Təhsil 365 - Logo Mobile

İdman Akademiyasının əməkdaşları ATU-nun rezidentləri ilə görüşüb -FOTO

3311.01.2025 - 13:20
İdman Akademiyasının əməkdaşları ATU-nun rezidentləri ilə görüşüb -FOTO

Yanvarın 10-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bir qrup əməkdaşı ATU-nun Tədris Cərrahiyyə Klinikasında “İdman tibbi və reabilitasiya” ixtisaslaşması üzrə magistratura proqramı çərçivəsində rezidentlərlə görüş keçirib.

Bu barədə “Tehsil355”ə akademiyadan məlumat verilib.

Bildirilib ki, əvvəlcə ATU-nun Rezidentura ve magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov tədbirin məqsədini açıqlayıb. Qonaqları toplantı iştirakçılara təqdim edən N.Xəlilov bildirib ki, artıq neçə ildir ATU ilə ADBTİA arasında işgüzar əlaqələr mövcuddur və bu əlaqələrdən biri də beynəlxalq proqram çərçivəsində klinik ixtisaslar üzrə təhsil alan rezidentlərlə bağlıdır.

Sonra ADBTİA-nın Elmi beynəlxalq əməkdaşlıq və keyfiyyət siyasəti üzrə prorektorunun müşaviri Zərifə Kamilova proqram haqqında ətraflı məlumat verib: “Akademiyamızda ingilisdilli “İdman tibbi və reabilitasiya” ixtisaslaşmasına dair magistratura proqramı üzrə təhsil aparılır. Bu proqram klinik ixtisaslar üzrə rezidenturanı və ya internaturanı bitirmiş həkimlər üçün nəzərdə tutulub, onlara idman və fiziki fəaliyyət tibbi, o cümlədən idman zədələnmələri üzrə sübutlara əsasən dərin biliklər verir. Proqram modul tiplidir. Modullardan birinin tədrisi Böyük Britaniyada aparılır. Təhsil elə təşkil olunur ki, həkimlər əsas iş yerlərini saxlamaqla proqramdan faydalana bilirlər”.

Bildirilib ki, proqram üzrə təhsil sentyabr ayından başlayır və icra müddəti 2 ildir. Təhsilhaqqı Azərbaycan Respublikasının vətəndaşları üçün 4500 AZN, əcnəbi vətəndaşlar üçün 4500 USD təşkil edir. Proqramın direktoru London Kollec Universitetinin və İdman, Fiziki fəaliyyət və Sağlamlıq İnstitutunun İdman və fiziki fəaliyyət tibbi üzrə professoru, Avropanın İdman tibbi üzrə təhsil standartının müəllifi Maykl Pol Luzmordur: “O, Böyük Britaniyanın milli idman komandalarının baş həkimi kimi idmançıları Olimpiya və Millətlər Birliyi Oyunları, Dünya və Avropa çempionatlarında müşayiət edib. Hazırda isə Beynəlxalq Olimpiya Komitəsinin (İOC) Boks üzrə İşçi Qrupunun tibbi rəhbəridir. Professor Maykl Pol Luzmor İdman və fiziki fəaliyyət tibbi sahəsində xidmətlərinə görə Böyük Britaniya Krallığı ordeninin kavaleri (MBE) mükafatı ilə təltif olunub”.

Proqramın mütləq və seçmə modullardan, dissertasiya işinin (magistr tezisinin) hazırlanmasından və klinik sessiyalardan ibarət olduğunu söyləyən Z.Kamilova qeyd edib ki, təhsil müddətində bərpa və reabilitasiya, o cümlədən yuxarı və aşağı ətraf, baş, beyin, boyun, onurğa zədələnmələri və onların reabilitasiyası, nevroloji, kardioloji reabilitasiya, hərəki fəaliyyətin fiziologiyası, fiziki fəaliyyət və sağlamlıq, tədqiqat üsulları, psixologiya, ali məktəb pedaqogikası və digər modullar aparıcı professor-müəllim heyəti tərəfindən tədris olunur.

Görüşdə çıxış edən ATU-nun Rezidentura ve magistratura şöbəsinin müdiri, dosent İlhamə Mustafayeva bu proqramın qaydaları və onun üstünlükləri haqqında rezidentlərə, eləcə də gənc həkimlərə ətraflı məlumat verib. O, həmçinin fürsətdən istifadə edərək, nizam-intizam qaydalarını bir daha rezidentlərin nəzərinə çatdırıb və hər il ənənəvi olaraq universitetimizdə keçirilən ATUREK-lə bağlı hazırlıqlar aparıldığını bildirib.

Toplantıda ADBTİA-nın Magistratura şöbəsinin müdiri vəzifəsini icra edən koordinator Könül Həsənova, ATU-nun Rezidentura və magistratura şöbəsinin müdir müavini, dosent Ləman Əlizadə və universitetimizin rezidentləri iştirak ediblər.

Aydan Ələkbərova

Xəbər Lenti

Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatıb05.02.2025 - 13:50
AzMİU-da Məzunlar Assosiasiyasının təsis yığıncağı keçiriləcək05.02.2025 - 13:36
Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub 05.02.2025 - 13:22
DİM imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb - FOTO05.02.2025 - 13:13
Mərkəzi Elmi Kitabxananın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub05.02.2025 - 13:00
Samux məktəbindəki davamiyyətlə bağlı AÇIQLAMA05.02.2025 - 12:48
Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərs zamanı halı pisləşən şagird öldü05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45
Ötən il televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr STATİSTİKASI05.02.2025 - 07:32
Dahi bəstəkar Qara Qarayevin doğum günüdür05.02.2025 - 07:18
AzMİU və UZGE İnstitutu arasında strateji görüş - FOTO05.02.2025 - 07:05
İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir05.02.2025 - 06:51
Azərbaycanlı tələbələr layihələrini Niderlandda təqdim ediblər - FOTO05.02.2025 - 06:37
MÜTDA-ya yeni direktor müavinləri təyin olundu05.02.2025 - 06:22
Tanınmış yazıçı-jurnalist vəfat edib05.02.2025 - 06:07
Bakı “Avrasiya Universitetləri Sammiti”nə ev sahibliyi edəcək05.02.2025 - 05:52
Küləkli havada mümkün qədər diqqətli olun - FHN05.02.2025 - 05:37
ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar - FOTO05.02.2025 - 05:30
Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 05:15
İlk dəfə insan beynində mikroplastik tapıldı - CNN04.02.2025 - 20:55
Millimiz Yunanıstanla qollu heç-heçə etdi04.02.2025 - 20:09
2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub04.02.2025 - 19:38
Təhsil mərkəzində atışma baş verib, 6 nəfər yaralanıb 04.02.2025 - 19:36
Bakıda şübhəli məktəbli çantası aşkarlandı - FOTOLAR+VİDEO04.02.2025 - 17:00
“ADPU 2030” Strateji İnkişaf Planı qəbul olunub - FOTO04.02.2025 - 16:40