Şəhid Ataməli Musaoğlunun xanımı Firuzə Ziyad qızı Musaoğlu həyat yoldaşının yolunu davam etdirərək bu il Xəzər Universitəsinin Klinik Psixologiya ixtisası üzrə Magistr pilləsini tam müvəffəqiyyətlə başa vuraraq Fərqlənmə Diplomuna layiq görülmüşdür.
Tehsil365 xəbər verir ki, vətən müharibəsi başlayanda Ataməli Musaoğlu Xəzər Universitetinin ikinci kurs magistr tələbəsi idi. O, dərhal könüllü olaraq cəbhəyə getmiş və şəhid olmuşdu.
2025-ci il yanvarın 8-də Xəzər Universitəsinin təsisçisi, Direktorlar Və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının tapşırığı ilə Fərqlənmə diplomu gül dəstəsi birlikdə Şəhidin evində ailəsinə şəxsən təqdim edildi.
Şəhid Ataməli Musaoğlunun anası Leyla Musayeva Hamlet İsaxanlıya, Xəzər Universitəsinin rəhbərliyinə və universitənin bütün kollektivinə dərin təşəkkürünü bildirdi.