Təhsil 365 - Logo Mobile

Yaşıl dünyanın Qarabağ modeli - FOTO

3426.12.2024 - 16:20
Yaşıl dünyanın Qarabağ modeli - FOTO

Dekabrın  25-də  "Yaşıl dünya naminə həmrəylik ili" və "Yaşıl UNEC ili" çərçivəsində UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi və Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin təşkilatçılığı, "Baku Steel Company" QSC-nin dəstəyi ilə keçirilən "Yaşıl dünyanın Qarabağ modeli" adlı ümumrespublika elmi məqalə müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilib.

Tehsil365 xəbər verir ki, tədbir ölkə başçısı İlham Əliyev tərəfindən elan olunmuş 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Vüqar Bayramov, Tural Gəncəliyev, UNEC-in elm və innovasiyalar üzrə prorektoru professor Rövnəq Əliyev, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri professor Şəfa Əliyev ali təhsil müəssisələrinin professor-müəllim heyətinin, gənc tədqiqatçılarının müsabiqədə iştirakını yüksək qiymətləndirmiş, Qarabağda yaşıl iqtisadi zonanın yaradılması, infrastrukturun bərpası yollarına həsr olunmuş elmi-tədqiqatların əhəmiyyətindən danışmışlar. Azərbaycanın yaşıl  dünya modelinin bütün dünya üçün örnək olduğunu deyən natiqlər qeyd ediblər ki, bir sıra xarici qüvvələrin riyakar səylərinə baxmayaraq ölkəmizdə COP29 tədbiri böyük uğurla başa çatıb.

Müsabiqədə baxılan elmi istiqamətlər ilboyu Azərbaycanda  uğurla  reallaşdırılan və qlobal iqlim dəyişkilikləri ilə bağlı problemlərə həsr olunan COP29 kontekstində müstəsna əhəmiyyət kəsb edib. Müsabiqə iştirakçılarının təqdim etdikləri məqalələrdə alterativ enerji resurslarının formalaşdırılması, yaşıl iqtisadiyyat quruculuğunun tərkib elementlərinin müəyyənləşdirilməsi, Qarabağın “yaşıl” iqtisadiyyat və “yaşıl” enerji sahəvi strukturunun formalaşdırılması, xüsusilə günəş enerjisindən səmərəli istifadə edilməsi, su mənbələrinin ehtiyatlarının qiymətlə endirilməsi, regionun ekoloji problemlərinin həll olunması problemləri və həlli yolları daha çox aktuallıq təşkil edib.

Müsabiqənin Təşkilat Komitəsinin ünvanına ölkənin müxtəlif elm və ali təhsil müəssisələrindən, tədqiqat institutlarından və mərkəzlərindən, müstəqil tədqiqatçılardan 90 məqalə daxil olub. Məqalələrin qiymətləndirilməsi zamanı əsas meyarlara məqalənin adının məzmuna uyğunluğu; aktuallığı; elmi məzmunu; praktikliyi və əsaslandırma dərinliyi müəyyənləşdirilib.

Müsabiqədə iştirak edən müəlliflərin coğrafi dairəsi ölkəmizin əksər universitetlərini və elmi-tədqiqat müəssisələrini, o cümlədən Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azə rbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Biznes Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu, Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunu və s. əhatə edib.

Müsabiqənin yekunu olaraq, professor-müəllim heyəti və doktorant, magistr və tələbələr üçün iki nominasiya üzrə hər bir nominasiyada ilk 3 yeri tutanlara pul mükafatları verilib. Bundan əlavə, hər iki nominasiya üzrə 13, cəmisi 26 nəfər elmi məqalə müsabiqəsi iştirakçıları sertifikatlara layiq görülüblər. Ümumilikdə 80 məqalənin toplu şəkildə elektron – kitab formatında nəşr edilməsi və UNEC-in rəsmi saytında yerləşdirilməsinə qərar verilib.

Elmina Muxtarlı

Xəbər Lenti

Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 05.02.2025 - 14:39
Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib05.02.2025 - 14:26
Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək05.02.2025 - 14:14
Azərbaycanda professor vəfat etdi - FOTO05.02.2025 - 14:03
Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatıb05.02.2025 - 13:50
AzMİU-da Məzunlar Assosiasiyasının təsis yığıncağı keçiriləcək05.02.2025 - 13:36
Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub 05.02.2025 - 13:22
DİM imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb - FOTO05.02.2025 - 13:13
Mərkəzi Elmi Kitabxananın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub05.02.2025 - 13:00
Samux məktəbindəki davamiyyətlə bağlı AÇIQLAMA05.02.2025 - 12:48
Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərs zamanı halı pisləşən şagird öldü05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45
Ötən il televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr STATİSTİKASI05.02.2025 - 07:32
Dahi bəstəkar Qara Qarayevin doğum günüdür05.02.2025 - 07:18
AzMİU və UZGE İnstitutu arasında strateji görüş - FOTO05.02.2025 - 07:05
İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir05.02.2025 - 06:51
Azərbaycanlı tələbələr layihələrini Niderlandda təqdim ediblər - FOTO05.02.2025 - 06:37
MÜTDA-ya yeni direktor müavinləri təyin olundu05.02.2025 - 06:22
Tanınmış yazıçı-jurnalist vəfat edib05.02.2025 - 06:07
Bakı “Avrasiya Universitetləri Sammiti”nə ev sahibliyi edəcək05.02.2025 - 05:52
Küləkli havada mümkün qədər diqqətli olun - FHN05.02.2025 - 05:37
ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar - FOTO05.02.2025 - 05:30
Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 05:15
İlk dəfə insan beynində mikroplastik tapıldı - CNN04.02.2025 - 20:55
Millimiz Yunanıstanla qollu heç-heçə etdi04.02.2025 - 20:09