Təhsil 365 - Logo Mobile

Cəmiyyətin dayanıqlı inkişafı üçün təhsildə dəyərlərin təbliği

13210.01.2025 - 11:40
Cəmiyyətin dayanıqlı inkişafı üçün təhsildə dəyərlərin təbliği

Təhsil yalnız bilik və bacarıqların ötürülməsi deyil, eyni zamanda insanın şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan bir prosesdir. Bu prosesdə dəyərlərin öyrədilməsi və aşılanması cəmiyyətin dayanıqlılığı və inkişafı üçün əsas amillərdən biridir. Təhsil dəyərləri təşviq etməklə, yalnız peşəkar, savadlı fərdlər yetişdirmək deyil, həm də vicdanlı, əxlaqlı və sosial məsuliyyətli vətəndaşların formalaşmasına xidmət edir.

Dəyərlər dedikdə biz mənəvi və əxlaqi, mədəni və milli, sosail və qlobal dəyərləri nəzərdə tuturuq.

Şagirdlərə mənəvi dəyərlərin aşılanması, onlarda dürüstlük, ədalət, hörmət və məsuliyyət kimi müsbət keyfiyyətlərin inkişafına səbəb olur. Bu dəyərlər cəmiyyətdə sosial ədalətin təmin edilməsinə, fərdlər arasında qarşılıqlı anlaşmanın güclənməsinə gətirib çıxarır.

Hər bir xalqın tarixi və mədəni irsi onun dəyərlərinin təməlini təşkil edir. Təhsil müəssisələri bu irsi qorumaqla, şagirdlərin öz milli kimliyini dərk etməsinə və mədəniyyətini gələcək nəsillərə çatdırmasına kömək edir. Milli dəyərlərin öyrədilməsi, gənclərin vətənpərvər ruhda yetişməsinə şərait yaradır.

Qloballaşan dünyada təhsil təkcə yerli deyil, həm də qlobal dəyərlərin əhəmiyyətini vurğulamalıdır. İnsan hüquqları, bərabərlik, ətraf mühitin qorunması və sülh kimi qlobal dəyərlərin təbliği, gənclərin dünya miqyasında məsuliyyətli vətəndaş olmalarına imkan yaradır.

Bu dəyərlərin aşılanması müxtəlif yol və vasitələrlə həyata keçirilir. Müxtəlif fənlərin tədrisində dəyərlərin nəzərə alınması onların təbii şəkildə öyrədilməsini təmin edir. Məsələn, ədəbiyyat dərslərində ədalət və insanlıq anlayışları, tarix dərslərində isə vətənpərvərlik və milli kimlik məsələləri vurğulana bilər. Bundan başqa müəllimlər öz davranış və münasibətləri ilə şagirdlərə nümunə olmalıdırlar. Məktəblərdə təşkil olunan könüllü fəaliyyətlər, ictimai layihələr və mədəni tədbirlər də gənclərdə sosial məsuliyyət və empatiya hissini gücləndirir.

Ölkəmizdə təhsil müəssisələrində dəyərlərin təbliği istiqamətində müəyyən irəliləyişlər olsa da, bu sahədə hələ də çatışmazlıqlar mövcuddur.

Azərbaycanda müəllimlərin əksəriyyəti milli-mənəvi dəyərlərə sadiqdir və onları şagirdlərə aşılamağa çalışırlar. Lakin bəzi hallarda müəllimlərin bu sahədə bilik və bacarıqları kifayət qədər inkişaf etdirilməyib. Müasir təlim metodları ilə yanaşı, dəyərlərin təbliği üçün xüsusi təlim proqramlarına ehtiyac var. Müəllimlər üçün təşlkil olunan davamlı təlimlərdə bu mövzuya daha çox yer ayrılmalıdır.

