Təhsil 365 - Logo Mobile

Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb - FOTO

5410.01.2025 - 06:00
Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb - FOTO

Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı yanvarın 9-da qala mərasimi təşkil edib.

Tehsil365 xəbər verir ki, tədbirə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da mərasimdə iştirak ediblər.

Qala mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gənclər və idman naziri Fərid Qayıbov 2024-cü ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Nazir Prezident İlham Əliyevin ötən ilin idman yekunları ilə bağlı olan tədbirdə idman ictimaiyyətinin bir sıra nümayəndələrini mükafatlandırdığını diqqətə çatdırıb. O, bu addımın idmançılara stimul verdiyini bildirib. F.Qayıbov 2025-ci ilin idmanımız üçün daha da uğurlu olacağına inandığını bildirib.

Daha sonra 2024-cü ilin idman yekunları barədə hesabat videoçarxı təqdim edilib. Ardınca federasiyalar, idman jurnalistləri arasında və sosial mediada aparılmış sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Mərasimdə ilin ən yaxşı media qurumları da açıqlanıb. Birinci yerə "CBC Sport" layiq görülüb. İkinci isə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) olub. AZƏRTAC-a mükafatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib. Üçüncü sıranı isə İdman.biz tutub.

İlin ədalətli oyun ("fair-play") mükafatçısı

1) Qaşım Maqomedov (Taekvondo)

2) Leyla Abidinova (Atletika)

3) Nərmin Şərifova (Badminton)

İlin ən yaxşı idman tədbiri

1) Formula 1 Azərbaycan Qran-Prisi (Bakı)

2) Beynəlxalq Avarçəkmə Reqatası (Füzuli və Mingəçevir)

3) Cüdo üzrə "Böyük Dəbilqə" turniri (Bakı)

İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi

1) "Ulduz" Futbol Akademiyası

2) ROEQİUG Velosiped məktəbi

3) Masallı Rayon Uşaq və Gənclər Məktəbi

İlin idman mövzusunda ən yaxşı videoçarxı

1) "Bir də gəlsəm" - Azərbaycan Cüdo Federasiyası

2) "Doğru hədəfə yönəl" - ATV

3) Güləşçilərin musiqi testi - Azərbaycan Güləş Federasiyası

İlin ən yaxşı idman fotoqrafı

1) Zaur Mustafayev (Trend.az)

2) Nadejda Cavad

3) İslam Atakişiyev (İdman.biz)

İlin ən yaxşı media qurumu

1) "CBC Sport"

2) AZƏRTAC

3) İdman.biz

İlin ən yaxşı idman jurnalisti

1) Elmir Əliyev (Haqqın.az)

2) Kənan Hakimov (İctimai TV)

3) Nazilə Əhmədova (Real TV)

İlin ən yaxşı idman klubu

1) "Ocaq Sport" İdman Klubu

2) "Neftçi" İdman Klubu

3) "Volan" Badminton Klubu

İlin ən yaxşı idman qurğusu

1) Milli Gimnastika Arenası

2) Bakı Su İdmanı Sarayı

3) "Kür" Olimpiya Tədris-İdman Mərkəzi

İlin ən yaxşı Olimpiya İdman Kompleksi

1) Quba Olimpiya İdman Kompleksi

2) Goranboy Olimpiya İdman Kompleksi

3) Ağdaş Olimpiya İdman Kompleksi

İlin ən yaxşı tibb personalı

1) Aydın Ağaliyev (Gimnastika)

2) Nigar Heydərova (MİTRİ)

3) Ramil Vəliyev (Cüdo)

İlin ən yaxşı idman hakimi

1) Emil Qurbanəliyev (Boks)

2) Nataliya Bulanova (Gimnastika)

3) Asif Şirəliyev (Güləş)

2024-cü ildə uğurlu beynəlxalq fəaliyyətə görə

1) Azərbaycan Atçılıq Federasiyası

2) Azərbaycan Atıcılıq Federasiyası

3) Azərbaycan Ağırlıqqaldırma Federasiyası

İlin ən yaxşı idman federasiyası

1) Azərbaycan Cüdo Federasiyası

2) Azərbaycan Gimnastika Federasiyası

3) Azərbaycan Güləş Federasiyası

İlin kişilərdən ibarət ən yaxşı klub komandası (oyun idman növləri)

1) "Qarabağ" Futbol Komandası

2) "Azərreyl" çimərlik voleybol komandası

3) "Birbaşa Bakı" Minifutbol komandası

İlin qadınlardan ibarət ən yaxşı klub komandası (oyun idman növləri)

