Təhsil 365 - Logo Mobile

Gənclərdə bağırsaq xərçəngi halları artmaqdadır

3711.01.2025 - 06:00
Gənclərdə bağırsaq xərçəngi halları artmaqdadır

Dünya miqyasında gənclər arasında xərçəng hallarının artması alimləri narahat edən mühüm ictimai sağlamlıq məsələsinə çevrilib. 2023-cü ildə yayımlanan genişmiqyaslı bir araşdırma 1990-2019-cu illər arasında 50 yaşdan aşağı şəxslər arasında xərçəng hallarının 79 faiz artdığını ortaya qoyub. Xüsusilə, bağırsaq xərçənginin gənc yaşlarda daha çox yayılması bu mövzunun dərinləşdirilməsini zəruri edir. Bağırsaq xərçəngi hallarının artmasında işlənmiş qida və spirtin potensial rol oynadığı irəli sürülür.

“Tehsil365” “The İndependent” nəşrinə istinadla xəbər verir ki, Cincinnati Universiteti Xərçəng Mərkəzindən Jordan Kharofa bu xəstəliyin yaranmasında pəhriz, bağırsaq mikrobiomu və onların qarşılıqlı təsirinin əsas amillərdən biri ola biləcəyini bildirir. Xüsusilə, həddindən artıq işlənmiş ət və spirt istehlakı, meyvə-tərəvəz qəbulunun azalması ilə bağlı – risk artırdığı vurğulanır. Bu pəhrizlər bağırsaq bakteriyalarının hidrogen sulfid istehsalını gücləndirərək xərçəngin yaranmasına səbəb ola bilər.



Bununla yanaşı, müəyyən sağlam qidalanma vərdişlərinə malik gənclərdə də bağırsaq xərçənginin müşahidə olunması bu xəstəliyin səbəblərinin tam anlaşıla bilmədiyini göstərir. ABŞ-dakı Ümid Şəhəri Tədqiqat Mərkəzindən onkoloq Marvan Fakih qeyd edir ki, bəzi gənclər 33 yaşında klinikaya dördüncü mərhələ bağırsaq xərçəngi ilə müraciət edirlər, bu isə müasir diaqnostika və profilaktika səylərinin yenidən nəzərdən keçirilməsini tələb edir. Antibiotiklərin uzunmüddətli istifadəsinin də bağırsaq mikrobiomuna təsir edərək xəstəlik riskini artıra biləcəyi ehtimal olunur. Bununla bağlı daha dərin tədqiqatlara ehtiyac vardır.

Bioloji saatın pozulması, xüsusən də süni işıq mənbələrinə davamlı məruz qalma, bağırsaq xərçənginə səbəb olan faktorlar arasında göstərilir. İrvine Kaliforniya Universitetindən Selma Masri siçanlarla apardığı tədqiqatlarda bu təsirin bağırsaq bakteriyalarının müxtəlifliyinə və bağırsağın qoruyucu selik səviyyəsinə mənfi təsir etdiyini aşkarlayıb.

Müasir texnologiyanın – mobil cihazlar və kompüterlərin – həyat tərzimizdəki dəyişikliklərə gətirdiyi təsirlər xəstəliyin yeni nəsillər arasında artmasının mümkün səbəblərindən biri kimi qəbul edilir. Həmçinin mikroplastiklərin və sonsuz kimyəvi maddələrin insan orqanizminə daxil olaraq xərçəngin inkişafına təsir edə biləcəyi də alimlərin diqqətindədir. Mikroplastiklər ətraf mühitdə geniş yayılıb və onların insan sağlamlığına potensial təhlükələri hələ tam aydınlaşdırılmayıb.

Los-Ancelesdəki Cedars-Sinai Tibb Mərkəzindən Jane Figueiredo bu problemə universal bir həllin mövcud olmadığını qeyd edir: “Hələ bütün cavablarımız yoxdur. Elmi cəmiyyət daha geniş miqyaslı tədqiqatlar aparmaqla xəstəliyin səbəblərini anlamaq və effektiv profilaktika strategiyaları hazırlamaq üzərində işləyir”.

Bağırsaq xərçəngi ilə bağlı bu cür mürəkkəb məsələlər insan sağlamlığını qorumaq üçün qlobal səylərin gücləndirilməsini və multidissiplinar yanaşmanın tətbiqini tələb edir.

