Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün keçirilən eksternat qaydasında aralıq imtahanları başa çatıb.
Bu barədə "Tehsil365"ə Məktəbəqədər və Ümumitəhsil Üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, eksternat təhsilalma formasının tətbiqində əsas məqsəd, müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaqdır.
Eksternat imtahanlarında uğur qazanan şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

