Dünən AZAL-ın qəzaya uğrayan təyyarəsində olan sərnişinlərdən 8 nəfəri Zaqatala rayonunun Danaçı kəndindəndir.
Onlardan 6-sı həlak olub, 2-si isə yaralanıb.
Tehsil365 xəbər verir ki, sərnişinlər arasında 2008-ci il təvəllüdlü Səlihət Ceerova da var.
O, orta təhsilini Danaçı kəndində alıb.
Xarici ölkəyə gedəcəkləri üçün dekabrın 23-ü valideynləri ərizə yazaraq onu məktəbdən çıxarıblar.
Qeyd edək ki, o, dünən anasına səslənərək yaxşı olduğunu, atası Xizri Ceerovdan isə xəbər almadığını bildirib.