Təhsil 365 - Logo Mobile

MEK ötən il oxuculara xidmət işini təkmilləşdirib

2410.01.2025 - 14:00
MEK ötən il oxuculara xidmət işini təkmilləşdirib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 2024-cü ildə müasir kitabxana xidmət sahələrinə inteqrasiya edərək, həm elmi araşdırmalara, həm də cəmiyyətin məlumat ehtiyaclarının qarşılanmasına öz dəstəyini göstərib. Həmçinin oxuculara müxtəlif mövzularda biblioqrafik xidmətlər təqdim etməklə Azərbaycanın elmi və mədəni inkişafına öz töhfəsini verib.

MEK-dən “Tehsil365”ə bildirilib ki, 2024-cü ildə müasir dövrün qarşıya qoyduğu tələblərə uyğunlaşmaq üçün kitabxana öz iş prinsiplərində dəyişikliklər tətbiq edib. Belə ki, xidmət işini təkmilləşdirmək məqsədilə fondlardan oxucuların verdiyi sənəd sifarişinin vaxtı iyun ayından etibarən saat 20:00-dək uzadılıb. Bu yeniliyin tətbiqi oxuculara kitabxana-informasiya xidmətinin səviyyəsinin yüksəldilməsini, onlara operativ, dolğun informasiya xidmətinin həyata keçirilməsini təmin edir. Bundan əlavə, MEK-in fəaliyyəti və zəngin fondları ilə tanış etmək məqsədilə hər ay “Açıq qapı günləri” layihəsi keçirilir. Geridə qalan ilin nailiyyətlərindən biri və AMEA-nın tarixində ilk könüllülük hərəkatı olan “MEK Könüllüləri” də fəaliyyətləri dövründə oxuculara xidmət sahəsində aktiv iştirak ediblər.

Oxucu sorğularının tam və dolğun ödənilməsi üçün MEK ənənəvi fondla bərabər zəngin elektron mətn, audiovizual və müasir dövrün tələblərinə cavab verəcək elektron kataloq sisteminə malikdir. MEK-in elektron kataloqu oxuculara kitabxananın ədəbiyyat fondunun tərkibi ilə tanış olmağı, öz sorğularına operativ və kitabxanaçı biblioqrafın köməkliyi olmadan uzaq məsafədən cavab almağı, ədəbiyyatı uzaq məsafədən sifariş verməyi təmin edir, oxuculara müasir səviyyədə onlayn olaraq xidməti təşkil etməyə şərait yaradır.

Keçən il ərzində oxucular İRBİS-64 proqramı, həm də kataloq-kartoteka sisteminə əsasən ənənəvi formada da biblioqrafik informasiya xidməti üzrə axtarış həyata keçirib. Mərkəzi Elmi Kitabxana oxucularının müraciətləri əsasında kitab, dövri mətbuat, avtoreferat və dissertasiya olmaqla, həm elektron, həm də ənənəvi kataloqda axtarış aparılıb ki, onların da sırasında ən çox sorğu edilən dilçilik, hüquq və tibb sahələri olub. Bununla yanaşı, oxucular bədii ədəbiyyata da maraq göstəriblər. Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin əsərləri, o cümlədən ətraf mühitin qorunmasına, tarix və dövlətçiliyə dair kitablar daha çox sifariş olunub.

Xidmətin səmərəli təşkil edilməsi məqsədilə oxuculara sorğu anketləri də təqdim olunur. Bu anketlər vasitəsilə oxucular MEK-də görmək istədikləri yeni kitabları müəyyən edir və kitabxananın fondu bu tələblərə uyğun şəkildə genişləndirilir.

Xatırladaq ki, 18 yaşdan yuxarı hər kəs MEK-ə üzv olmaqla kitabxananın zəngin fondlarından həm yerində, həm də onlayn şəkildə yararlana bilər.

