“Qazaxıstan dövlətinə dərin təşəkkürümüzü bildiririk”.
Tehsil365 APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib:
“Qazaxıstan dövləti ilə əlaqədar strukturlar çox operativ şəkildə hadisələrə reaksiya verdilər. Onlar əllərindən gələni etdilər ki, yaralıları sağ çıxara bilsinlər. Çox vaxtında, zamanında lazım olanı etdilər. Aktauda 5 Baş konsulluq: Türkiyə, İran, Türkmənistan, Özbəkistan fəaliyyət göstərir, onlar da bura gəldilər. Xəstəxanada da tibbi müdaxilə vaxtında edildi. Həkimlər əllərindən gələni etdi ki, yaralılar həyatda qalsın. Məndə olan məlumata görə, nə xəstəxanaya aparılarkən, nə də xəstəxanada ölən olub”.