24 yanvar 2025-ci il tarixində Rövşən Əliyev adına Kəhrizli kənd tam orta məktəbində "Bil-bacar" müsabiqəsinin yanvar ayı üzrə imtahan mərhələsi baş tutub.
Tehsil365 xəbər verir ki, imtahanda iştirak edən şagirdlər arasında ən yüksək nəticəni 334 balla Çobanova Nəzrin Coşqun qızı əldə edib. Digər iştirakçıların nəticələri isə aşağıdakı kimi olub:
Paşazadə Ayan Səbuhi qızı – 332 bal
Paşayeva Fazilə Ceyhun qızı – 325 bal
İbrahimli Laura Tural qızı – 287 bal
Paşazadə Sabir Ceyhun oğlu – 254 bal
Əhmədov İbrahim Nizami oğlu – 243 bal
Məktəb rəhbərliyi müsabiqənin məqsədinin şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək, onların intellektual inkişafını dəstəkləmək olduğunu bildirib. Yüksək nəticə göstərən şagirdlər təbrik edilib və onların gələcək mərhələlərdə də uğur qazanacaqlarına ümid ifadə olunub.

