Təhsil 365 - Logo Mobile

“Uşaq bağçalarının direktorları üçün mentorluq” layihəsinə start verilib - FOTO

3828.01.2025 - 18:00
“Uşaq bağçalarının direktorları üçün mentorluq” layihəsinə start verilib - FOTO

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə “Uşaq bağçalarının direktorları üçün mentorluq” layihəsinə start verilib.

Tehsil365 xəbər verir ki, layihənin məqsədi məktəbəqədər təhsildə beynəlxalq təcrübəyə əsaslanaraq dövlət müəssisələrində çalışan bağça direktorlarının bilik və bacarıqlarını artırmaq, onların pedaqoji idarəçilik səriştələrinin inkişafına dəstək olmaqdır.

Layihə çərçivəsində 3 bağça direktoruna mentorluq xidmətinin göstərilməsi və bu çərçivədə “İnkişaf planı”nın hazırlanması, o cümlədən uşaq bağçalarının direktorları üçün təlimlərin keçirilməsi hədəflənib.

Bu məqsədlə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda yeni direktor təyin olunan 3 bağça seçilib və həmin bağçaların direktorlarına mentorluq xidməti göstərilməyə başlanılıb. Belə ki, layihəyə Bakı şəhərində fəaliyyət göstərən 325 saylı uşaq bağçasının direktoru Hafizə Məcidova, 158 saylı körpələr evi-uşaq bağçasının direktoru Süriyyə Nuriyeva və 161 saylı uşaq bağçasının direktoru Nərgiz Zeynalova cəlb olunublar.

Mentorluq çərçivəsində seçilən bağçaların direktorları ilə birgə həmin bağçalar üçün “İnkişaf planı” hazırlanacaq. Bu məqsədlə öyrənmə mühitini dəyərləndirmək və inkişaf etdirmək üçün valideyn və müəllimlərlə sorğu keçirmək və bu sorğunun nəticələrini analiz etmək, o cümlədən direktorlarla mentorluq görüşləri keçirmək hədəflənib. Eyni zamanda, 3 bağçanın pedaqoji kollektivi üçün “Oyunəsaslı öyrənmə”, “Layihəəsaslı öyrənmə”, “Valideynlərlə səmərəli iş” mövzularında seminarların keçirilməsi nəzərdə tutulub.

Layihə zamanı yeni təyin olunan 40 uşaq bağçasının direktoru üçün beynəlxalq təcrübə əsasında təlimlər də təşkil olunacaq. Təlimlər “Uşaqyönlü təhsil mühitinin qurulması və idarə olunması”, “Valideynlərlə səmərəli ünsiyyətin prinsipləri” mövzularını əhatə edəcək. Beləliklə, iştirakçılar məktəbəqədər təhsil üzrə beynəlxalq mütəxəssis Sənəm Əliyevanın mentorluğu ilə məktəbəqədər təhsildə müasir yanaşmalar, uşaqyönlü təhsil mühitinin təşkili və dəyərləndirmə meyarları ilə tanış olacaq, öz bilik və bacarıqlarını inkişaf etdirərək müxtəlif qrup tapşırıqları vasitəsilə dünya təcrübəsi ilə tanış olmaq imkanı əldə edəcəklər.

