Təhsil 365 - Logo Mobile

Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib - FOTOLAR

7029.12.2024 - 16:00
Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamına müvafiq olaraq dekabrın 25-də Bakı şəhəri, Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbi ilə Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbi arasında virtual körpü yaradıldı. Bu körpü dəyirmi masa şəklində təşkil olundu.

Tehsil365 xəbər verir ki, öncə Azərbaycan Dövlət Himni səsləndirildi. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin tarix müəllimi Təranə Cəbiyeva XX əsrin əvvəllərində Naxçıvanda baş verən hadisələr haqqında məlumat verərək qeyd etdi ki, "Çar Rusiyası və Qacarlar dövləti arasında 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay sülh müqavilələri bağlandı. Bu müqavilələr həm Çar Rusiyası, həm də xain ermənilər tərəfindən Azərbaycanın tarixi torpaqlarının işğalına yol açdı. Azərbaycan iki yerə parçalandı, əzəli torpaqlarımızda ermənilərin yerləşdirilməsi və dövlət yaratmaları üçün şərait yarandı. Türkmənçay müqaviləsindən sonra təkcə 1830-cu ildə Naxçıvana 12.555 nəfər erməni köçürüldü.” Sonra Təranə Cəbiyeva naxçıvanlı diplomat Behbud ağa Şahtaxtinskinin Moskvada, Rusiya-Türkiyə danışıqlarında iştirak etdiyini, Naxçıvanın Azərbaycanın ayrılmaz bir hissəsi olaraq, muxtariyyət statusunun verilməsinə də təsir göstərdiyini söylədi.

IX b sinif şagirdləri Y.Cabbar və A.Abdullayeva Naxçıvan Muxtar Respublikasının 100 illik tarixini vərəqlədilər. Tarix boyu Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan torpağına xain qonşularımızın göz dikməsindən, çar Rusiyasının və Sovet imperiyasının köməyi ilə Naxçıvana qarşı düşmənlərimizin qərəzli iddialarından və 1990-cı illərdə Naxçıvanın Ermənistan tərəfindən blokadaya alındığı günlərdə Ulu Öndər Heydər Əliyevin qətiyyətlə Naxçıvanı mürəkkəb, çətin və siyasi şəraitdə xilasından danışdılar.

Qeyd olundu ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun tərkibində xidmət edən Naxçıvanın cəsur oğulları Qarabağ torpağını erməni faşistlərindən azad edilməsində qəhrəmanlıq göstərmişdilər. Şagirdlərdən M.Paşayeva, N.Abdullayeva 100 illik yubileyini qeyd etdiyimiz Naxçıvana həsr olunan şeirləri coşqu ilə söylədilər. X b sinif şagirdi S.Məmmədzadə isə "Qarabağ” mahnısını oxudu.

Görüşün növbəti hissəsində Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbin tarix müəllimi Cəmşid Məmmədovun şagirdləri Naxçıvanın tarixindən söhbət açdı. Şagirdlərdən G.Xəlilova, D.İsayeva, F.İsmayılova, N.Bənənyarlı, F.Kazımova, Ü.Qafarov, N.Süleymanlı çıxış edərək, paytaxtı Naxçıvan olan Atabəylər dövləti və XI-XIII əsrlərin memarlığı, Naxçıvan xanlığı, ermənilərin törətdiyi soyqrımlar, müstəqilliyimiz, Sədərək döyüşləri haqqında geniş məlumat verdilər. Naxçıvanın 100 illik yubileyinə A.Məmmədli "Naxçıvan” şeirini, A.Məmmədli isə "Barı Naxçıvan” mahnısını ərməğan etdi.

Dəyirmi masanın sonunda Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova çıxış edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "Məktəblərdə Naxçıvan ayı” lahiyəsini yüksək dəyərləndirdi. Günay Novruzova 226 nömrəli tam orta məktəbin rəhbərliyinə təşəkkür edərək, Dəyirmi masada iştirak edən şagirdlərə dərslərində uğurlar arzuladı.

