Təhsil 365 - Logo Mobile

Bu universitetin müəllimi vəfat etdi

2708.01.2025 - 12:00
Bu universitetin müəllimi vəfat etdi

Odlar Yurdu Universitetinin müəllimi vəfat edib.

Tehsil365 xəbər verir ki, bu barədə universitetin rəsmi hesabında paylaşım edilib.

Paylaşımı təqdim edirik.

Odlar Yurdu Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri adından, uzun illər universitetimizin "İqtisadiyyat və iqtisadi münasibətlər" kafedrasının müdiri, daha sonra isə metodiki mərkəzin rəhbəri və professoru kimi fəaliyyət göstərmiş, elmin və təhsilin inkişafında misilsiz xidmətlər göstərmiş Ələkbərov Əziz Həmid oğlunun vəfatı ilə əlaqədar dərin hüzn hissimizi ifadə edirik.

Əziz Həmid oğlu Ələkbərov yalnız görkəmli alim və pedaqoq deyil, həm də yüksək insani dəyərləri, nəcib şəxsiyyəti və əsl ziyalı nümunəsi ilə həmkarlarının və tələbələrinin qəlbində silinməz iz buraxmışdır. O, Azərbaycan elminin inkişafında müstəsna rol oynamış, təhsilin müasir tələblərə uyğunlaşmasına və yeni yanaşmaların tətbiqinə xüsusi töhfələr vermişdir.

Əziz Həmid oğlu Ələkbərov yüzdən artıq elmi məqalə və tezisin, bir neçə monoqrafiya, 6 dərslik və çoxsaylı fənn proqramlarının müəllifi olaraq elmi-pedaqoji sahədə zəngin irs yaratmışdır. SSRİ İxtiralar və Kəşflər üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış 24, o cümlədən Rusiyada patentləşdirilmiş 8 ixtiranın müəllifi olan Əziz Həmid oğlu Ələkbərov, tədqiqatlarında nəzəri bilikləri praktik tətbiqlərlə birləşdirərək elmin müxtəlif sahələrində innovativ nailiyyətlər əldə etmişdir.

Onun əməyi, ziyalı şəxsiyyəti və təhsil sahəsinə verdiyi töhfələr həmişə hörmətlə və minnətdarlıqla xatırlanacaq, yaratdığı irs gələcək nəsillər üçün bir örnək olaraq qalacaqdır.

Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, onlara səbir və təskinlik diləyirik.

Allah rəhmət eləsin!

Aydan Ələkbərova

Xəbər Lenti

Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatıb05.02.2025 - 13:50
AzMİU-da Məzunlar Assosiasiyasının təsis yığıncağı keçiriləcək05.02.2025 - 13:36
Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub 05.02.2025 - 13:22
DİM imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb - FOTO05.02.2025 - 13:13
Mərkəzi Elmi Kitabxananın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub05.02.2025 - 13:00
Samux məktəbindəki davamiyyətlə bağlı AÇIQLAMA05.02.2025 - 12:48
Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərs zamanı halı pisləşən şagird öldü05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45
Ötən il televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr STATİSTİKASI05.02.2025 - 07:32
Dahi bəstəkar Qara Qarayevin doğum günüdür05.02.2025 - 07:18
AzMİU və UZGE İnstitutu arasında strateji görüş - FOTO05.02.2025 - 07:05
İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir05.02.2025 - 06:51
Azərbaycanlı tələbələr layihələrini Niderlandda təqdim ediblər - FOTO05.02.2025 - 06:37
MÜTDA-ya yeni direktor müavinləri təyin olundu05.02.2025 - 06:22
Tanınmış yazıçı-jurnalist vəfat edib05.02.2025 - 06:07
Bakı “Avrasiya Universitetləri Sammiti”nə ev sahibliyi edəcək05.02.2025 - 05:52
Küləkli havada mümkün qədər diqqətli olun - FHN05.02.2025 - 05:37
ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar - FOTO05.02.2025 - 05:30
Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 05:15
İlk dəfə insan beynində mikroplastik tapıldı - CNN04.02.2025 - 20:55
Millimiz Yunanıstanla qollu heç-heçə etdi04.02.2025 - 20:09
2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub04.02.2025 - 19:38
Təhsil mərkəzində atışma baş verib, 6 nəfər yaralanıb 04.02.2025 - 19:36
Bakıda şübhəli məktəbli çantası aşkarlandı - FOTOLAR+VİDEO04.02.2025 - 17:00
“ADPU 2030” Strateji İnkişaf Planı qəbul olunub - FOTO04.02.2025 - 16:40