Cari ildə xarici kvalifikasiyaların tanınması ilə bağlı 6013 müraciət üzrə ekspertiza həyata keçirilib.
Bu barədə “Tehsil365"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Ekspertiza nəticəsində 4891 müraciət üzrə müsbət rəy verilib və müraciət edənlərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. Digər 1122 müraciət üzrə mənfi rəy verilib və müraciət edənlərin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.
Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ölkələrin siyahısı:
Rusiya Federasiyası (1841), Türkiyə Respublikası (1616), Ukrayna (1377), Gürcüstan (296), Birləşmiş Krallıq (189).
Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ali təhsil müəssisələrinin siyahısı:
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (127), Ukrayna Milli Mülki Müdafiə Universiteti (119), Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti (103), İstanbul Universiteti (90), S.Kuznets adına Xarkov Milli İqtisad Universiteti (87).
Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ixtisasların siyahısı:
Hüquqşünaslıq, maliyyə, iqtisadiyyat, biznesin idarəedilməsi, tibb ixtisası yer alır.