"Bələdiyyə seçkisində 16 128 nəfərin namizədliyi qeydə alınıb".
“Tehsil365” xəbər verir ki, bunu bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, namizədlər 23 siyasi partiyanı təmsil edirlər.
MSK sədrinin sözlərinə görə, bələdiyyə seçkisində 66 mindən artıq müşahidəçinin akkreditasiyadan keçib.
Məzahir Pənahov vurğulayıb ki, yanvarın 29-da keçiriləcək seçkidə 8071 bələdiyyə üzvü seçilməlidir.