Xarici ölkədə təhsil almış şəxslərin Azərbaycanda magistraturaya qəbul olması mümkündür.
Bu barədə “Təhsil365”in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, "Xarici ölkələrdə ali təhsil almış şəxslər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təstiq edən sənədləri əldə etdikdən və həmin məlumatlar Nazirliyin müvafiq bazasına daxil olduqdan sonra magistraturaya qəbul imtahanında iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilər."