Təhsil 365 - Logo Mobile

Akademik İsa Həbibbəyli: Gənc alimlərin uğurları Azərbaycanın elmi və intellektual inkişafının təminatıdır - FOTO

2701.02.2025 - 07:40
Akademik İsa Həbibbəyli: Gənc alimlərin uğurları Azərbaycanın elmi və intellektual inkişafının təminatıdır - FOTO

“Gəncləri ölkənin gələcək inkişafının aparıcı qüvvəsi kimi dəyərləndirən dövlətimiz onların intellektual potensialının üzə çıxarılması, milli və müasir dəyərlər əsasında yetişdirilməsi, cəmiyyətin sosial, iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi istiqamətində mühüm siyasət aparır”.

Tehsil365 xəbər verir ki, bu fikirləri AMEA-nın Rəyasət Heyətində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli səsləndirib.

O bildirib ki, müstəqil Azərbaycanın gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyasının mühüm tərkib hissəsi olaraq formalaşıb və davamlı inkişaf yoluna qədəm qoyub: “Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti müasir çağırışlara cavab verən, innovativ yanaşmalara əsaslanan və gənclərin hərtərəfli inkişafını təmin edən dövlət strategiyasının mühüm tərkib hissəsidir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar, gənclərin təhsil, elm, mədəniyyət, idman və digər sahələrdə potensiallarını tam reallaşdırmasına geniş imkanlar açır. Eyni zamanda, Azərbaycan gəncləri beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edərək milli maraqlarımızın müdafiəsində fəal iştirak edirlər. Elmi və texnoloji inkişafı dəstəkləyən proqramlara, təşəbbüslərə verilən dövlət dəstəyi isə gənclərin öz bilik və bacarıqlarını daha yüksək səviyyədə tətbiq etmələrinə zəmin yaradır”.

İ.Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının da ölkədə elmi potensialın inkişafına və gənc tədqiqatçıların yetişdirilməsinə mühüm töhfələr verdiyini qeyd edib. Onun sözlərinə görə, akademiya gənclərin elmi fəaliyyətə cəlb olunmasına, onların tədqiqat imkanlarının genişləndirilməsinə və müasir elmi nailiyyətlərə inteqrasiyasına xüsusi diqqət yetirir: “Gənc alim və mütəxəssislərin uğurları yalnız onların şəxsi nailiyyəti deyil, eyni zamanda, Azərbaycanın elmi və intellektual inkişafının təminatıdır. Bu mənada gənclərin dissertasiya işlərinin müdafiəsi təmin edilməli, ortaya çıxan müəyyən çətinliklər vaxtında aradan qaldırılmalıdır”.

Bu gün gənc alimlərin dövlətin onlara göstərdiyi etimadı yüksək nailiyyətləri ilə doğrultduğunu, müasir çağırışlara cavab verən bilik və bacarıqları ilə ölkənin dayanıqlı inkişafına töhfə verməkdə davam etdiklərini vurğulayan AMEA prezidenti bu günlərdə akademiyada “İlin gənc alimi” mükafatı üçün müsabiqə keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin 2024-cü il ərzində nüfuzlu elmmetrik bazalarda ən çox məqalə nəşr etdirən, eləcə də məqalə sayına görə ilk üç yeri tutan elmi əməkdaşların adları səsləndirilib. Onlara isə Rəyasət Heyətinin müvafiq qərarı üzrə nəzərdə tutulan pul mükafatları verilib. AMEA üzrə ən çox elmi məqalə çap etdirənlər arasında birinci yeri MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, ikinci yeri müvafiq olaraq Seysmoloji Xidmət Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Dmitriy Kriçenko və Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayıl, üçüncü yeri isə Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov tutublar.

Akademik İsa Həbibbəyli müsabiqənin qalibi olan gənclərə Azərbaycan Milli Elmlər Akademiyasının “İlin gənc alimi” mükafatı diplomlarını və 2024-cü il ərzində nüfuzlu elmmetrik bazalarda ən çox məqalə nəşr etdirən əməkdaşlara mükafatlarını təqdim edib.

