Dünya şöhrətli Azərbaycan alimi Yusif Məmmədəliyev 31 dekabr 1905-ci ildə Ordubadda anadan olub:
1926-cı ildə Azərbaycan Ali Pedoqoji İnstitutunu bitirdikdən sonra bir müddət Gəncə Pedoqoji Texnikumunda və İrəvan Pedoqoji İnstitutunda kimya müəllimi işləyib, Lomonosov adına Moskva Dövlət Universitetinində təhsilini davam etdirib.
1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqdan sonra Neft İnstitutuna rəhbərlik edib. Akademiyanın ilk 15 həqiqi üzvündən biri seçilən Yusif Məmmədəliyev 1947-1951 və 1958-1961-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olub.
Əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsinə aiddir. Müharibə illərində onun kəşf etdiyi yüksək oktanlı benzin təyyarələrdə istifadə üçün son dərəcə qiymətli yanacaq olub.
Y.Məmmədəliyev 1961-ci ildə 56 yaşında dünyasını dəyişib.