Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türkiyə Elmlər Akademiyasının (TÜBA) fəxri üzvü seçilib.
Bu barədə “Tehsil365”ə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən bildirilib.
TÜBA-nın prezidenti professor Müzəffər Şəkər tərəfindən AMEA prezidentinə təbrik məktubu göndərilib.
"Türkiyə Elmlər Akademiyası (TÜBA) adından Akademiya Şurasının 17 dekabr 2024-cü il tarixli, 372 №-li qərarı ilə TÜBA-nın Fəxri üzvü seçilməyiniz münasibətilə ürəkdən təbriklərimizi çatdırmağa şadam", - məktubda deyilir.