Daha sonra Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmlər doktoru Hüseyn Hüseynov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Elmir Babayev, Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Elnurə Hüseynova, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Asim Cənnətov, Lənkəran Regional Elmi Mərkəzinin elmi işçisi Mirməhəmməd Babayev və başqaları çıxış edərək son illərdə AMEA-da gənclərə yaradılan imkanların daha da genişləndirildiyini, onların elmi inkişafı üçün hərtərəfli şəraitin yaradıldığını bildirib, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin gənclərə həmişə yüksək diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıblar.

Qeyd olunub ki, dövlətimizin elmin inkişafına verdiyi yüksək qiymətin təzahürü olaraq, bu mükafatlara layiq görülmək təkcə bir fəxr deyil, eyni zamanda, böyük məsuliyyət və gələcək elmi fəaliyyət üçün stimul mənbəyidir.

Sonda akademik İsa Həbibbəyli Gənclər Günü münasibətilə gənc alim və mütəxəssisləri təbrik edib, gənclərin bilik və innovasiyaya əsaslanan uğurlarının ölkənin elmi inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, gənc alim və mütəxəssislər iştirak ediblər.

Aydan Ələkbərova

Xəbər Lenti

İkili Diplom Proqramlarına 1041 Tələbə Qəbul Olunub, 266 Nəfər Məzun Olub07.07.2025 - 19:30
Elmi Nailiyyətlərinə Görə 300 Tədqiqatçıya Aylıq Mükafat Verilib07.07.2025 - 19:20
Qarabağ Universitetinə 1154 Tələbə Qəbul Olundu, Qəbul Planı 98,5% Yerinə Yetirildi07.07.2025 - 19:10
Təhsil Tələbə Krediti Fonduna 70 Mindən Artıq Müraciət Daxil Olub07.07.2025 - 19:00
2024–2025-ci Tədris İlində Ali Təhsilə Qəbul Statistikası Açıqlanıb07.07.2025 - 18:50
İkili Diplom Proqramlarında Təhsil Alan Tələbələrin Sayı Açıqlanıb07.07.2025 - 18:40
Peşə Təhsili Müəssisələrinə Qəbul Artıb: 2024-2025-ci ildə 24 821 Nəfər Qəbul Olunub07.07.2025 - 18:30
Parlamentin Mədəniyyət komitəsində ictimai dinləmə keçirilib07.07.2025 - 18:20
İdmançılarımız İtaliyada böyük uğur qazandılar07.07.2025 - 18:10
Rəqəmsal Bacarıqlar Təmayüllü Siniflərə Qəbulun II Mərhələsi Başlayır07.07.2025 - 18:00
WorldSkills üzrə Veb-Texnologiya Yarışı Başa Çatdı07.07.2025 - 17:50
DİM-dən düzəliş - Bu ixtisas 5000 manatdır07.07.2025 - 17:00
Sertifikasiya ilə işdən çıxarılanlar hansı fənlərin müəllimləridir? 07.07.2025 - 16:56
DİM sədri: "Sualların yoxlanmasında süni intellektdən istifadə edirik"07.07.2025 - 16:52
İyulun 13-də keçiriləcək qəbul imtahanlarında iştirak edənlərin NƏZƏRİNƏ!07.07.2025 - 16:49
Növbəti tədris ili ilə bağlı vacib yenilik07.07.2025 - 16:42
Tələbələrin NƏZƏRİNƏ: təhsil haqqı ilə bağlı...07.07.2025 - 16:33
Azərbaycan Universitetində magistratura üzrə yeni ixtisas açılıb07.07.2025 - 16:25
BDU-nun 12 Məzunu Hökumətlərarası Təqaüdlə Macarıstan və Çində Təhsil Alacaq07.07.2025 - 12:25
