2024-cü təqvim ili ərzində BŞTİ-nin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, həmçinin bir neçə direktorun iş yeri dəyişdirilib.
BŞTİ-dən Təhsil365-ə bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 21 nəfər direktor vəzifəsinə təyin olunub, 13 direktorun iş yeri dəyişdirilib.
Çalışmanın yaş həddinə çatmış 26 direktorla müddətli əmək müqaviləsi bağlanıb.