2024-cü ildə dünya əhalisi əvvəlki illə müqayisədə təxminən 82 milyon nəfər artıb.
Tehsil365 xəbər verir ki, bu barədə Almaniya Dünya Əhalisi Fondu ("Deutsche Stiftung Weltbevölkerung", DSW) məlumat yayıb.
Təşkilatın hesablamalarına görə, 2025-ci il yanvarın 1-nə dünya əhalisi 8.156 milyard nəfər olacaq.
Əhali artımı əsasən Afrikada müşahidə olunur. Fondun ekspertlərinin fikrincə, növbəti iki onillikdə bu qitədə yaşayan insanların sayı iki dəfədən çox arta bilər.
BMT-nin hesablamalarına görə, 2037-ci ildə planet əhalisi ilk dəfə olaraq 9 milyard nəfəri keçə bilər.