1) "Azərreyl" çimərlik voleybol komandası

2) "Neftçi" 3x3 basketbol komandası

3) "Qarabağ" həndbol komandası

İlin kişilərdən ibarət ən yaxşı milli komandası

1) Yunan-Roma güləşi üzrə milli komanda

2) Cüdo üzrə milli komanda

3) Sərbəst güləş üzrə milli komanda

İlin qadınlardan ibarət ən yaxşı komandası

1) Bədii gimnastika üzrə qrup hərəkətləri komandası

2) 3x3 basketbol üzrə milli komanda

3) Güləş üzrə milli komanda

İlin qeyri-Olimpiya idman növləri üzrə ən yaxşı məşqçisi

1) İradə Qurbanova (Akrobatika gimnastikası)

2) Adil Hüseynzadə (Tamblinq gimnastikası)

3) Eduard Məmmədov (Kikboksinq)

İlin ən yaxşı qadın məşqçisi

1) Siyana Vasileva (Bədii gimnastika)

2) Solmaz Adilova (Qadın güləşi)

3) Larisa Axundova (Kanoe və kayak)

İlin ən yaxşı kişi məşqçisi

1) Riçard Trautman (Cüdo)

2) Məmməd Abdullayev (Taekvondo)

3) Qurban Qurbanov (Futbol)

Qeyri-Olimpiya növləri üzrə ilin ən yaxşı idmançısı

1) Ağasif Rəhimov və Raziyə Seyidli (Akrobatika)

2) Ülviyyə Fətəliyeva (Şahmat)

3) Əliqismət Həsənov (Karate)

İlin ən yaxşı qadın paralimpiyaçısı

1) Lamiyə Vəliyeva (Paraatletika)

2) Dürsədəf Kərimova (Paracüdo)

3) Könül Süleymanova (Paraüzgüçülük)

İlin ən yaxşı kişi paralimpiyaçısı

1) İmaməddin Xəlilov (Parataekvondo)

2) Səid Nəcəfzadə (Paraatletika)

3) İlham Zəkiyev (Paracüdo)

İlin ən yaxşı qadın idmançısı

1) Yaylagül Ramazanova (Kamandan oxatma)

2) Anna Skidan (Atletika)

3) Mariya Stadnik (Güləş)

İlin ən yaxşı kişi idmançısı

1) Hidayət Heydərov (Cüdo)

2) Zelim Kotsoyev (Cüdo)

3) Qaşım Maqomedov (Taekvondo)

Tədbirdə karyerasını başa vurmuş bədii gimnastlar Zöhrə Ağamirova və Zeynəb Hümmətova, güləşçilər Hacı Əliyev və Sabah Şəriəti idmanın inkişafındakı xidmətlərinə görə təltif olunublar.

Tədbir bədii hissə ilə davam edib.

