Məktəbəqədər təhsil müəssisələrində uşaqların psixoloji vəziyyətinin təhlili və onların ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə psixoloqlarla görüşlər davam edir.
“Tehsil365” xəbər verir ki, görüşlərin əsas məqsədi məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların psixoloji vəziyyətini araşdırmaq, onların zəruri ehtiyaclarını müəyyənləşdirmək və tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarını qiymətləndirməkdir.
Bu tədbirlər çərçivəsində mütəxəssislər uşaqların inkişaf səviyyəsini dəyərləndirir, onlarla fərdi və qrup şəklində iş aparır. Həmçinin, tərbiyəçi-müəllimlər üçün müxtəlif mövzularda təlimlər təşkil olunur.
Görüşlərin mütəmadi olaraq davam etdirilməsi planlaşdırılır.