Təhsil 365 - Logo Mobile

Dünyada autizm halları niyə artır?

2930.12.2024 - 09:40
Dünyada autizm halları niyə artır?

ABŞ-da autizm spektri pozğunluğu (ASP) diaqnozunun artması son dövrlərdə ictimaiyyətin və mütəxəssislərin diqqət mərkəzindədir. Məlumata görə, 2011-ci ildən 2022-ci ilə qədər ASP diaqnozu təxminən üç dəfə artıb. Hazırda ölkədə hər 36 uşaqdan biri autizm spektri pozğunluğu ilə mübarizə aparır. Müqayisə üçün, bu nisbət 2000-ci ildə 150-də bir idi.

Tehsil365 “The İndependent” nəşrinə istinadla xəbər verir ki, diaqnostik prosesdə qan testləri və ya beyin MRT-si kimi birbaşa diaqnostik vasitələr mövcud olmasa da, ASP çox vaxt valideynlərin müşahidələri və psixi sağlamlıq mütəxəssislərinin qiymətləndirmələri əsasında aşkarlanır. Bu artımın səbəbləri alimlər arasında müzakirə mövzusu olaraq qalır.

Tədqiqatlar göstərir ki, ASP hallarının artması iki əsas faktora bağlıdır:

1. Diaqnostika və məlumatlılığın artması: ASP haqqında ictimai və tibbi məlumatlılıq genişləndikcə, əvvəllər nəzərdən qaçan simptomlar daha tez-tez aşkar edilir. Amerika Pediatriya Akademiyasının 2007-ci ildə 18-24 aylıq uşaqların ASP üçün müayinəsini tövsiyə etməsi diaqnozların sayına birbaşa təsir göstərib.

2. Genetik və ətraf mühit faktorları: Autizmlə əlaqəli 100-dən çox gen aşkar edilib. Bununla yanaşı, hamiləlik dövründə havanın çirklənməsi, zəhərli kimyəvi maddələrə məruz qalma, virus infeksiyaları, erkən doğuş və valideynlərin yaşı kimi ətraf mühit amillərinin də ASP riskini artırdığı ehtimal edilir.

Kembric Universitetinin Autizm Araşdırmaları Mərkəzinin direktoru Simon Baron-Kohen sosial medianın və psixi sağlamlıq xidmətlərinə çıxışın genişlənməsinin də bu rəqəmlərə təsir etdiyini vurğulayır. O qeyd edir ki, insanlar autizm spektrində olduqlarından şübhələndikdə “Reddit” kimi platformalarda müzakirələrə qoşulur və bu identifikasiyanı mənimsəyirlər.

1990-cı illərin sonlarında Andrev Vakefieldin qızılca, məxmərək və parotit (MMR) peyvəndlərinin ASP-ə səbəb olduğu ilə bağlı iddiası geniş yayılmışdı. Bu nəzəriyyə elmi tədqiqatlarla tamamilə təkzib edilsə də və “Lancet” jurnalı həmin məqaləni təkzib etsə də, bu yanlış məlumat uzun müddət müzakirələrə səbəb olub.

Araşdırmalar göstərir ki, ASP diaqnozu oğlanlarda qızlara nisbətən dörd dəfə daha çox rast gəlinir. Bununla belə, son illərdə qadınlar və qızlar arasında, eləcə də ispan, qaradərili və asiyalı uşaqlar arasında ASP diaqnozlarının artması müşahidə edilir. ASP üzrə mütəxəssis doktor Yurqen Han vurğulayır ki, müxtəlif tədqiqatlar çoxsaylı faktorlara işıq salsa da, dəqiq və yekdil bir cavab vermək hələ də çətindir. Bu sahədə tədqiqatların davam etdirilməsi və daha əhatəli nəticələrin əldə edilməsi vacibdir.

