Təhsil 365 - Logo Mobile

“Ənənəvi Çin mədəniyyətində bambuk simvolizmi” - seminar

3829.12.2024 - 19:20
“Ənənəvi Çin mədəniyyətində bambuk simvolizmi” - seminar

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Ənənəvi Çin mədəniyyətində bambuk simvolizmi” adlı tələbə seminarı keçirilib.

ADU-dan “Tehsil365”ə bildirilib ki, seminarda çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin mifologiyası və folklorunda davamlılıq, çeviklik, müdriklik və gözəllik rəmzi olan bambukun qədim istifadə tarixinə malik olduğunu deyib. R.Abbasov çıxışında bambuk monoxrom rəngkarlığının xüsusiyyətlərindən, bu janrın banisi, məşhur filosof və xəttat Ven Tonqun əsərlərindən, həmçinin gavalı çiçəkləri, səhləb və xrizantemalarla yanaşı, "zadəgan insan" obrazını əks etdirən bambuk simvolizmindən bəhs edib. O, Çin mədəniyyətində dostluq, sülh və harmoniya rəmzi olan, ölkənin simvolu hesab edilən pandaların qorunmasında bambukun böyük əhəmiyyət daşıdığını bildirib.

ADU-nun çinşünas tələbələri Çin dekorativ-tətbiqi sənətinin elementi kimi bambukun toxuculuqda, qədim kitabların yazılmasında, körpülər və dam örtüklərinin qurulmasında, mebel və geyimlərin hazırlanmasında material kimi istifadə olunması barədə danışıblar. Qeyd olunub ki, bambuk tumurcuqları Çin yeməklərinin və ənənəvi təbabətin mühüm tərkib hissəsidir, onlardan məşhur bambuk fleytalar və Çin atəşfəşanlığı üçün ilk fişənglərin hazırlanmasında da istifadə edilib.

Tədbirin sonunda bambukla bağlı Çin deyimlərinə dair bilik viktorinası keçirilib.

