Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə növbəti “Oxu, qazan!” müsabiqəsi elan edilib.
“Təhsil365” xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər Azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas Cəfər Cabbarlının “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Nəsrəddin şah” və “Ulduz” əsərlərini oxuyaraq fevralın 28-də keçiriləcək onlayn imtahanda iştirak edə bilərlər.
Müsabiqədə öncəki yarışların qaliblərinin nəticələri nəzərə alınmayacaq. İştirak üçün indidən Teleqram kanalına üzv olmaq tələb olunur.
Müsabiqənin keçirilmə qaydaları:
Tarix: 28 fevral
Saat: 21:00
Platforma: Teleqram kanalı
Test sualları eyni anda bütün iştirakçılara göndəriləcək.
Hər suala cavab vermək üçün 20 saniyə vaxt ayrılacaq.
Cavab verildikdən sonra növbəti sual yayımlanacaq.
Müsabiqədə ən çox doğru cavab verən 3 iştirakçı dəyərli hədiyyələr qazanacaq:
1-ci yer: Apple iPad planşet
2-ci yer: Honor smartfon
3-cü yer: Huawei simsiz qulaqcıq
İştirakçılara yüksəksürətli sabit internetə qoşulmaq tövsiyə olunur.
Kitabları oxumaq və ya əldə etmək üçün link:
Buradan oxuyun (Səhifə 7-157)
Müsabiqədə uğurlar!