Təhsil 365 - Logo Mobile

Mənəvi dəyərlərimiz…

3530.12.2024 - 16:40
Mənəvi dəyərlərimiz…

Adət-ənənələrimizin təbliği üçün hansı işlər görülməlidir?

Adət və ənənələr, mənəvi dəyərlər sistemi hər bir xalqın mədəni siması deməkdir. Xalqımız öz adət-ənənələri, yüksək mənəvi dəyərləri ilə dünya xalqları içərisində hər zaman sayılıb-seçilib. Xalqımızın bu dəyərlərinə hər zaman hörmətlə yanaşılıb. Çünki millətimiz zəngin əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına verdiyi əvəzsiz töhfələrlə daim yadda qalıb. Adət-ənənələrimiz xalqımızın keçmişi ilə bu günü, eləcə də gələcəyi arasında sarsılmaz mənəvi bağlılığı əks etdirir.

Bu gün milli adət-ənənələrimiz yetişməkdə olan gənc nəslin yaddaşında dərin izlər buraxaraq güclü təsirə malikdir. Məhz adət-ənənələr gənclərin ətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Sevindirici haldır ki, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği istiqamətində ölkədə vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələri, hətta sıravi vətəndaşlar belə əllərindən gələni edirlər. Çünki dövlətçilik tariximizin, adət-ənənələrimizin, onun reallıqlarının, mənsub olduğu dəyərlərin dünyada tanıdılmasının vacibliyi başa düşülür. Elə bu səbəbdən də müstəqilliyimizi əldə etdiyimiz 30 ildən bir qədər artıq dövr ərzində Azərbaycan tarixi, adət-ənənələri və milli-mənəvi dəyərlərinin dünyada tanıdılmasına nail olub.

Adət-ənənələrimizin təbliği daim aktualdır

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, qeyd olunan məqamlar orta və ali məktəblərdə, ümumiyyətlə, bütün təhsil ocaqlarında da nəzərə alınmalıdır. Ekspert qeyd edib ki, dövlətçilik tariximiz, milli adət-ənənələrimiz, elm və mədəniyyətimiz gənc nəslə tədris edilməli, öyrədilməli, onlar məlumatlandırılmalı, bilikləndirilməlidirlər: “Bu bilik, məlumatlılıq da öz növbəsində bizə məxsus olan dəyərlərin, qədim tarixə malik olan dövlətçilik ənənələrimizin, elm və mədəniyyətimizin, adət-ənənələrimizin təbliğinə əsaslı zəmin yaradır. Eyni zamanda, vətəndaşlar özləri belə övladları ilə dövlətçilik tariximiz, adət-ənənələrimiz, elm və mədəniyyətimiz barədə söhbətlər aparmalı, bu ali dəyərləri təbliğ etməlidirlər. Belə bir cəmiyyət də, bu cəmiyyətin təmsil olunduğu dövlət də sarsılmaz olur. Bu baxımdan da dövlətçilik tariximizin, adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliğinin hər zaman aktual olduğu təkzib edilə bilməz”.

Xalqımızın mənəvi dəyərlərimizə verdiyi önəm

Ekspertin sözlərinə görə, Azərbaycan cəmi 44 gün ərzində öz gücü, qüdrəti hesabına işğal altında 30 ilə yaxın müddətdə saxlanılan torpaqları azad etdi, mükəmməl qələbəyə, Zəfərə imza atdı: “Çoxlu sayda könüllü bu yolda vətəndaşlıq borcunu hiss etdiyini təsdiq etdi. İstər şəhidlərimiz, istərsə də qazilərimiz təsdiq etdilər ki, bizə məxsus olan ali dəyərlərə cəmiyyətimiz nə qədər böyük önəm verir. Azərbaycan cəmiyyəti öz ali dəyərlərinə, torpaqlarına, dövlətçilik ənənələrinə, ümumiyyətlə, maddi və mənəvi irsinə hörmətlə yanaşdığı üçün 30 il müddətində işğal faktı ilə barışmadı. Şuşa kimi, ölkəmizin mədəniyyət paytaxtının, milli adət-ənənələrimizi özündə əks etdirən mədəniyyət ocağının düşmən tapdağından xilas edilməsi xalqımızın milli və mənəvi dəyərlərinə verdiyi önəmin təcəssümü idi. Bütün bunlar isə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği sayəsində oldu. Dövlətimiz bu istiqamətdə doğru, düzgün iş aparıb və dövlətçilik tariximizin, milli adət-ənənələrimizin təbliğinə xüsusi diqqət ayırıb, qayğı ilə yanaşıb”.

