləri tutublar. Qaliblərə pul mükafatları verilib.

Elmina Muxtarlı

Xəbər Lenti

Ferdi Tayfur vəfat etdi - FOTO+VİDEO02.01.2025 - 13:20
Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edilib02.01.2025 - 12:40
Azər Baxşəliyev vəfat edib? - Yenilənib02.01.2025 - 12:20
Alimlərdən maraqlı araşdırma02.01.2025 - 12:00
Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb02.01.2025 - 11:40
Hacıqabulda qəza: Beş nəfər xəsarət aldı, azyaşlının vəziyyəti ağırdır02.01.2025 - 11:20
Prezident ailəsi ilə Şahdağ Turizm Kompleksində02.01.2025 - 11:00
Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı02.01.2025 - 10:40
Sabah Bakıda külək əsəcək, rayonlarda duman olacaq02.01.2025 - 10:20
Bu telefonlarda vatsap bloklanır - Siyahı02.01.2025 - 09:40
“İki raket atılıb” - Təyyarəmizi vuran rus komandirin etirafı02.01.2025 - 09:20
Polad Həşimovun məzarı ziyarət edildi - FOTO02.01.2025 - 09:00
Kürdə batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNDİ02.01.2025 - 08:40
Ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunur 02.01.2025 - 08:20
Natiq Qasımovun doğum günüdür02.01.2025 - 08:00
İnsan hüceyrələrində "ölüm taymeri" aşkar edildi02.01.2025 - 07:40
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür02.01.2025 - 07:20
Yer kürəsində maqnit qasırğası kritik həddə çatır02.01.2025 - 07:00
Bu gün hava yağmursuz olacaq02.01.2025 - 06:40
Cəlilabadda bədbəxt hadisə zamanı xəsarət alan azyaşlının son vəziyyəti AÇIQLANDI02.01.2025 - 06:20
Biləsuvarda yeniyetmə "TikTok"un qurbanı oldu02.01.2025 - 06:00
İnstaqramda milyonluq səhifəsi olan pedoqoq – Nihad Şahbazov kimdir?01.01.2025 - 12:40
Ən yaxşı 10 Yeni il kitabı - Siyahı01.01.2025 - 12:20
Yeni ili ən sonuncu Sakit Okeanda dənizçilər qeyd ediblər01.01.2025 - 12:00
Bayramdan sonra Bakı - FOTO01.01.2025 - 11:40
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir01.01.2025 - 11:20
ÜST COVID-19-la bağlı Çinə çağırış etdi01.01.2025 - 11:00
"Kaspi" qəzeti 144 illiyini qeyd edir01.01.2025 - 10:40
Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq - PROQNOZ01.01.2025 - 10:20
Emin Ağalarov qızını belə təbrik etdi01.01.2025 - 10:00
Maqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ 01.01.2025 - 09:40
Azərbaycanda minimum əməkhaqqı ARTDI01.01.2025 - 09:20
Səbail rayonunda torpaq sürüşməsi baş verib - FOTO01.01.2025 - 09:00
“Beyaz Şou” ekranlara qayıdır01.01.2025 - 08:40
“O Ses Türkiye”nin yayım tarixi açıqlandı01.01.2025 - 08:20
Faktiki hava açıqlanıb 01.01.2025 - 08:00
Yol qəzasında azyaşlılar xəsarət alıb01.01.2025 - 07:40
Gəncədə 22 yaşlı gənc oğlan bıçaqlanıb01.01.2025 - 07:20
Leyla və Arzu Əliyevalar Qocalar evini ziyarət ediblər01.01.2025 - 07:00
Leyla Əliyeva Yeni il bayramı ilə əlaqədar paylaşım edib - FOTO01.01.2025 - 06:40
Azərbaycanda 2025-ci ilin ilk körpəsi... 01.01.2025 - 06:20
Bu gün 14 dərəcə isti olacaq01.01.2025 - 06:00
Azərbaycana Yeni il gəldi31.12.2024 - 22:00
“Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdanların sayı artacaq”31.12.2024 - 21:40
Bakıda atəşfəşanlıq təşkil olundu31.12.2024 - 21:20
“Biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq” - Prezident31.12.2024 - 21:10
“İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapıb”31.12.2024 - 21:00
İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqladı31.12.2024 - 20:40