Bakalavrın elektron ərizəsində dil seçimi ilə bağlı üç bənd təqdim edilmişdir: İxtisaslaşma dili", "İmtahan verəcəyi dil” və "Dil fənni blokundakı xarici dil".
Bu barədə “Təhsil365”in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki,
“İxtisaslaşma seçimi mərhələsində magistratura səviyyəsinin dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi, filologiya və tərcümə ixtisaslarına aid ixtisaslaşmaları seçmək istəyən bakalavrlar "İxtisaslaşma dili” bəndində təqdim edilmiş xarici dillər siyahısından müvafiq xarici dili mütləq seçməlidirlər. Digər ixtisaslaşmaları seçmək istəyən bakalavrlar bu bənddə heç bir seçim etmirlər. "İmtahan verəcəyi dil" bəndində bütün bakalavrlar imtahan verəcəkləri dili (Azərbaycan və ya rus dilini) qeyd etməlidirlər. "Dil fənni blokundakı xarici dil" bəndi isə bakalavrların imtahan verəcəkləri xarici dili müəyyənləşdirir”.