AzTU Tələbələri Kibertəhlükəsizlik Müsabiqəsində Fərqləndi: XRİTDX ilə Əməkdaşlıq Uğurla Davam Edir07.07.2025 - 12:15
DİM Təsviri Sənət İmtahanları üzrə Apellyasiya Prosesinə Start Verir: Müraciətlər 8-9 İyulda Qeydiyyata Alınacaq07.07.2025 - 12:05
Mastrixt Universitetinin Tələbələri Dövlət Neft Fonduna Səfər Edib: İnvestisiya Strategiyası və ESG Prinsipləri Müzakirə Olunub07.07.2025 - 11:55
BDU Quba Düşərgəsi: Tələbələrin Sosial Fəallığı və Təşəbbüskarlığı Təqdir Olundu07.07.2025 - 11:45
Şərqşünaslıq İnstitutunun 6 Aylıq Elmi Fəaliyyət Hesabatı: 111 Tədqiqat İşi, 14 Kitab, 125 Konfrans İştirakı07.07.2025 - 11:35
Qəbul imtahanlarının cavabları: II və III qruplar üzrə açıqlama07.07.2025 - 11:25
Kənd təsərrüfatı üzrə yeni elmi kitab işıq üzü gördü07.07.2025 - 11:15
Bakı Mühəndislik Universitetindən Çinlə yeni təhsil təşəbbüsləri07.07.2025 - 11:00
Nazirlikdən diplom tanınması ilə bağlı qərar: 358 nəfərə mənfi cavab07.07.2025 - 10:50
Bu il ölkədə 9 yeni bağça açılacaq — Nazirlik bildirir07.07.2025 - 10:40
Rayonlarda təhsil sahəsində böyük addım – 7 məktəb tikilir07.07.2025 - 10:30
KOBİA-nın VII qrant müsabiqəsində BDU-ya uğur: tələbə və əməkdaşlar qalib oldu07.07.2025 - 10:20
Direktor və direktor müavinləri üzrə müsabiqənin nəticələri məlum oldu07.07.2025 - 10:10
“Fəzlullah Nəimi və hürufilik hərəkatı” – Şərqşünaslıq İnstitutunun yeni elmi nəşri07.07.2025 - 10:00
Beynəlxalq diplomla ali məktəbə müsabiqəsiz qəbul mümkündür07.07.2025 - 09:50
BMU məzunu Səliqə İsayeva Çində tam təqaüdlə magistratura təhsili alacaq07.07.2025 - 09:40
Çin səfiri BANM-də: Təhsil əməkdaşlığı və Çində oxuma imkanları müzakirə olunub07.07.2025 - 09:30
Haruki Murakaminin postmodern yaradıcılığına dair yeni elmi monoqrafiya nəşr olunub07.07.2025 - 09:20
Azərbaycan Universiteti və Tuscia Universitetindən MBA üzrə İkili Diplom İmkanı07.07.2025 - 09:05
Əlişa qalasında unikal su hovuzu aşkarlandı07.07.2025 - 08:50
BDU-nun “Gənc istedadlar” liseyinə 100 Azərbaycan, 52 rus bölməsi şagirdi qəbul olunub07.07.2025 - 08:40
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (II ixtisas qrupu, III ixtisas qrupu), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını buradan əldə edə bilərlər. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.07.07.2025 - 08:32
Mərakeşli jurnalistlər Nizami Muzeyini ziyarət ediblər07.07.2025 - 08:30
DİM iyulun 8-də taksi sürücüləri üçün imtahan keçirəcək07.07.2025 - 08:20
UNEC-in iqtisadiyyat jurnalı “Scopus” elmi bazasında indeksləndi07.07.2025 - 08:10
DİN yüksək texnologiyalar sahəsində təqaüd proqramı elan etdi07.07.2025 - 07:55
İyulun 8-də hava əsasən yağmursuz olacaq07.07.2025 - 07:43
Gömrük Akademiyasının tələbələrinin “Məzun günü” keçirilib - FOTO07.07.2025 - 07:32
Məktəbəqədər təhsilin təşkili strategiyalarına dair təqdimat keçirilib - FOTO07.07.2025 - 07:11