Cari ildə 29 yeni məktəbdə inklüziv siniflər fəaliyyətə başlayıb.
Bu barədə “Tehsil365”ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri üzrə 12, Abşeron rayonu üzrə 1, Sumqayıt şəhəri üzrə 1, Şəki şəhəri üzrə 1, Biləsuvar rayonu üzrə 1, Şirvan rayonu üzrə 1, Qusar rayonu üzrə 1, Şabran rayonu üzrə 1, Göygöl rayonu üzrə 1, Beyləqan rayonu üzrə 1, Saatlı rayonu üzrə 1, Mingəçevir şəhəri üzrə 3, Qazax ryonu üzrə 1, Tovuz rayonu üzrə 1, Şamaxı şəhəri üzrə 1, İmişli rayonu üzrə 1 olmaqla ümumilikdə 29 yeni məktəbdə inklüziv siniflər fəaliyyətə başlayıb.