Təhsil 365 - Logo Mobile

Bir Türk Klassikası: Düşmən kəlləsindən qədəh düzəltmək.

7703.01.2025 - 11:40
Bir Türk Klassikası: Düşmən kəlləsindən qədəh düzəltmək.

Asiya Hunlarının (Hiung-nu) qurucusu Mete Xanın oğlu Kiok Xan Yüeçiləri MÖ 174-cü ildən sonra məğlub etdiyi qanlı savaş sonrasında Yüeçi hökmdarının kəllə sümüyündən içki piyalası düzəltdirmişdi. Bu kasa Hunlar tərəfindən qorunub saxlanmış və Hoxanyəh Xan zamanında da 131 il sonra (MÖ 43-cü ildə) Çin ilə bağlanılan müqavilə sırasında piyala and kasası olaraq istifadə olunmuş və içindən qurban edilən atın qanı içilmişdi. Hətta Çin heyəti də rituala qatılmışdı.¹

Bumin Xaqan Göytürk Dövlətini qurarkən daha əvvəl Hunlarda istifadə olunmuş bir ritualı da yerinə yetirdi. MS. 552-ci ildə Juan-Juanları məğlub edib müstəqilliyini elan edərkən, Juan-Juanların Xaqanı Anakueinin kəllə sümüyündən içki qədəhi düzəltdirmiş və ünvanını istifadə etdikdən sonra almışdı.²

Bahaəddin Ögəlin bir Çin mənbəsindən nəql etdiyinə görə İmperator Su-tsunq zamanında (516-528) Kao-chelər Juan-juanlara məğlub olduğunda da bu adət uyğulanmışdır. Çin qaynağına görə: “Su-tsunqun hakimiyyətinin başlanğıcında Mi-wu-tu, Juan-juanların başçısı Chou-nu ilə döyüşmüş və məğlub olmuşdu. O da Mi-wu-tunu ələ keçirərək başı yerdə sürünəcək şəkildə iki ayağından atın yəhərinə bağlayır və bu surətlə də (başı yerə sürtülərək) öldürülür. Vernik sürtərək (kəlləsindən) şərab kasası düzəldir.”³

Bu adət daha sonra Bulqar Türklərində də davam edəcək və Krum Xan da Xyung-nulardan 985 il sonra (MS. 811-ci ildə) məğlub etdiyi Bizans İmperatoru I. Nikephorosun kəllə sümüyündən içki kasası düzəltdirəcəkdi.

⁴/5/6/7/8

Peçeneqlərdə də kəllə sümüyündən şərab qədəhi düzəltmə adəti ilə əlaqədar bir misal vardır. Bu mövzuda bilgi verən bir Rus xronikasına görə hadisə belə olmuşdu: “6480 (972)-ci ildə, bahar gəldiyində Svyatoslav axıntıya getdi. Və Peçeneq şahzadəsi Kürə üzərinə düşdü və Svyatoslavı öldürdülər və başını aldılar və kəllə sümüyündən bir kasa düzəltdilər, onu bağladılar və ondan içdilər.”9

Kəllə sümüyünü dəyərli bir maddə ilə qaplatmaq adətinin Çingiz Xan dövrünə aid bir uyğulamasını Əbülqazi Bahadır Xan Şəcərə-i Türk adlı əsərində zikr etməkdədir. Çingiz Xana tabe olan məhəlli hökmdarlardan Nayman Tayan Xan, “Ong Xanın kəllə sümüyünü gümüşlə qaplatdı, üzü qapıya dönük şəkildə hər zaman taxtının üstündə tutdu.”10

Uyğurlar dövrünə aid bir Tibet qaynağında da bu adəti görürük. Uyğur hökmdarı üçün hazırlandığı düşünülən bir hesabatın Tibetcəyə tərcüməsindən ibarət olan bu mətndə, şimalda yaşayan xanların və oymaqların durumu bölümündə bu bilgi mövcuddur: “Tibetlilər tərəfindən He, Çinlilər tərəfindən He-ce, Türklərcə də Dad-pyi deyə adlandırılan oymaq bu məmləkətin şərqində yerləşir. Bu oymağın başçısı Çan-bon-ya'dır. Bu xan Dad-pyi əcdadının qızıl və gümüşlə işlənmiş və bəzənmiş kəllə sümüklərindən şərab içir.”11/12

Kəllə sümüyünü qaplatdırıb qədəh düzəltmə adətinin Türk tarixindəki son uyğulayıcısı Səfəvi Dövlətinin qurucusu olan Şah İsmayıl Bahadur Xandır. Şah İsmayıl Bahadur Xan, Şeybani Özbək dövləti ilə girdiyi döyüş (Mərv ms. 1510) nəticəsində qazandığı zəfər sonrasında Şeybani Şebək Xanın kəllə sümüyündən içki qədəhi düzəltmişdi. 13/14/15/16/17/18

Bax. Bahaeddin Ögel, Büyük Hun İmparatorluğu Tarihi, 3. Baskı, Türk Tarih Kurumu Yayınları, Ankara 2019, c. 2, s. 151-153.

Bax. Bahaeddin Ögel, Büyük Hun İmparatorluğu Tarihi, 3. Baskı, Türk Tarih Kurumu Yayınları, Ankara 2019, c. 1, s. 251.

