Təhsil 365 - Logo Mobile

ADPU-nun Şamaxı fililında “Həmrəylik işığında Azərbaycan” adlı tədbir keçirilib

3429.12.2024 - 16:20
ADPU-nun Şamaxı fililında “Həmrəylik işığında Azərbaycan” adlı tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Həmrəylik işığında Azərbaycan” adlı tədbir keçirilib.

Bu barədə “Tehsil365”ə universitetdən Məktəb Guşəsinə bildirilib.

Tədbir 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd edib ki, hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması müxtəlif səbəblərdən dünyanın fərqli ölkələrində yaşayan soydaşlarımızın tarixi vətən – müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-birləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. T.Yusifova vurğulayıb ki, bu gün, ilk növbədə, azərbaycançılıq ideologiyasına söykənir ki, son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Direktor tariximizə qızıl hərflərlə yazılan Vətən  müharibəsində  qazandığımız Zəfərin həmrəyliyimizin, xalq-iqtidar birliyinin – bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsi olduğunu vurğulayıb.

Ardınca Sosial və xüsusi fənlər kafedrasının baş müəllimi f.ü.f.d. Şasəddin Mikayılov “Birlik və həmrəylik Azərbaycan xalqının həyat tərzidir” mövzusunda ətraflı məruzə ilə çıxış edib. Məruzədə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu tarixi bayramın məqsəd və nəticələri geniş şəkildə işıqlandırılıb.

Tədbirin davamında Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov “Həmrəyliyin Azərbaycan modeli”, Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının baş müəllimi Vəsilə Razımi “Ləzgilər: adətlər və dəyərlər”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Yeganə Məlikova “Gənclik yaşının psixoloji xüsusiyyətləri və onlarda milli həmrəyliyin təşəkkülü” mövzularında çıxış ediblər.

Elmina Muxtarlı

Xəbər Lenti

Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərs zamanı halı pisləşən şagird öldü05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45
Ötən il televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr STATİSTİKASI05.02.2025 - 07:32
Dahi bəstəkar Qara Qarayevin doğum günüdür05.02.2025 - 07:18
AzMİU və UZGE İnstitutu arasında strateji görüş - FOTO05.02.2025 - 07:05
İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir05.02.2025 - 06:51
Azərbaycanlı tələbələr layihələrini Niderlandda təqdim ediblər - FOTO05.02.2025 - 06:37
MÜTDA-ya yeni direktor müavinləri təyin olundu05.02.2025 - 06:22
Tanınmış yazıçı-jurnalist vəfat edib05.02.2025 - 06:07
Bakı “Avrasiya Universitetləri Sammiti”nə ev sahibliyi edəcək05.02.2025 - 05:52
Küləkli havada mümkün qədər diqqətli olun - FHN05.02.2025 - 05:37
ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar - FOTO05.02.2025 - 05:30
Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 05:15
İlk dəfə insan beynində mikroplastik tapıldı - CNN04.02.2025 - 20:55
Millimiz Yunanıstanla qollu heç-heçə etdi04.02.2025 - 20:09
2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub04.02.2025 - 19:38
Təhsil mərkəzində atışma baş verib, 6 nəfər yaralanıb 04.02.2025 - 19:36
Bakıda şübhəli məktəbli çantası aşkarlandı - FOTOLAR+VİDEO04.02.2025 - 17:00
“ADPU 2030” Strateji İnkişaf Planı qəbul olunub - FOTO04.02.2025 - 16:40
Təyyarə Bakıya qayıtmaq istəyəndə vurulub - Faktlar açıqlandı04.02.2025 - 16:25
Qəzanın təhqiqatına dair ilkin hesabat açıqlandı - Fotolar04.02.2025 - 16:00
Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür04.02.2025 - 15:40
2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 04.02.2025 - 15:10
Turizm və Menecment Universiteti “Synergia Academy” ilə əməkdaşlıq edəcək - FOTO04.02.2025 - 14:51
Şərqşünaslıq İnstitutunun əməkdaşı Nyu-Yorkda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib - FOTO04.02.2025 - 14:38