Davamlı təbliğat vacibdir

N.İsrafilov qeyd edib ki, tarix boyu ermənilər bizə məxsus olanlara sahib çıxmağa çalışıblar: “İstər torpaqlarımızı, istər milli adət-ənənələrimizi, istərsə də elm və mədəniyyətimizi öz adlarına çıxmaq, mənimsəmək üçün hər zaman dəridən-qabıqdan çıxıblar. Bizə məxsus olan ərazilərdə ermənilər tərəfindən tarixi abidələrin saxtalaşdırılması, mədəniyyət abidələrimizin məhv edilməsi, yaşı çox olan qəbirlərin belə dağıdılması məhz həmin məqsəd daşıyıb. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği hər zaman aktual məsələ hesab olunur. Çünki tariximizi, milli adət-ənənələrimizi, elm və mədəniyyətimizi dərindən öyrənməli və təbliğ etməliyik ki, məkrli niyyət güdən düşmənlərin öz məqsədlərinə çatmalarına imkan verməyək. Bunun üçün də dövlətçilik tariximizə, milli adət-ənənələrimizə, elm və mədəniyyətimizə hər zaman sahib çıxmalı, onları davamlı olaraq təbliğ etməliyik”.

Aydan Ələkbərova

Xəbər Lenti

Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 05.02.2025 - 14:39
Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib05.02.2025 - 14:26
Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək05.02.2025 - 14:14
Azərbaycanda professor vəfat etdi - FOTO05.02.2025 - 14:03
Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatıb05.02.2025 - 13:50
AzMİU-da Məzunlar Assosiasiyasının təsis yığıncağı keçiriləcək05.02.2025 - 13:36
Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub 05.02.2025 - 13:22
DİM imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb - FOTO05.02.2025 - 13:13
Mərkəzi Elmi Kitabxananın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub05.02.2025 - 13:00
Samux məktəbindəki davamiyyətlə bağlı AÇIQLAMA05.02.2025 - 12:48
Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərs zamanı halı pisləşən şagird öldü05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45
Ötən il televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr STATİSTİKASI05.02.2025 - 07:32
Dahi bəstəkar Qara Qarayevin doğum günüdür05.02.2025 - 07:18
AzMİU və UZGE İnstitutu arasında strateji görüş - FOTO05.02.2025 - 07:05
İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir05.02.2025 - 06:51
Azərbaycanlı tələbələr layihələrini Niderlandda təqdim ediblər - FOTO05.02.2025 - 06:37
MÜTDA-ya yeni direktor müavinləri təyin olundu05.02.2025 - 06:22
Tanınmış yazıçı-jurnalist vəfat edib05.02.2025 - 06:07
Bakı “Avrasiya Universitetləri Sammiti”nə ev sahibliyi edəcək05.02.2025 - 05:52
Küləkli havada mümkün qədər diqqətli olun - FHN05.02.2025 - 05:37
ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar - FOTO05.02.2025 - 05:30
Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 05:15
İlk dəfə insan beynində mikroplastik tapıldı - CNN04.02.2025 - 20:55
Millimiz Yunanıstanla qollu heç-heçə etdi04.02.2025 - 20:09