Təhsil 365 - Logo Mobile

Qarabağ Universitetinin açılışı ötən ilin ən əlamətdar hadisələrindən oldu

3003.01.2025 - 08:20
Qarabağ Universitetinin açılışı ötən ilin ən əlamətdar hadisələrindən oldu

Ötən il yeni yaradılmış Qarabağ Universiteti üçün bir sıra yaddaqalan hadisələrlə zəngin oldu. Həmin hadisələri şərti olaraq iki dövrdə qruplaşdırmaq olar: Birincisi, Qarabağ Universitetinin qurulması və ilk tədris ilinə hazırlığı, ikincisi isə bu ali təhsil müəssisəsinin açılışı və ilk tədris semestri dövrüdür.

Dövlətimizin yüksək diqqət və qayğısı sayəsində bu dövrlərdə görülən işlər uğurla nəticələndi. Hər iki dövrdə həyata keçirilmiş fəaliyyətlər, əldə edilmiş nailiyyətlər və qarşıya qoyulmuş strateji vəzifələr Qarabağ Universitetinin potensialının gücləndirilməsinə, milli və beynəlxalq ali təhsil məkanında tanıdılmasına və nüfuzunun artırılmasına xidmət edir.

Tehsil365 xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.

Rektorun sözlərinə görə, Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı əsasında Qarabağ Universitetinin yaradılması hadisəsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi qələbələrin təntənəsi olmaqla, bütövlükdə Azərbaycanın təhsil sahəsindəki mühüm nailiyyəti hesab edilir. Regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə həmin ali təhsil müəssisəsinin qurulması bölgənin bərpa və inkişafına töhfə vermək üçün təhsilin gücündən istifadəyə əsaslanan önəmli institusional addımlardan biri olaraq dəyərləndirilir. 2024-cü il 6 fevral tarixində Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsinin təsdiq edilməsi universitetin hüquqi əsaslarını daha da möhkəmləndirərək, onun fəaliyyətini müasir təhsil standartlarına uyğun şəkildə təşkil etməyə və səmərəli ali təhsil mühitinin qurulmasına imkan verib.

Həmçinin, Prezident İlham Əliyevin ötən il iyulun 5-də Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olması bu ali təhsil müəssisəsinin fəaliyyətinə dövlətin yüksək diqqət və qayğısının bariz nümunələrindən sayılır, bölgənin canlanmasında və hərtərəfli inkişafında universitetin roluna verilən strateji önəm və yüksək dəyər hesab edilir.

Ş.Bayramov bildirib ki, Qarabağ Universitetinin ilk tədris ilinə hazırlığı dövrünü xarakterizə edən başlıca nailiyyətlər sırasında təcrübəli, peşəkar akademik və inzibati heyətin formalaşdırılmasını, müasir tələblərə cavab verən tədris və sosial infrastrukturların yaradılmasını, yeni akademik məzmunda kadr hazırlığı proqramlarının qurulmasını, ölkə ərazisində universitetin genişmiqyaslı tanıdılmasının həyata keçirilməsini və yüksək keyfiyyətli tələbə qəbulunun reallaşdırılmasını xüsusi qeyd etmək olar.

“Həmin nailiyyətləri bir qədər də konkretləşdirsək, böyük fərəhlə qeyd edə bilərik ki, əksəriyyəti nüfuzlu xarici universitetlərdə təhsil almış 160-a yaxın təcrübəli akademik və inzibati heyətlə, 101 nəfəri 600-dən çox bal toplayan və orta balı 470-ə yaxın olan, eləcə də bütün bölgələri əhatə edən 1104 tələbə qəbulu ilə Qarabağ Universiteti cari tədris ilinin ehtiyaclarına uyğun müasir infrastrukturla təmin edilmiş 3 tədris binasında və 6 fakültədə (Pedaqoji, İncəsənət, İqtisadiyyat, Turizm, Mühəndislik, Humanitar və sosial elmlər) 27 ixtisas üzrə yeni akademik məzmunda tədris prosesinin təşkili üçün hazır vəziyyətə gətirilib. Bununla yanaşı, müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini bitirənlər arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbənin 4 ixtisas üzrə Qarabağ Universitetində SABAH qruplarında ikinci tədris ilində təhsillərini davam etdirmələri üçün müvafiq şəraitin təmin edilməsi də əsas nailiyyətlərdən hesab olunur. Bu dövrdə dörd binada bütün əməkdaşların və onların ailə üzvlərinin məskunlaşması təmin olunub. Tələbələrin yaşaması üçün nəzərdə tutulan mənzil tipli 5 yataqxana binasında yaşayış şərtləri müasir kampus konseptinə uyğunlaşdırılıb”

Qeyd olunub ki, 2024-cü il sentyabrın 20-də - dövlət suverenliyinin bərpa edilməsindən düz bir il sonra Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Universitetinin açılışı ilin ən əlamətdar hadisələrindən oldu. Dövlət başçımızın qeyd etdiyi kimi, “Bu gün, eyni zamanda, Qarabağ Universitetinin açılışıdır. Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq Sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Demək olar ki, bina yenidən quruldu”. Eyni zamanda, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi “Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir” ifadəsi artıq universitetin əsas hədəfi və devizi olaraq müəyyən edilib.