Dəyərlərin tədrisi üçün təhsil proqramlarında müəyyən addımlar atılsa da, bəzən bu dəyərlər nəzəri şəkildə təqdim olunur və praktik tətbiqlə gücləndirilmir. Məsələn, dərsliklərdə vətənpərvərlik, empatiya, vətəndaşlıq məsuliyyəti kimi mövzular yer alsa da, real həyatdan nümunələrin çatışmazlığı onların şagirdlər tərəfindən tam mənimsənilməsini çətinləşdirir.

Son illərdə ölkədə könüllülük hərəkatı və sosial layihələrin artması gənclərdə sosial məsuliyyət hissinin güclənməsinə müsbət təsir göstərir. Lakin bu fəaliyyətlər əsasən paytaxt və iri şəhərlərlə məhdudlaşır. Regionlarda bu cür təşəbbüslər daha azdır, bu da həmin bölgələrdə dəyərlərin təbliğində boşluqlar yaradır.

Müasir texnologiyanın və qloballaşmanın gənclərə təsiri ikiüzlüdür. Bir tərəfdən, gənclər qlobal dəyərləri mənimsəyir, insan hüquqları, ətraf mühitin qorunması kimi mövzulara maraq göstərir. Digər tərəfdən, bəzən sosial şəbəkələr və digər təsirlər milli-mənəvi dəyərlərin zəifləməsinə səbəb olur. Bu balansı qorumaq üçün təhsil sistemi müasir dövrün çağırışlarına uyğunlaşmalı və bu sahədə düzgün istiqamətləndirmə etməlidir.

Aparılan islahatlarla bərabər təhsil müəssisələrində dəyərlərin təbliği istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməlidir.Əsasən müəllim hazırlığı və motivasiyası artırılmalı, müəllimlər dəyərlərin tədrisində əsas vasitəçi kimi dəstəklənməlidir. Praktik yanaşmaların tətbiqi vacibdir. Dəyərlər yalnız nəzəri deyil, həyatla əlaqələndirilmiş şəkildə öyrədilməlidir. Regionlarda təşəbbüslərin genişləndirilməsi üçün layihələr həyata keçirilməli və könüllülük fəaliyyəti dəstəklənməlidir. Müasir media alətləri ilə dəyərlərin təbliği gücləndirilməli, gənclərin maraq dairəsinə uyğun məzmunlar yaradılmalıdır.

Milli və qlobal dəyərlərin balanslaşdırılmış şəkildə öyrədilməsi, şagirdlərin hər iki səviyyədə məsuliyyətli vətəndaş kimi formalaşması üçün əhəmiyyətlidir. Bu məqsədə nail olmaq üçün təhsil və mədəniyyət qurumları, vətəndaş cəmiyyətlərinin birgə fəaliyyəti olduqca vacibdir. Vətəndaş cəmiyyətlərinin fəal iştirakı, təhsil proqramlarına dəstək verilməsi və müxtəlif tədbirlərin təşkil edilməsi şagirdlərin sosial məsuliyyətini artırmağa və onları ictimai həyatda daha fəal iştirak etməyə təşviq edəcəkdir.