Bax. Bahaeddin Ögel, "İlk Töles Boyları, Ugur, Ting-ling ve Kao-ch’e’ler", Belleten, XII (45-48), 1948, s. 829.

Bax. Georg Ostrogorsky, Bizans Devleti Tarihi, çev. Fikret Işıltan, 8. Baskı, Türk Tarih Kurumu Yayınları, Ankara 2015, s. 183.

Bax. Tuğrul Kihtir, Anadolu'da Bizans Haçlılar Selçuklular, Arkeoloji ve Sanat Yayınları, İstanbul 2017, s. 284-285.

Bax. Doç. Dr. Tuğrul Kihtir, Türklerin Ataları, Avrasya'nın 24.000 Yıllık R1 Paradigması, Kaynak Yayınları, I. Baskı, İstanbul 2024, s. 341-342.

Bax. The Chronicle of the Ophanes Confessor: Byzantine and Near Eastern history, AD 284-813. (C. Mango, R. Scott, Trans.). Clarendon Press, 1997, s. 673-674

Bax. Osman Karatay, Bulgarlar: Yitik Bir Türk Kavmi, İstanbul 2018, Ötüken Neşriyat, s. 155-156.

Bax. Повесть Временных Летпо Лаврентевскому Списку 1377 Года, perevod Д. С. Лихачёва - O. В. Творога, Вита Нова 2012, s. 51.

Bax. Ebülgazi Bahadır Han, Şecere-i Türk, Türk’ün Soyağacı. (A. Acaloğlu, Çev.). İstanbul: Selenge Yayınları, 2020, s. 67.

Bax. S. Tezcan, "1283 numaralı Tibetçe Pelliot elyazmasında geçen Türkçe adlar üzerine" I. Türk Dili Bilimsel Kurultayına Sunulan Bildiriler, 1975, s. 304.

Bax. Ayhan Pala, "Eski Türk devletlerinde bir zafer kutlama geleneği", Korkmaz, F. (Ed.), 9. Milletlerarası Türkoloji Kongresi Bildiriler Kitabı, 2022, s. 874.

Bax. Budak Münşî Kazvînî, Cevahir'ül-Ahbar, Bilge Kültür Sanat Yayınları, I Baskı 2023, s. 71.

Bax. Hurşah b. Kubad el-Hüseynî, Tarih-i İlçi-yi Nizamşah, (neşr. Muhammed Rıza Nasırî-Koiçi Haneda), Tahran 1379/2001, s. 54-55.

Bax. Hasan-ı Rumlu, Ahsenü't-Tevârih, (neşr. Abdülhüseyin Nevaî), Tahran 1357/1979, s. 161, 163.

Bax. Kadı Ahmet b. Şerefeddin el-Hüseyin el-Hüseynî, Hülasatü't-Tevârih, (neşr. İhsan İşrakî), Tahran 1359/1971, c. 1, s. 113.

Bax. Tufan Gündüz, Son Kızılbaş, Yeditepe Yayınevi, 10. Baskı, İstanbul 2021, s. 97.

Bax. Mehmet Alpargu, "Muhammed Şibanî Han ve Şah İsmail Mücadelesi", Türk'ün Türk'le Savaşı (içinde), ed. Murat Özkan, Mesut Karakulak, s. 271.

Nağıbəyov Məmmədtağıbəy

Aydan Ələkbərova

Xəbər Lenti

Nigeriyada dini məktəbdə YANĞIN: 17 şagird öldü05.02.2025 - 17:49
Keçmiş rektor Ali Məhkəmədə UDUZDU05.02.2025 - 17:35
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 17:18
Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkimdən AÇIQLAMA05.02.2025 - 17:05
15 yaşlı məktəbli niyə ölüb?05.02.2025 - 16:38
Gömrük Akademiyasında təqüdlər ödənilmir?05.02.2025 - 16:26
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq05.02.2025 - 16:12
"ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır05.02.2025 - 15:59
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 15:45
Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Qara Qarayevin xatirəsini anıblar - FOTO05.02.2025 - 15:34
MTV və Dünya TV-nin yayımı 3 saatlıq dayandırıldı05.02.2025 - 15:20
"Daha sərbəst" akademik müzakirə layihəsinə start verildi05.02.2025 - 15:05
Akademik Yusif Məmmədovun 75 illik yubileyi qeyd olunub - FOTO05.02.2025 - 14:54
Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 05.02.2025 - 14:39
Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib05.02.2025 - 14:26
Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək05.02.2025 - 14:14
Azərbaycanda professor vəfat etdi - FOTO05.02.2025 - 14:03
Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatıb05.02.2025 - 13:50
AzMİU-da Məzunlar Assosiasiyasının təsis yığıncağı keçiriləcək05.02.2025 - 13:36
Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub 05.02.2025 - 13:22
DİM imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb - FOTO05.02.2025 - 13:13
Mərkəzi Elmi Kitabxananın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub05.02.2025 - 13:00
Samux məktəbindəki davamiyyətlə bağlı AÇIQLAMA05.02.2025 - 12:48
Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərsdə halı pisləşən şagird ÖLDÜ05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45