Aydan Ələkbərova

Xəbər Lenti

İlham Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib31.05.2025 - 18:10
13 yaşlı qızla qanunsuz evlənən həbs edildi31.05.2025 - 16:10
Güclü maqnit qasırğaları gözlənilir31.05.2025 - 13:30
Bu məktəbin iki şagirdi maksimum bal topladı 31.05.2025 - 13:12
Gəncədə eyni məktəbin iki şagirdi 300 bal TOPLADI31.05.2025 - 12:50
FHN tərəfindən şəhid övladları üçün "açıq qapı günü" tədbirləri keçirilib31.05.2025 - 12:40
“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib - FOTO31.05.2025 - 12:30
Arzu Əliyeva Bakıdakı "Gallery" rəsm qalereyasında olub31.05.2025 - 12:20
Alyona Əliyeva "Zəkaların mübarizəsi" olimpiadasının qaliblərini təbrik edib31.05.2025 - 12:10
MDU Özbəkistanın üç universiteti ilə əməkdaşlıq edəcək - FOTO31.05.2025 - 11:57
Öyrənməyi sevən şagirdlər mütləq seçilirlər31.05.2025 - 11:46
Sabah 36 dərəcə isti olacaq31.05.2025 - 11:34
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb?31.05.2025 - 11:22
Bu gün Ümumdünya Himayədar Ailə Günüdür31.05.2025 - 11:10
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? - RƏSMİ CAVAB31.05.2025 - 10:49
“Qərbi Azərbaycana Qayıdış” Konsepsiyasının Özbək Dilinə Tərcüməsi Təhsil Sərgisində Təqdim Olunub31.05.2025 - 10:35
Xəzər dənizində zəlzələ oldu31.05.2025 - 09:35
Magistratura üzrə keçid balları artacaq? – DİM sədri AÇIQLADI31.05.2025 - 09:22
17 tələbə qazdan zəhərlənib31.05.2025 - 08:53
UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib31.05.2025 - 08:49
Bu gün hava necə olcaq?31.05.2025 - 08:38
Xəstəlik deyil, əzm qazandı- Sadiqdən yüksək nəticə31.05.2025 - 08:25
6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub31.05.2025 - 08:12
Tələbə xərçəngdən vəfat etdi31.05.2025 - 07:57
300 bal toplayanlar bu məktəblərin şagirdləridir- SİYAHI31.05.2025 - 07:45
Buraxılış imtahanının nəticələri elan olunub31.05.2025 - 07:32
Qabiliyyət imtahanı vermək istəyənlərin NƏZƏRİNƏ31.05.2025 - 07:21
BDU Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisində iştirak edir31.05.2025 - 07:11
ADA Universitetində VII İngilis Dili Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO31.05.2025 - 07:00
Larisa Vitkroft: Biz Azərbaycanın “Milli Proqram”nı dəstəkləyirik31.05.2025 - 06:50
BSU-nun “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” XVI beynəlxalq elmi konfransının Gəncə bölməsi keçirilib - FOTOLAR31.05.2025 - 06:40
ADA Universiteti və “Nardaran Invest” müqavilə imzalayıb - FOTO31.05.2025 - 06:30
Bağçalarda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib - FOTO31.05.2025 - 06:20
UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib - FOTO31.05.2025 - 06:10
Xüsusi internat məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub - FOTO31.05.2025 - 06:00
Türkiyənin Şəhid Ailələri və Qaziləri Dərnəyinin rəhbəri Mərkəzi Elmi Kitabxanada olub - FOTO30.05.2025 - 19:36
BDU-nun gənclər təşkilatlarının fəal üzvləri ilə görüş olub30.05.2025 - 19:24
ADNSU-nun beynəlxalq əlaqələri genişlənir: Özbəkistanın doqquz universiteti ilə memorandum imzalanıb30.05.2025 - 19:13
BDU-da professor Əhməd Abdinovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO30.05.2025 - 18:59
“Qazaxıstan-Azərbaycan: yeni üfüqlər” - beynəlxalq elmi-praktik konfrans - FOTO30.05.2025 - 18:48
Okeanoloq alim su nəqliyyatına dair beynəlxalq konfransda çıxış edib30.05.2025 - 18:36
“Azərbaycançılıq məfkurəsi: milli kimlik, dövlətçilik tarixi və qlobal çağırışlar prizmasından” – BDU-da görüş30.05.2025 - 18:25
BANM tələbələri Müstəqillik Gününü Sofiyada qeyd ediblər30.05.2025 - 18:13
AMEA-da Azıx mağarasında tədqiqatlar aparan beynəlxalq arxeoloji ekspedisiyanın heyəti ilə görüş olub - FOTO30.05.2025 - 18:02
Koreyada BMU-INHA İDP üzrə Rəhbər Komitənin iclası keçirilib - FOTO30.05.2025 - 17:49
BDU-da “Ekoloji terror və Qarabağın təbiəti” mövzusunda tədbir keçirilib - FOTO30.05.2025 - 17:37
Qarabağ folklorunun bədii-semantik xüsusiyyətləri araşdırılıb30.05.2025 - 17:25
Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar - FOTO30.05.2025 - 17:12