Azərbaycan Respublikası Təhsil Cəmiyyəti

İdarə heyətinin sədri Murad Ağalarov

Elmina Muxtarlı

Xəbər Lenti

BDU Fakültəsinin Yubileyi03.11.2026 - 19:27
BDU-da Elmi Seminar baş tutub03.11.2026 - 19:25
BDU- da Biologiya Fakültəsində Anım 03.11.2026 - 19:20
Xarıbülbülün Zəfər Nəğməsi03.11.2026 - 19:17
ADNSU Beynəlxalq Konfranslarda03.11.2026 - 19:13
ADNSU-Deep Tech Əməkdaşlığı03.11.2026 - 19:07
ADNSU-nun Beynəlxalq Əlaqələri03.11.2026 - 18:44
ADNSU-nun Q1 Uğuru03.11.2026 - 18:41
ADNSU Məqaləsi Dərc Edildi03.11.2026 - 18:34
ADU tələbələri “Qardaşlığın misraları” müsabiqəsində iştirak ediblər03.11.2026 - 18:12
ADU-da şair Müzahim Mehvalıoğlunun kitabının imza günü keçirilib03.11.2026 - 18:09
ADU-nun dosenti dosent elmi adına layiq görülüb03.11.2026 - 18:06
ADU-da süni intellekt və informasiya təhlükəsizliyi mövzusunda tədbir keçirilib03.11.2026 - 18:04
BDU-da Cəlil Məmmədquluzadənin publisistikasına həsr olunan tədbir keçirilib03.11.2026 - 18:03
“Sadıq bəy Ağabəyzadə general-şərqşünas” kitabı işıq üzü görüb03.11.2026 - 17:59
Nizami Gəncəvinin 885 illiyi beynəlxalq elmi konfransda qeyd olunub03.11.2026 - 17:58
AMEA-nın nümayəndə heyəti Çində Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası Şurasının 39-cu iclasında iştirak edib03.11.2026 - 17:56
ADPU-nun STEAM komandaları beynəlxalq olimpiadanın II mərhələsinə vəsiqə qazanıblar03.11.2026 - 17:52
Firudin Qurbanov Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub03.11.2026 - 17:52
ADPU tələbələri arasında dayanıqlı inkişaf savadlılığının qiymətləndirilməsi üzrə sorğu keçirilib03.11.2026 - 17:50
Qarabağ Universitetində yeni təyinat olub03.11.2026 - 17:46
ADNSU tələbələri beynəlxalq elmi konfranslarda tədqiqatlarını təqdim ediblər03.11.2026 - 17:40
Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı03.11.2026 - 17:39
Magistr və doktorantura bitirən zabitlər daha tez rütbə alacaq03.11.2026 - 17:34
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək: Namizədlərə vacib xəbərdarlıq03.11.2026 - 17:31
Qərbi Kaspi Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib03.11.2026 - 17:27
Dövlət İmtahan Mərkəzi tərəfindən SAT imtahanı təşkil olunacaq03.11.2026 - 17:25
DPİQ və SABAH.city elmi tədqiqatların innovasiyaya çevrilməsini müzakirə edib03.11.2026 - 17:20
Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub03.11.2026 - 17:20
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib03.11.2026 - 17:19
UFAZ-da seminar keçirilib03.11.2026 - 17:17
UFAZ tələbələri “One Idea” innovasiya müsabiqəsində birinci yeri qazanıblar03.11.2026 - 17:15
“Rəsmi-işgüzar üslubda Azərbaycan dilinin istifadə qaydaları” mövzusunda təlim təşkil olunub03.11.2026 - 17:12
“Süni intellekt bumeranqı" gözlənilməz nəticələr doğurdu03.11.2026 - 17:11
UNEC əməkdaşı beynəlxalq ekspertlər siyahısına daxil edilib03.11.2026 - 17:10
Sentyabrın 27-də keçirilən imtahanın yekun nəticələri elan olunub03.11.2026 - 17:09
UFAZ-da elmi seminarı keçirilib03.11.2026 - 17:07
Orta məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdı03.11.2026 - 17:05
ADA Universitetinin nümayəndə heyəti İtaliyadakı tərəfdaş universitetlərə səfər edib03.11.2026 - 17:02
Rüfət Seyidov AzTV-dən ayrıldı03.11.2026 - 17:01
Daha 20 tələbəyə 200 manat təqaüd veriləcək03.11.2026 - 17:00
Bilkent və Harvard universitetlərinin məzunu TAU tələbələrinə seminar keçdi03.11.2026 - 16:59
Rus milyarderin xanımı Bakı İncəsənət sərgisində 03.11.2026 - 16:55
10 universitetdə süni intellekt təlimlərinə start verilib03.11.2026 - 16:50
“BilBacar” müsabiqəsi yenidən başlayır03.11.2026 - 16:20
"Baku Steel Company" "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir03.11.2026 - 15:10
Aşıq sənətinin tədrisi məsələlərinə dair müzakirələr aparılıb03.11.2026 - 15:05
Milli irsimizin təbliği: “Kəlağayı bayramı” silsilə tədbirlərinə start verilib03.11.2026 - 15:02