Elmina Muxtarlı

Xəbər Lenti

Bağırsaq xərçəngi riskini azaldan qida12.01.2025 - 17:55
Uşaq bağçalarında ingilis dilinin tədrisi qadağan edildi12.01.2025 - 17:25
Epilepsiyanın beyin sağlamlığını necə məhv etdiyi müəyyən olunub12.01.2025 - 16:50
UNEC-in ETSN əməkdaşları üçün keçdiyi sertifikat təlimləri uğurla yekunlaşdı12.01.2025 - 16:15
Şabranda Erkən Tunc dövrünə aid tarixi nümunələr tapıldı12.01.2025 - 15:10
"Qarabağ" yoxlama oyununda "Zirə" ilə qarşılaşıb12.01.2025 - 14:30
Jurnalistlər Yubiley İli üçün Vatikana toplaşacaqlar12.01.2025 - 14:10
Meksikada güclü zəlzələ oldu12.01.2025 - 13:05
Dumana görə yollarda görmə MƏHDUDLAŞACAQ12.01.2025 - 12:45
İlin boksçusu bəlli oldu12.01.2025 - 12:40
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir12.01.2025 - 12:20
Türkiyədə pulsuz təhsil almaq istəyənlərin nəzərinə: qeydiyyat başlayıb12.01.2025 - 11:55
Məktəblərin 88 %-i DAĞIDILIB12.01.2025 - 11:30
Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb12.01.2025 - 11:05
“SpaceX” daşıyıcı raketin yeddinci sınaq buraxılışını təxirə salıb12.01.2025 - 10:40
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: sağ qalan sərnişin ilk dəfə açıqladı - VİDEO12.01.2025 - 10:15
Burun əməliyyatından sonra komaya düşən Nəzrin vəfat etdi12.01.2025 - 09:50
Həftənin ilk günü hava necə olacaq?12.01.2025 - 09:25
BDU-nun dosenti vəfat etdi12.01.2025 - 09:00
Alimlər: 6 milyarda yaxın insanın həyatı təhlükədədir12.01.2025 - 08:35
8 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA12.01.2025 - 08:10
Bu gün hava yağmursuz keçəcək12.01.2025 - 07:45
Uşaqlarda baş ağrılarının təhlükəli NƏTİCƏLƏRİ 12.01.2025 - 07:20
Səmada "planetlər paradı" gözlənilir12.01.2025 - 06:55
Alimlərdən xərçəngə qarşı vasitə 12.01.2025 - 06:35
Tədqiqatçı: Sağlamlıq üçün vacib mikroblar araşdırılmayıb12.01.2025 - 06:00
Azərbaycan Latın Qrafikalı Əlifbaya Keçidinin 21-ci İldönümü: Tarixi Sərəncamın Əhəmiyyəti11.01.2025 - 20:00
Alimlər ürək xəstəliklərinin dərmanı olan məhsulu açıqlayıblar11.01.2025 - 15:00
Şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar11.01.2025 - 14:40
Filmlərə dəstək məqsədilə növbəti müsabiqə elan edilib11.01.2025 - 14:20
Filmlə bağlı qonorarların verilməsi qaydalarında dəyişiklik11.01.2025 - 14:00
"Möcüzələr diyarına..." adlı tamaşanın budəfəki qəhrəmanları şəhid övladları idi - FOTO11.01.2025 - 13:40
İdman Akademiyasının əməkdaşları ATU-nun rezidentləri ilə görüşüb -FOTO11.01.2025 - 13:20
Universitet yataqxanasında yanğın: Tələbələr xəsarət aldılar11.01.2025 - 13:00
Musiqi müəllimləri attestasiya ilə bağlı növbəti dəfə məlumatlandırılıb11.01.2025 - 12:40
İranda 4200 şagird əməliyyat bölgələrinə göndərilib11.01.2025 - 12:20
BANM-də keçirilən intellektual turnirin qalibləri mükafatlandırılıb - FOTO11.01.2025 - 12:00
AMEA-nın Qafqazşünaslıq İnstitutu yeni nəşrlərini təqdim edib - FOTO11.01.2025 - 11:40
ABŞ-də növbəti şəxsə "Neuralink" beyin çipi yerləşdirilib11.01.2025 - 11:20
Prezident Şahin Bağırovu ordenlə təltif edib11.01.2025 - 11:00
Ümumdünya Qoruqlar və Milli Parklar Günüdür11.01.2025 - 10:40
Şəhid anası yenidən məktəb direktoru oldu11.01.2025 - 10:20
Masallıda 20 yaşlı qız zəhərlənərək ölüb11.01.2025 - 10:00
Bazar gününün hava proqnozu açıqlanıb - 12.02.202511.01.2025 - 09:40
Koreyada təyyarə qəzası ilə bağlı yeni təfərrüat məlum olub11.01.2025 - 09:20
"Quba"nın baş məşqçisi: "Bu gün oyuna qələbə üçün çıxacağıq"11.01.2025 - 09:00
Məzahir Pənahov qeydə alınan namizədlərin ən son sayını AÇIQLADI11.01.2025 - 08:40
Qapı arxasında köməksiz qalan 9 yaşlı uşağı xilas edilib11.01.2025 - 08:20