Şəms Əhmədzadə

Xəbər Lenti

NDU-da yeni dərslik təqdimatı04.11.2026 - 19:07
NDU-da şəhid idmançılara monoqrafiya04.11.2026 - 19:02
Rektor Avropa dilləri kafedrasında04.11.2026 - 18:48
ADU-da Orhun tələbələri ilə görüş04.11.2026 - 18:45
ADU-da elmi seminar keçirilib04.11.2026 - 18:38
ADNSU-da “Avia Talks” davam edir04.11.2026 - 18:32
ADNSU tələbələri beynəlxalq olimpiadada04.11.2026 - 18:27
ADNSU-da “Zəfər Kuboku 2026” futbol turniri keçirilib04.11.2026 - 18:24
ADNSU-da Məzun-tələbə mentorluq proqramının birinci mərhələsi başa çatıb04.11.2026 - 18:18
“Elm və həyat” elmi jurnalının növbəti sayı təqdim olundu04.11.2026 - 17:49
AMEA-da “Ədəbi proses – 2025” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib04.11.2026 - 17:42
Sumqayıt Dövlət Universitetində hüquq və tibb ixtisasları açıla bilər04.11.2026 - 17:34
Biologiya dərsliklərinə nanotexnologiya və müasir biotexnologiya mövzuları daxil edilib04.11.2026 - 17:34
AMEA-da dünya şöhrətli fotoqraf Reza Deqatinin kitablarının təqdimatı keçirilib04.11.2026 - 17:30
Qazaxıstanlı alimlər üçün Azərbaycanda təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 17:29
Bakıda Türk Dünyası Animasiya Gününün keçirilƏcək04.11.2026 - 17:27
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək04.11.2026 - 17:20
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib04.11.2026 - 17:18
150 məktəbə şagird sayına görə maliyyə ayrılacaq04.11.2026 - 17:15
Bakıda tələbə bıçaqlandı – Saxlanılan var04.11.2026 - 17:10
ADU-nun daha bir əməkdaşına dosent elmi adı verilib04.11.2026 - 17:10
Bu universitetdə müəllimlərin maaşı artırıldı04.11.2026 - 17:06
ADU-nun doktorantları üçün elmi tədqiqat metodları müzakirə olunub04.11.2026 - 17:05
Prezidentin adından saxta fikirlər yayılır – Media və Yayım Şurası04.11.2026 - 17:00
Müəllimlərin maaşına verilən 10 və 35 faizlik əlavələr dəyişə bilər04.11.2026 - 17:00
Bağça müəllimlərinin peşəkarlığı 4 istiqamət üzrə qiymətləndiriləcək04.11.2026 - 16:50
Universitetlərdə süni intellekt dövrünün yeni təhlükələri müzakirə olunub04.11.2026 - 16:40
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır04.11.2026 - 16:30
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli: "Şəxsi və bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın, şübhəli zəng və mesajlara reaksiya verməyin"04.11.2026 - 16:03
Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub04.11.2026 - 15:22
Rasif Bağırov: “Sosial şəbəkələrdə həkim adı ilə verilən məsləhətlərə ehtiyatla yanaşmaq lazımdır”04.11.2026 - 15:19
Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur04.11.2026 - 14:57
Zəfər tariximiz – qürur salnaməmiz04.11.2026 - 14:55
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 14:52
Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb04.11.2026 - 14:50
Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub04.11.2026 - 14:44
Uşaqların Zəfər Gününə töhfəsi: “Mənim Zəfərim”04.11.2026 - 14:41
Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb04.11.2026 - 14:37
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur04.11.2026 - 14:34
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq04.11.2026 - 14:32
150 məktəbə şagird sayına görə pul ayrılacaq04.11.2026 - 14:30
DP İdarəetmə Qrupu Çinin aparıcı universitetlərində görüşlər keçirib04.11.2026 - 14:28
Müəllimlərin işə qəbul qaydaları dəyişə bilər04.11.2026 - 14:24
Azərbaycan Universitetində qazaxıstanlı alimlər üçün təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 14:20
MİQ-də ehtiyatda qalan namizədlərə şans04.11.2026 - 13:57
Küləklə bağlı xəbərdarlıq edilib04.11.2026 - 13:56
Noyabrın 9-a qədər yağış yağacaq04.11.2026 - 13:23
Tələbə kreditinə ən çox bakalavrlar üz tutur 04.11.2026 - 13:20