Elmina Muxtarlı

Xəbər Lenti

“Hörmətsizlik etməmək üçün götürdüm” - Valideynlərin üzük aldığı müəllim07.06.2025 - 16:45
Goranboy rayon Xoylu kəndində "Son zəng" tədbirinin təşkili ilə bağlı görüş keçirilib-FOTO07.06.2025 - 16:03
BDYPİ-dən sürücülərə xəbərdarlıq07.06.2025 - 15:38
7 İyun – Türk İşarə Dili Bayramı qeyd olunur07.06.2025 - 15:13
7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur07.06.2025 - 14:55
7 iyun: Pol Qogenin doğum günüdür07.06.2025 - 14:41
"Şəhidin Səsi" Proqramında Növbəti Qəhrəman – Aslan Rzayev07.06.2025 - 14:29
Yunanıstanda zəlzələ olub07.06.2025 - 14:13
207 nömrəli məktəbdə İNSİDENT07.06.2025 - 13:50
İnformasiya və Kommunikasiya Texnologiyaları: Rəqəmsal Gələcəyə Açılan Qapı07.06.2025 - 13:23
Müasir Təhsilin Əhəmiyyəti və Gələcək Perspektivləri07.06.2025 - 13:10
“Kərkük” qəzetində akademik İsa Həbibbəyliyə həsr olunmuş məqalə dərc edilib07.06.2025 - 12:58
ADNSU komandası “Petrobowl-2025” Regional Seçməsində birinci oldu07.06.2025 - 12:45
Azərbaycan və gürcü aktyorları Gəncədə bir səhnəni bölüşüblər07.06.2025 - 12:32
Şimali Koreyada internet çökdü07.06.2025 - 12:21
BSU-da fəlsəfə doktoru imtahanları keçiriləcək07.06.2025 - 12:11
Bərdəli şagird buraxılış imtahanında 300 bal topladı07.06.2025 - 11:59
Salyanlı şagird buraxılış imtahanında 300 bal topladı07.06.2025 - 11:47
Valideynlərdən rüşvət alan müəllimə TÖHMƏT VERİLDİ 07.06.2025 - 11:35
"BilBacar" müsabiqəsinin final mərhələsi yekunlaşıb - FOTO07.06.2025 - 11:20
AQTİ-nin yeni saytı istifadəyə verilib07.06.2025 - 10:48
Qazaxıstanda XIII əsrdə mövcud olmuş şəhərin xarabalıqları aşkar edilib07.06.2025 - 10:27
"YouTube"un işində nasazlıq yaranıb07.06.2025 - 09:50
Sumqayıtda azyaşlı avtoqəzada ölüb07.06.2025 - 09:25
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq07.06.2025 - 08:14
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Araşdırma aparılır07.06.2025 - 07:32
ATİAHİ bayram münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi - FOTO07.06.2025 - 07:12
Xoşqədəm Hidayətqızı atasını da itirdi - FOTO07.06.2025 - 07:00
Bu gün Xalq artisti Məlik Dadaşovun anadan olmasından 101 il ötür07.06.2025 - 06:50
AMEA-nın rəhbərliyi Laçında keçirilən “MDB-nin mədəniyyət paytaxtı – 2025” tədbirlərində iştirak edib07.06.2025 - 06:40
Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər07.06.2025 - 06:30
Məktəbli qız körpəsini pəncərədən atdı - Saxlanıldı07.06.2025 - 06:20
Şagirdlərə yeni kitablar veriləcək07.06.2025 - 06:10
Azərbaycan ərazisinə keçən iki erməni yeniyetmə geri qaytarıldı07.06.2025 - 05:59
“Ekspo 2025”də Azərbaycan Milli Günü təşkil olunub - FOTO06.06.2025 - 14:16
Vəcihə Səmədovanın əsərinə verilən Uyğunluq Sertifakatının saxta olması iddiası araşdırılıb, əsərin müəllifə məxsusluğu sübut olunub06.06.2025 - 13:53
Abituriyentlərin nəzərinə! - II cəhdə qeydiyyatın bitməsinə son 2 GÜN06.06.2025 - 13:41
Cəmil Musayev: “Etibarlı şəxslərlə onlayn qurban kəsdirmək caizdir”06.06.2025 - 13:28
Akademik İradə Hüseynova AMEA-nın Fəxri fərmanı ilə təltif olunub06.06.2025 - 13:13
Akademik İsa Həbibbəyli “MDB mədəniyyət paytaxtı Laçın–2025” tədbirlərində iştirak edib - FOTO06.06.2025 - 13:02
ADA Universitetinin dəstəyi ilə hazırlanmış nəşrlər MEK-ə təqdim olunub - FOTO06.06.2025 - 12:49
Mərkəzi Aran Regional Təhsil İdarəsinin Təşkilatçılığı ilə VII və VIII Sinif Şagirdləri Üçün Monitorinq İmtahanları Keçirilib - FOTO06.06.2025 - 12:37
Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata06.06.2025 - 12:25
SDU Tələbələri Beynəlxalq Bacarıq Çempionatında Uğur Qazanıblar - FOTO06.06.2025 - 12:12
Uşaqların cinsi istismarı ilə bağlı 12 ölkədə 20 nəfər həbs edilib06.06.2025 - 11:50
Gəncə-Daşkəsən RTİ-nin müdiri Elçin Kərimov Naftalanda vətəndaş qəbulu keçirəcək06.06.2025 - 11:30
Baxçakürd kənd tam orta məktəbində “Son zəng” tədbiri ilə bağlı pedaqoji şura iclası keçirilib - FOTO06.06.2025 - 11:20
Naxçıvanda “Vətənpərvərlik mahnıları (marşları) ifaçılığı müsabiqəsi” elan olunub06.06.2025 - 11:10