"Hökumə öz istəyi ilə 2016-cı ilin aprelindən hava limanında işləməyə başlayıb. Artıq 9 ilə yaxındır ki, AZAL-da fəaliyyət göstərib. Həmçinin, qızım 2 il Goranboy rayon Dövlət Sosial Müdafiə Fondunda hüquqşünaslıq üzrə çalışıb".
Tehsil365 xəbər verir ki, bu sözləri APA TV-yə müsahibəsində Aktauda təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib.
Onun sözlərinə görə, hər zaman xarici ölkələri gəzməyi sevirdi və elə ona görə də belə bir seçim etdi:
"Hətta getdiyi xarici ölkədən mənə zəng vurub: "ata, sənə nə alım? Nə lazımdır?",- deyə söylərdi. Məni hər zaman axtarırdı. Bir ata kimi qızımla fəxr edirəm. Allah prezidentimizin canını sağ eləsin, millətimizi qorusun. Özüm Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Arzumdur ki, fəaliyyət göstərdiyim Kəlbəcər rayon 67 saylı tam orta məktəbin adı qızım Hökümənin adını daşısın".