Təhsil 365 - Logo Mobile

AzMİU-da payız semestrinin imtahan sessiyası davam edir: 11 minə yaxın tələbə biliyini yoxlayır - FOTO

2409.01.2025 - 12:20
AzMİU-da payız semestrinin imtahan sessiyası davam edir: 11 minə yaxın tələbə biliyini yoxlayır - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası 28 dekabr tarixində başlanmış və fevralın 3-dək davam edəcəkdir.

Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib.

İmtahan sessiyası təsdiq olunmuş imtahan cədvəlinə əsasən bakalavriat səviyyəsində yazılı, test və yaradıcılıqla bağlı fənlər üzrə ənənəvi qaydada,  magistratura səviyyəsində  yazılı, test və şifahi formada keçirilir.

Sessiya müddətində bakalavriat səviyyəsində 404 fənn üzrə 9249 tələbə, magistratura səviyyəsində isə 263 fənn üzrə 1618 tələbə imtahan verəcək. Bakalavriat səviyyəsində keçirilən imtahanların 163-ü yazılı, 206-ı test, 35-i isə qabiliyyət tələb edən, magistratura səviyyəsində isə keçirilən imtahanlardan 60-ı test, 203-ü yazılı imtahanlardır.

İmtahanlarda tələbələrin davranışını izləmək və onların qaydalara riayət etməsini təmin etmək məqsədi ilə 25 zal nəzarətçisi prosesə cəlb olunub. Sessiyanın daha səmərəli keçirilməsi üçün ümumilikdə 10 auditoriyada imtahanlar təşkil edilib. Test üsulu ilə imtahan verən tələbələrə ümumilikdə 235 kompüterdən ibarət olmaqla 5 kompüter zalı, yazılı imtahanlara isə 5 xüsusi zal ayrılıb.

Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovanın əmri ilə universitetin müəllim və əməkdaşlarından ibarət İşçi Qrup formalaşdırılıb. Eyni zamanda, imtahanların idarə ediməsi üçün gənc müəllimlər və tədris-köməkçi heyətdən ibarət Nəzarət Qrupu yaradılıb. Bir sözlə, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb.

Üzürlü səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələbələrə yenidən imtahan vermək şansı da yaradılıb. Onlar üzürlü səbəb haqqında əsaslandırılmış arayışlarını gətirməklə növbəti semestrin başlanğıcına qədər həmin fənn üzrə imtahan verə biləcəklər.

İmtahan prosesində yaranacaq narazılıqların araşdırılması və həlli məqsədilə Apelyasiya Komissiyası, İmtahan Qərargahı və “Qaynar xətt” də fəaliyyət göstərir. Həmçinin universitetin tədris binalarında müraciət və təklif qutuları yerləşdirilib. Hər imtahan sessiyasında olduğu kimi bu sessiyada da imtahan prosesi universitet rəhbərliyi tərəfindən izlənilir və zəruri tapşırıqlar verilir.

Bundan əlavə, sessiya ərzində imtahanlarda şəffaflığı təmin etmək istiqamətində ictimaiyyətin iştirakını nəzərdə tutan “Açıq qapı” günləri də təşkil ediləcək. Bu günlərdə valideynlər, deputatlar, ictimaiyyət və media nümayəndələrin imtahan sessiyasını müşahidə etməsinə şərait yaradılacaq.

Aydan Ələkbərova

Xəbər Lenti

Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatıb05.02.2025 - 13:50
AzMİU-da Məzunlar Assosiasiyasının təsis yığıncağı keçiriləcək05.02.2025 - 13:36
Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub 05.02.2025 - 13:22
DİM imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb - FOTO05.02.2025 - 13:13
Mərkəzi Elmi Kitabxananın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub05.02.2025 - 13:00
Samux məktəbindəki davamiyyətlə bağlı AÇIQLAMA05.02.2025 - 12:48
Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərs zamanı halı pisləşən şagird öldü05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45
Ötən il televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr STATİSTİKASI05.02.2025 - 07:32
Dahi bəstəkar Qara Qarayevin doğum günüdür05.02.2025 - 07:18
AzMİU və UZGE İnstitutu arasında strateji görüş - FOTO05.02.2025 - 07:05
İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir05.02.2025 - 06:51
Azərbaycanlı tələbələr layihələrini Niderlandda təqdim ediblər - FOTO05.02.2025 - 06:37
MÜTDA-ya yeni direktor müavinləri təyin olundu05.02.2025 - 06:22
Tanınmış yazıçı-jurnalist vəfat edib05.02.2025 - 06:07
Bakı “Avrasiya Universitetləri Sammiti”nə ev sahibliyi edəcək05.02.2025 - 05:52
Küləkli havada mümkün qədər diqqətli olun - FHN05.02.2025 - 05:37
ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar - FOTO05.02.2025 - 05:30
Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 05:15
İlk dəfə insan beynində mikroplastik tapıldı - CNN04.02.2025 - 20:55
Millimiz Yunanıstanla qollu heç-heçə etdi04.02.2025 - 20:09
2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub04.02.2025 - 19:38
Təhsil mərkəzində atışma baş verib, 6 nəfər yaralanıb 04.02.2025 - 19:36
Bakıda şübhəli məktəbli çantası aşkarlandı - FOTOLAR+VİDEO04.02.2025 - 17:00
“ADPU 2030” Strateji İnkişaf Planı qəbul olunub - FOTO04.02.2025 - 16:40