Aktyor Azər Baxşəliyev 39 yaşında vəfat edib.
Tehsil365 xəbər verir ki, uzun müddətdir, böyrək çatışmazlığından əziyyət çəkən aktyor bu gün xəstəxanada vəfat edib.
A.Baxşəliyevə böyrəkköçürmə əməliyyatı üçün xeyli vaxt idi ki, donor axtarılırdı.
Qeyd edək ki, Azər Baxşəliyev “Bozbash pictures”də “Ağsaqqal” obrazı ilə məşhurlaşıb. Evli idi, bir övladı yadigar qalıb.
***
Aktyor İlkin Həsəni Oxu.Aza-a açıqlamasında bildirib ki, ölüm xəbəri yayılan həmkarı Azər Baxşəliyev hazırda komadadır.
Onun sözlərinə görə, A.Baxşəliyev dövlət xəstəxanalarından birindədir.
***
Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
Tehsil365 xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova APA-ya bildirib.
O qeyd edib ki, hazırda aktyorun vəziyyəti kritik ağır olaraq qalmaqdadır: “Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır”.