Təhsil 365 - Logo Mobile

LDU-da payız semestrinin imtahan sessiyasına start verilib

2006.01.2025 - 13:00
LDU-da payız semestrinin imtahan sessiyasına start verilib

2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. İmtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 06.01.2025-ci il tarixindən 1.02.2025-ci il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyələrinin I-IV tədris ili qrupları üçün və “Maliyyə”, “Mühasibat”, “Marketinq” ixtisaslarının  V tədris ili qrupları üçün  06.01.2025-ci il tarixdən 11.02.2025-ci il tarixinədək, digər V tədris ili qrupları üçün 27.01.2025-ci il tarixindən 01.02.2025-ci il tarixinədək  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən (yazılı) keçirilir.

Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib.

LDU-nun rektoru, professor Natiq İbrahimov imtahanların gedişini izləmək məqsədilə bu gün universitetin tədris korpuslarına baş çəkərək vəziyyətlə əyani tanış olub, tələbələrlə söhbətləşib. Rektor professor-müəllim heyəti ilə görüşü zamanı onları tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanlarda şəffaflığın təmin edilməsi üçün bütün imkanlardan maksimum səmərəli istifadə etməyə çağırıb. İmtahanlarda tələbələrə və professor-müəllim heyətinə uğurlar arzulayan rektor Natiq İbrahimov imtahan sessiyasının davam etdiyi müddət ərzində prosesə gündəlik nəzarət edəcəyini bildirib.

Qeyd edək ki, LDU-da bütün fakültələr üzrə imtahanlar tələbələrin əvvəlcədən sərbəst seçdiyi  günlər üzrə iki növbədə keçirilməklə, 1-ci növbə saat 09:00-dan 11.30-dək, ikinci növbə saat 14.00-daaan 16.30-dək  təşkil olunacaq. Xatırladaq ki, 2 ildir ki,  tələbələrə imtahan günlərini və biletlərini elektron qaydada seçmək imkanı yaradılıb. İmtahan nəticələrinin universitetin rəsmi saytında(www.lsu.edu.az) və tələbələrin şəxsi kabinetlərində operativ yerləşdirilməsi təmin ediləcəkdir. Həmçinin, tələbələrə bir gün öncədən imtahan vaxtlarını və otaqlarını xatırladan sms-lərin göndərilməsi təşkil edilib.

Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədi ilə rektor Natiq İbrahimovun sədrlik etdiyi Operativ Qərargah yaradılıb(025-5-27-86; 025-5-54-18).

Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin operativ olaraq araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədi ilə yaradılmış Apellyasiya komissiyaları bu gündən fəaliyyətdədir və  imtahan  gedən bütün tədris korpuslarında onlar üçün müvafiq otaqlar ayrılıb.

Tələbələrin imtahanlara hazırlığının səmərəli təşkili üçün universitetin Elmi kitabxanası da gücləndirilmiş iş rejiminə keçirilib. Kitabxana hər gün 08.30-dan 17.30-dək fəaliyyət göstərir. Xatırladaq ki, universitetin Elmi kitabxanasında müasir oxu zalları və  daim yenilənən elektron kitabxana tələbələrin ixtiyarındadır.

Aydan Ələkbərova

Xəbər Lenti

Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərs zamanı halı pisləşən şagird öldü05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45
Ötən il televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr STATİSTİKASI05.02.2025 - 07:32
Dahi bəstəkar Qara Qarayevin doğum günüdür05.02.2025 - 07:18
AzMİU və UZGE İnstitutu arasında strateji görüş - FOTO05.02.2025 - 07:05
İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir05.02.2025 - 06:51
Azərbaycanlı tələbələr layihələrini Niderlandda təqdim ediblər - FOTO05.02.2025 - 06:37
MÜTDA-ya yeni direktor müavinləri təyin olundu05.02.2025 - 06:22
Tanınmış yazıçı-jurnalist vəfat edib05.02.2025 - 06:07
Bakı “Avrasiya Universitetləri Sammiti”nə ev sahibliyi edəcək05.02.2025 - 05:52
Küləkli havada mümkün qədər diqqətli olun - FHN05.02.2025 - 05:37
ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar - FOTO05.02.2025 - 05:30
Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 05:15
İlk dəfə insan beynində mikroplastik tapıldı - CNN04.02.2025 - 20:55
Millimiz Yunanıstanla qollu heç-heçə etdi04.02.2025 - 20:09
2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub04.02.2025 - 19:38
Təhsil mərkəzində atışma baş verib, 6 nəfər yaralanıb 04.02.2025 - 19:36
Bakıda şübhəli məktəbli çantası aşkarlandı - FOTOLAR+VİDEO04.02.2025 - 17:00
“ADPU 2030” Strateji İnkişaf Planı qəbul olunub - FOTO04.02.2025 - 16:40
Təyyarə Bakıya qayıtmaq istəyəndə vurulub - Faktlar açıqlandı04.02.2025 - 16:25
Qəzanın təhqiqatına dair ilkin hesabat açıqlandı - Fotolar04.02.2025 - 16:00
Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür04.02.2025 - 15:40
2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 04.02.2025 - 15:10
Turizm və Menecment Universiteti “Synergia Academy” ilə əməkdaşlıq edəcək - FOTO04.02.2025 - 14:51
Şərqşünaslıq İnstitutunun əməkdaşı Nyu-Yorkda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib - FOTO04.02.2025 - 14:38