Hindistanın böyük yazarı və Nobel Mükafatı laureatı Rabindranat Taqorun "Al-ver" əsəri oxucuların istifadəsinə verilcək.
Bu barədə “Tehsil365”ə “Gözüm ol mənim” kitab klubundan məlumat verilib. Bildirilib ki,
6 yanvar tarixində Rabindranat Taqorun “Al-ver” hekayəsi “Gözüm ol mənim” kitab klubunun youtube səhifəsinə səsli formada yerləşdirilərək oxucuların ixtiyarına veriləcək.
Qeyd edək ki, Rabindranat Taqorun “Al-ver” hekayəsi insan həyatının mənasını, daxili mübarizəsini və mənəvi axtarışını möhtəşəm bir şəkildə ortaya qoyur. Taqorun bu əsəri, ədəbiyyatsevərlər və tənqidçilər tərəfindən Hind ədəbiyyatının ən dəyərli nümunələrindən biri kimi qəbul edilir.