Təranə Cəbiyeva Bakı şəhəri, Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin tarix müəllimi

Elmina Muxtarlı

Xəbər Lenti

Ferdi Tayfur vəfat etdi - FOTO+VİDEO02.01.2025 - 13:20
Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edilib02.01.2025 - 12:40
Azər Baxşəliyev vəfat edib? - Yenilənib02.01.2025 - 12:20
Alimlərdən maraqlı araşdırma02.01.2025 - 12:00
Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb02.01.2025 - 11:40
Hacıqabulda qəza: Beş nəfər xəsarət aldı, azyaşlının vəziyyəti ağırdır02.01.2025 - 11:20
Prezident ailəsi ilə Şahdağ Turizm Kompleksində02.01.2025 - 11:00
Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı02.01.2025 - 10:40
Sabah Bakıda külək əsəcək, rayonlarda duman olacaq02.01.2025 - 10:20
Bu telefonlarda vatsap bloklanır - Siyahı02.01.2025 - 09:40
“İki raket atılıb” - Təyyarəmizi vuran rus komandirin etirafı02.01.2025 - 09:20
Polad Həşimovun məzarı ziyarət edildi - FOTO02.01.2025 - 09:00
Kürdə batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNDİ02.01.2025 - 08:40
Ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunur 02.01.2025 - 08:20
Natiq Qasımovun doğum günüdür02.01.2025 - 08:00
İnsan hüceyrələrində "ölüm taymeri" aşkar edildi02.01.2025 - 07:40
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür02.01.2025 - 07:20
Yer kürəsində maqnit qasırğası kritik həddə çatır02.01.2025 - 07:00
Bu gün hava yağmursuz olacaq02.01.2025 - 06:40
Cəlilabadda bədbəxt hadisə zamanı xəsarət alan azyaşlının son vəziyyəti AÇIQLANDI02.01.2025 - 06:20
Biləsuvarda yeniyetmə "TikTok"un qurbanı oldu02.01.2025 - 06:00
İnstaqramda milyonluq səhifəsi olan pedoqoq – Nihad Şahbazov kimdir?01.01.2025 - 12:40
Ən yaxşı 10 Yeni il kitabı - Siyahı01.01.2025 - 12:20
Yeni ili ən sonuncu Sakit Okeanda dənizçilər qeyd ediblər01.01.2025 - 12:00
Bayramdan sonra Bakı - FOTO01.01.2025 - 11:40
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir01.01.2025 - 11:20
ÜST COVID-19-la bağlı Çinə çağırış etdi01.01.2025 - 11:00
"Kaspi" qəzeti 144 illiyini qeyd edir01.01.2025 - 10:40
Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq - PROQNOZ01.01.2025 - 10:20
Emin Ağalarov qızını belə təbrik etdi01.01.2025 - 10:00
Maqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ 01.01.2025 - 09:40
Azərbaycanda minimum əməkhaqqı ARTDI01.01.2025 - 09:20
Səbail rayonunda torpaq sürüşməsi baş verib - FOTO01.01.2025 - 09:00
“Beyaz Şou” ekranlara qayıdır01.01.2025 - 08:40
“O Ses Türkiye”nin yayım tarixi açıqlandı01.01.2025 - 08:20
Faktiki hava açıqlanıb 01.01.2025 - 08:00
Yol qəzasında azyaşlılar xəsarət alıb01.01.2025 - 07:40
Gəncədə 22 yaşlı gənc oğlan bıçaqlanıb01.01.2025 - 07:20
Leyla və Arzu Əliyevalar Qocalar evini ziyarət ediblər01.01.2025 - 07:00
Leyla Əliyeva Yeni il bayramı ilə əlaqədar paylaşım edib - FOTO01.01.2025 - 06:40
Azərbaycanda 2025-ci ilin ilk körpəsi... 01.01.2025 - 06:20
Bu gün 14 dərəcə isti olacaq01.01.2025 - 06:00
Azərbaycana Yeni il gəldi31.12.2024 - 22:00
“Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdanların sayı artacaq”31.12.2024 - 21:40
Bakıda atəşfəşanlıq təşkil olundu31.12.2024 - 21:20
“Biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq” - Prezident31.12.2024 - 21:10
“İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapıb”31.12.2024 - 21:00
İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqladı31.12.2024 - 20:40