Əməkdar mədəniyyət işçisi Röya Seyfəddin qızı Tağıyeva “Şərəf” ordeni ilə təltif edilib.
Tehsil365 xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
O, Azərbaycanda mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
R.Tağıyeva bundan öncə - 26 yanvar 2015-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.
Sabah Röya Tağıyevanın 80 yaşı tamam olur. Qeyd edək ki, O Rejissor, Əməkdar İncəsənət işçisi Nurəddin Tağıyevin həyat yoldaşıdır.