Elmina Muxtarlı

Xəbər Lenti

Dövlət Proqramına qəbula dair ilkin siyahı müəyyən olunub30.07.2025 - 19:55
Azərbaycan Universitetinin tələbələri “Kiber Yay Məktəbi”ndə iştirak ediblər30.07.2025 - 19:45
Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir30.07.2025 - 19:45
BDU-nun 11 məzunu xarici magistraturalara qəbul olub30.07.2025 - 19:35
SABAH qruplarının əhatə dairəsi genişləndirilir30.07.2025 - 19:20
BDU tələbəsi RİİB-in “Azad Mirzəcanzadə inkişaf proqramı”nın qalibidir30.07.2025 - 19:10
ADNSU tələbəsi Kibertəhlükəsizlik Mərkəzində birinci yerə layiq görülüb30.07.2025 - 18:55
BDU-nun 866 bakalavr və magistri yay semestri dərslərində iştirak edir30.07.2025 - 18:45
BMU tələbələri Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub30.07.2025 - 18:35
Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisinə start verilib30.07.2025 - 18:22
Kənd məktəbində texnologiya dərsi30.07.2025 - 18:10
Xanlar Xanlarzadə: "Kütləvi imtahanların elektron formatda keçirilməsi hələlik mümkün deyil"30.07.2025 - 18:10
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə tələbə qəbulu davam edir30.07.2025 - 17:15
Şirvan-Salyanda hesabat tədbiri keçirildi30.07.2025 - 16:57
Cəbrayılda Köç Prosesində Təhsil Prioritetdir30.07.2025 - 16:20
“İmtahan yükü gəncləri intihara aparır” – Psixologiya ETİ-nin sədri Elnur Rüstəmovdan xəbərdarlıq30.07.2025 - 16:16
Təhsildən məhrum edilən qızlar gələcəkdə hansı çətinliklərlə üzləşir? - AÇIQLAMA30.07.2025 - 15:55
Ucqar kəndlərdə müəllim çatışmazlığının aradan qaldırılması üçün görülən tədbirlər30.07.2025 - 15:51
Türkiyə özəl universitetlərində 2025–2026-cı il üzrə təhsil haqları açıqlandı: 80%-ə qədər artım var30.07.2025 - 15:50
Misir ilə Louisville Universiteti arasında 12 əməkdaşlıq müqaviləsi imzalandı30.07.2025 - 15:45
Türkiyədən 89 universitet dünya elmi sıralamasında yer aldı30.07.2025 - 15:40
Müəllimlər üçün fərqləndirilmiş tədris kitabları istifadəyə verildi30.07.2025 - 15:30
ABŞ, beynəlxalq tələbə sayındakı azalma səbəbindən 7 milyard dollarlıq iqtisadi itki ilə üzləşə bilər30.07.2025 - 15:20
Süni İntellektdə ədalət: İdeallardan Praktik Addımlara30.07.2025 - 15:10
Qana təhsili təhlükədə: Saxta titullar ölkəni qarışdırdı30.07.2025 - 15:00
ChatGPT artıq tələbələri addım-addım öyrədir: OpenAI-dən yeni funksiya30.07.2025 - 14:55
Yeni Zelandiya tələbə vizası qaydaları 30.07.2025 - 14:45
Google süni intellekt dəstəyi ilə 2-ci rübdə 96,4 milyard dollarlıq gəlir əldə etdi30.07.2025 - 14:35
Azərbaycan Caraş Festivalında – Mədəniyyətimiz İordaniyada təqdim olunur30.07.2025 - 14:30
Yeni Zelandiyada Maori mədəniyyətini qoruyan universitet: Te Wananga o Aotearoa30.07.2025 - 14:25
ABŞ-da təhsil alan azərbaycanlıların sayı 30.07.2025 - 14:23
Kvant kompüterlərdə yeni dünya rekordu: 6,7 milyon əməliyyatda yalnız bir səhv30.07.2025 - 14:20
ABŞ-da beynəlxalq tələbələr30.07.2025 - 14:12
Təhsildə bölgə və mərkəz arasında uçurum: Seul yenə öndədir30.07.2025 - 14:06
Özəl məktəblərin təhsil haqları nə qədərdir? – Yeni qiymətlər 202530.07.2025 - 14:01
Tec de Monterrey: Təhsil və davamlı inkişafın qovuşduğu model30.07.2025 - 14:00
Sosial Mediada Yayılan Dini Dezinformasiyalara Qarşı Təhsilin Rolu və Mübarizə Yolları30.07.2025 - 13:50
Qarabağ Universiteti: 2025/2026-cı tədris ilində əlavə təhsil üzrə qəbul olmayacaq30.07.2025 - 12:30
Qarabağ Universiteti ali təhsil sərgisində təmsil olunub30.07.2025 - 12:24
“Sistemi dəyişməsək, intiharlar davam edəcək” – Təhsil ekspertindən ciddi açıqlama30.07.2025 - 12:12
Yüksək bal toplayan tələbələr niyə xaricə üz tutur? – Təhsil eksperti səbəbləri açıqladı30.07.2025 - 12:07
Pedaqoji ixtisasların sayı azaldılıb – keçid ballarında artım gözlənilir30.07.2025 - 11:25
Lənkəranda qadın məşğulluğuna dair panel30.07.2025 - 11:25
Elm və təhsil naziri Emin Əmrullayev Oğuz şəhərində sakinlərin müraciətlərini dinləyib30.07.2025 - 11:13
Məktəb psixoloqları regionlarda varmı, varsa nə qədər var? 30.07.2025 - 09:00
Video oyunları şagirdlərdə zəka, yaddaş və sosial bacarıqları gücləndirir30.07.2025 - 08:50
Uşaqların aqressiyasının artmasının səbəbi erkən yaşlarda smartfondan istifadə olunmasıdır?-ARAŞDIRMA30.07.2025 - 08:40
Xaricdə təhsil alan tələbələrdə psixoloji uyğunlaşma problemləri artır: depressiya və stress təhlükəsi ola bilər!30.07.2025 - 08:30