Təhsil 365 - Logo Mobile

Dövlət orqanlarına ümumi müsahibə elan edilir

3323.01.2025 - 19:00
Dövlət orqanlarına ümumi müsahibə elan edilir

23 yanvar 2025-ci il tarixindən 92 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 512 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elanı verilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) “Tehsil365”ə məlumat verilib.

Bildirilib ki, ümumi müsahibə elan edilən vəzifələrin 15-i inzibati vəzifələrin dördüncü təsnifatına, 43-ü beşinci təsnifatına, 77-si altıncı təsnifatına və 377-si yeddinci təsnifatına aiddir. Qeyd edək ki, ümumi müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi(98 vəzifə) tərəfindən təqdim olunub. 

Eyni zamanda, ümumi müsahibə elan edilən vəzifələrdən 227-si 46 yerli icra hakimiyyəti orqanı tərəfindən, 18-i 8 məhkəmə hakimiyyəti orqanı tərəfindən,  89-u Naxçıvan Muxtar Respublikasının 20 dövlət orqanı tərəfindən təqdim edilib.

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak etmək hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;

  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;

  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;

  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;

  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;

  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 23 yanvar 2025-ci il tarixindən 21 fevral 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Aydan Ələkbərova

Xəbər Lenti

İmişlidə məktəblilərin öldüyü qəza ilə bağlı YENİLİK07.04.2025 - 10:10
Psixoloqların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib - FOTO07.04.2025 - 09:59
ADU məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi konfransı keçirilib - FOTO07.04.2025 - 09:47
UNEC ilkə imza atdı - FOTO07.04.2025 - 09:35
BANM tələbələrinin hazırladığı elmi məqalə Özbəkistanda elmi jurnalda dərc olunub - FOTO07.04.2025 - 09:22
Naxçıvanda bağçalara müdir vəzifəsinə işə qəbul üçün müsahibə keçiriləcək07.04.2025 - 09:11
"Parla" təqaüdçüləri üçün xüsusi ingilis dili təlimləri təşkil olunur - FOTO07.04.2025 - 08:59
Biləsuvar Təhsil Kompleksi yeni tədris ili üçün şagird qəbulu elan edir07.04.2025 - 08:59
Azərbaycan Kinematoqrafçılar İttifaqı “Dramaturgiyanın 36 vəziyyəti” təliminə qəbul elan edib07.04.2025 - 08:49
Gəncədə fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq07.04.2025 - 08:38
Tələbələr elektron siqaretlərin zərərləri barədə məlumatlandırılıb - FOTO07.04.2025 - 08:26
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyatın bitməsinə son 3 gün qalır07.04.2025 - 08:14
BANM-in komandası startap müsabiqəsinin qalibi olub07.04.2025 - 08:03
ADPU-nun Quba filialında nümunəvi dərs keçirilib - FOTO07.04.2025 - 07:53
Yeni məzmunlu təhsilin təşkilində müasir təlim texnologiyalarının tətbiqi müzakirə edilib07.04.2025 - 07:42
Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalı keçiriləcək07.04.2025 - 07:31
Bu gün səhnəmizin ilk balerinası Qəmər Almaszadənin anım günüdür07.04.2025 - 07:20
“Kollektiv qəbirlər: Kiş-Doxun nekropolunun təhlili” mövzusunda elmi təqdimat olub - FOTO07.04.2025 - 07:09
Uşaqların I sinfə qəbulu prosesi BAŞLAYIR07.04.2025 - 06:57
"Molla Nəsrəddin"in yarandığı gündür07.04.2025 - 06:45
DSX məktəbinin V sinfinə qəbul: Buraxılış vəsiqəsini çap edin 07.04.2025 - 06:34
“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edildi07.04.2025 - 06:22
BSU-da inklüziv təhsilə dair praktik təlim keçirilib07.04.2025 - 06:10
Şəmkirdə güclü külək məktəbin dam örtüyünü aşırıb07.04.2025 - 05:57
Yusif Məmmədəliyevlə Şarl de Qollu birləşdirən nədir? - FOTO06.04.2025 - 16:10
Bu gün tanınmış rejissor Tofiq İsmayılovun doğum günüdür06.04.2025 - 12:13
DİM bir sıra imtahanlar keçirib06.04.2025 - 11:10
ATİAHİ-nin Göygöl Rayon Komitəsinin yeni SƏDRİ06.04.2025 - 08:29
11-ci sinif şagirdi vəfat etdi - FOTO06.04.2025 - 08:17
Tələbə dəm qazından öldü06.04.2025 - 07:47
Bu qida bakteriyaları yox edir - Alimlər açıqladı06.04.2025 - 07:26
Sümük itkisi ilə bağlı TƏDQİQAT06.04.2025 - 07:04
65 şagird zəhərlənib06.04.2025 - 06:35
Dövlət qulluğu ilə bağlı test imtahanları keçirilir06.04.2025 - 06:14
Bu gün DİM-in imtahanlarında 33 min 315 nəfərin iştirakı gözlənilir06.04.2025 - 05:50
Abdulla Şaiqin Mənzil-Muzeyində “Tıq-tıq xanımın qonaqları” adlı tədbir keçirilib05.04.2025 - 17:55
Vaqif Əsədovun doğum günüdür – Xalq artisti xatırlanır05.04.2025 - 16:10
Rektor Universitetlərarası Azərbaycan Çempionatının qalibləri ilə görüşüb05.04.2025 - 15:57
Məktəbliləri daşıyan mikroavtobus aşıb, 23 şagird xəsarət alıb05.04.2025 - 13:20
Naibə Allahverdiyevaya ağır itki05.04.2025 - 11:46
Konstitusiya və suverenlik haqqında yeni nəşr05.04.2025 - 11:12
LDU-da zona fənn olimpiadası keçirilib - FOTO,05.04.2025 - 10:35
Sabah dövlət qulluğu üzrə qəbul imtahanı keçiriləcək05.04.2025 - 10:17
Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?05.04.2025 - 09:59
BANM rektoru çempion komanda ilə görüşüb05.04.2025 - 09:44
Milli Xalça Muzeyində “Gələcəkdə nə geyinəcəyik?” sərgisi açılacaq05.04.2025 - 09:26
Aprelin 6-da Dövlət İmtahan Mərkəzi tərəfindən bir neçə imtahan keçiriləcək05.04.2025 - 09:05
“Məktəbli könüllülərin yaz düşərgəsi” təşkil olunacaq05.04.2025 - 08:42