Elmina Muxtarlı

Xəbər Lenti

Türkiyə-Azərbaycan Universiteti Kastamonu Universiteti ilə əməkdaşlıq edəcək - FOTO04.01.2025 - 16:15
Goranboyda "Mercedes" aşdı - xəsarət alanlar var04.01.2025 - 15:40
Azərbaycanın veteran gimnastı VƏFAT ETDİ04.01.2025 - 15:05
Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb - FOTO04.01.2025 - 14:35
2025-ci ilin rəngi – “Mocha Mousse”04.01.2025 - 14:10
Ötən il 71 nəfər elmlər doktoru olub04.01.2025 - 13:40
Günəşdə 6 partlayış olub04.01.2025 - 13:15
Bakıda ana üç övladı ilə birlikdə YOXA ÇIXDI04.01.2025 - 12:50
İtkin düşən uşaq 5 gün sonra sağ tapıldı04.01.2025 - 12:20
Yaponiyada dünyanın ən yaşlı insanı vəfat edib04.01.2025 - 11:55
Universitetlərə qəbulda keçid balları artacaq?04.01.2025 - 11:25
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ04.01.2025 - 10:55
Səhər yeməyindən imtina etməyin təhlükələri nələrdir? – Alimlərdən tövsiyə04.01.2025 - 10:20
Yer kürəsində maqnit qasırğası başlayıb04.01.2025 - 10:00
Sabah yağış yağacaq04.01.2025 - 09:40
Lui Braylın doğum günüdür04.01.2025 - 09:20
Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb04.01.2025 - 09:00
Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı04.01.2025 - 08:40
Bu gün ilin ən böyük Günəş diskini görəcəyik04.01.2025 - 08:20
Magistratura imtahanına qeydiyyat: Diplom problemi yarandıqda nə etməli?04.01.2025 - 08:00
Azərbaycanda 9 dərəcəyədək şaxta olub04.01.2025 - 07:40
“Qara qutu”ların dekodlanmasına başlanıldı04.01.2025 - 07:20
Alimlər insanlarda yeni qan qrupu kəşf etdilər04.01.2025 - 06:50
ALİMLƏR: Təzyiq dərmanı beyin şişinə çarə ola bilər 04.01.2025 - 06:25
Yol qəzasında yaralanan gənc xəstəxanada öldü 04.01.2025 - 06:00
Osmanlı əleyhinə ifadələr Suriya dərsliklərindən çıxarıldı - FOTO03.01.2025 - 14:20
Ferdi Tayfurun mahnıları ilə bağlı - Vəsiyyəti03.01.2025 - 14:00
Sabunçu Gənclər Evi təcrübə programını elan edir03.01.2025 - 13:40
İlin ən maraqlı yeddi astronomik hadisəsi: İlki bu gecə bizi gözləyir03.01.2025 - 13:20
Şəmkirdə şagirdlər üçün veloklub yaradılıb03.01.2025 - 13:00
Türkiyədə zəlzələ oldu03.01.2025 - 12:40
Azər Baxşəliyevin son durumu03.01.2025 - 12:20
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ03.01.2025 - 12:00
Bir Türk Klassikası: Düşmən kəlləsindən qədəh düzəltmək. 03.01.2025 - 11:40
“Global Research” layihəsinin Sinqapur konfransı baş tutdu03.01.2025 - 11:20
Lənkəranda 20 yaşlı gənc dəm qazından zəhərləndi - YENİLƏNİB03.01.2025 - 11:00
Sabah 15 dərəcə isti olacaq 03.01.2025 - 10:40
Ürəyin ən zəif və xəstə olduğu qan qrupu açıqlanıb03.01.2025 - 10:20
Alimlər xərçəng xəstəliyinin əlamətlərini açıqlayıb03.01.2025 - 09:40
Azər Baxşəliyevin son durumu AÇIQLANDI03.01.2025 - 09:20
Qaxda azyaşlını yük maşını vurub03.01.2025 - 09:00
Alimlər bu günlə bağlı XƏBƏRDARLIQ edib03.01.2025 - 08:40
Qarabağ Universitetinin açılışı ötən ilin ən əlamətdar hadisələrindən oldu03.01.2025 - 08:20
Azərbaycanda fəlsəfə doktoru dərəcəsi ən çox bu sahələrə verilib - SİYAHI03.01.2025 - 08:00
Bu ölkədə təqaüdlə təhsil almaq istəyənlər üçün sənəd qəbulu YEKUNLAŞIR03.01.2025 - 07:40
16 yaşında yoxa çıxan qız 52 il sonra tapılıb03.01.2025 - 07:20
21 yaşlı oğlan özünü asdı03.01.2025 - 07:00
Müəllimlər valideynlərin təhdidləri ilə üzləşirlər03.01.2025 - 06:40