Rektor vurğulayıb ki, çox qısa zaman ərzində yüksək start parametrləri ilə Qarabağ Universitetinin sentyabrın 23-də ilk tədris ilinə başlaması məhz dövlətimizin gücünün təzahürlərindəndir.

O bildirib ki, Qarabağ Universitetinin açılışından sonra, ilk tədris semestri dövrü də məhsuldarlığı ilə seçilib: “Həmin dövrdə müxtəlif formatlı tədbirlər vasitəsilə tələbə və əməkdaşların akademik və sosial mühitə adaptasiyası həyata keçirilib. Mövcud qanunvericiliyə, qabaqcıl milli və beynəlxalq təcrübələrə əsaslanaraq yeni məzmunda hazırlanmış tədris planları və proqramlarının tətbiqi məqsədilə tədrisin təşkili və səmərəli idarə olunması, eləcə də elmi fəaliyyətlərin təşviqi ilə bağlı müvafiq qaydalar hazırlanıb.

Bundan əlavə, Qarabağ Universiteti ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda – Türkiyədə, Çində, Rusiyada, Misirdə, Özbəkistanda, Almaniyada, Gürcüstanda və Yaponiyada təşkil olunan müxtəlif simpozium, forum, festival, konfrans, təhsil sərgisi, əmək yarmarkası, müsabiqə və digər tədbirlərdə də fəal təmsil olunub. Qardaş ölkə Türkiyədən iki qonaq professorun ilk tədris ilindən etibarən Qarabağ Universitetində birillik fəaliyyətə başlaması da məhz həmin istiqamətdə əldə olunan əsas nəticələrdəndir.

Qarabağ Universitetində tələbə-mərkəzli yanaşma əsasında müasir idarəetmə modelinin qurulması dəstəklənib. İxtisas biliklərinin tədrisi ilə yanaşı, müvafiq dövlət və özəl qurumlarla tərəfdaşlıq çərçivəsində asudə vaxtın səmərəli təşkili, vətən sevgisi, tarixə hörmət və sosial məsuliyyətin inkişaf etdirilməsi, dünyagörüşünün, xarici dil, texnoloji, innovativ və yumşaq bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilərək, tələbələrin hərtərəfli inkişafına imkan yaradan əlverişli və maraqlı təhsil mühitinin təmin olunmasına önəm verilib. Qısa zamanda Qarabağ Universitetinin tələbələri bir sıra uğurlara da imza atıb. Həmin nailiyyətlər arasında tələbələrimizin Gürcüstanda Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsinin (“ICPC - International Collegiate Programming Contest) yarımfinalında, eləcə də Misirdə Ümumdünya Şəhərsalma Forumunda fəal təmsil olunmalarını, “Zəfərimiz əbədidir” regional intellektual yarışda birincilik qazanmalarını xüsusi vurğulamaq olar.

Əminik ki, 2024-cü ili Qarabağ Universiteti üçün yaddaqalan edən bütün bu hadisələr, yaxın gələcəkdə ali təhsil ocağımızın potensialının inkişaf etməsi və regionda təhsil, elm və innovasiya sahəsində önəmli bir rola sahib olması istiqamətində əhəmiyyətli zəmin yaradacaq”.

Aydan Ələkbərova

Xəbər Lenti

Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərs zamanı halı pisləşən şagird öldü05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45
Ötən il televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr STATİSTİKASI05.02.2025 - 07:32
Dahi bəstəkar Qara Qarayevin doğum günüdür05.02.2025 - 07:18
AzMİU və UZGE İnstitutu arasında strateji görüş - FOTO05.02.2025 - 07:05
İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir05.02.2025 - 06:51
Azərbaycanlı tələbələr layihələrini Niderlandda təqdim ediblər - FOTO05.02.2025 - 06:37
MÜTDA-ya yeni direktor müavinləri təyin olundu05.02.2025 - 06:22
Tanınmış yazıçı-jurnalist vəfat edib05.02.2025 - 06:07
Bakı “Avrasiya Universitetləri Sammiti”nə ev sahibliyi edəcək05.02.2025 - 05:52
Küləkli havada mümkün qədər diqqətli olun - FHN05.02.2025 - 05:37
ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar - FOTO05.02.2025 - 05:30
Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 05:15
İlk dəfə insan beynində mikroplastik tapıldı - CNN04.02.2025 - 20:55
Millimiz Yunanıstanla qollu heç-heçə etdi04.02.2025 - 20:09
2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub04.02.2025 - 19:38
Təhsil mərkəzində atışma baş verib, 6 nəfər yaralanıb 04.02.2025 - 19:36
Bakıda şübhəli məktəbli çantası aşkarlandı - FOTOLAR+VİDEO04.02.2025 - 17:00
“ADPU 2030” Strateji İnkişaf Planı qəbul olunub - FOTO04.02.2025 - 16:40
Təyyarə Bakıya qayıtmaq istəyəndə vurulub - Faktlar açıqlandı04.02.2025 - 16:25
Qəzanın təhqiqatına dair ilkin hesabat açıqlandı - Fotolar04.02.2025 - 16:00
Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür04.02.2025 - 15:40
2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 04.02.2025 - 15:10
Turizm və Menecment Universiteti “Synergia Academy” ilə əməkdaşlıq edəcək - FOTO04.02.2025 - 14:51
Şərqşünaslıq İnstitutunun əməkdaşı Nyu-Yorkda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib - FOTO04.02.2025 - 14:38