Təhsil 365 - Logo Mobile

Attestat qiymətləri universitetə qəbula nə qədər təsir edir?

38603.02.2025 - 08:10
Attestat qiymətləri universitetə qəbula nə qədər təsir edir?

“Bəzi ölkələrdə isə attestat qiymətləri birbaşa universitetə qəbul olmağa təsir edir”.

“Tehsil365” AzEdu.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis Ramin Nurəliyev qeyd edib.

Ekspertin sözlərinə görə, bir neçə fəndən 2 alan şagirdə attestatın verilməsi ilə bağlı hər hansısa bir məhdudiyyət tətbiq olunmur:

“Məlumdur ki, abituriyentlər 3 fənn üzrə buraxılış imtahanı verirlər. Əgər abituriyent burada 1 və ya 2 bal toplayarsa, həmin zəif nəticə attestata necə təsir göstərir? İlk növbədə 2 qiyməti haqqında fikirlərimi bölüşmək istəyirəm. Şagird ümumiyyətlə hər hansı bir fəndən 1, 2, 3 və ya 4 dəfə 2 qiyməti alsa da, attestat almış hesab olunur. Yəni bir neçə fəndən bu qiyməti alan şagirdə attestatın verilməsi ilə bağlı hər hansı məhdudiyyət tətbiq olunmur. Bunun həm müsbət, həm də mənfi tərəfləri vardır. Belə ki, şagirdlər düşünür ki, "müəllim mənə  2 yazsa da, mən attestatımı ala biləcəyəm".

Bu məqam onlara müsbət tərəf kimi görsənir. Ona görə də şagirdin müəllimdən və həmin fəndən müəyyən bir çəkincəsi olmur. Əslində, bu sistem Avropanın bəzi inkişaf etmiş ölkələrində də tətbiq olunur. Belə ki, şagird ümumtəhsil məktəbində davamiyyətini tamamlasa, o zaman neçə qiymət almasından asılı olmayaraq, ona müvafiq şəhadətnamə verilməlidir. Bizdə də hazırda bu sistem tətbiq olunur".

Həmsöhbətimiz əlavə edib ki, buraxılışda iştirak etmiş şagird hər üç fəndən birində aşağı nəticə göstərsə belə bu onun ümumi nəticəsinə heç bir əngəl törətmir:

“Bəs bunun mənfi cəhəti nədir? Əslində, məsələnin müəllim yönündən mənfi tərəfi var. Aydın məsələdir ki, müəllimlər şagirdlərin dərsə hazır gəlməsi və dərs oxuması üçün, həmçinin müəllimlik bacarıqlarını şagirdə isbat etmələri üçün qiymətləri bir növ "bəhanə" kimi istifadə edirlər. Yəni qiymət, müəllimin əlində bir vasitə olaraq qalır və müəllim bu vasitədən istifadə etməyə çalışır. Aşağı qiymət verdiyi zaman şagird narahat olur və bu, müəllimə bir növ təsir edici faktor kimi görünür. Lakin, bu sistemdə şagird artıq düşünür ki, “müəllim nə qədər aşağı qiymət yazarsa yazsın, mən yenə də attestatımı alacağam”.

Müasir təhsil sistemində 2 qiyməti alsa belə, şagirdin attestat alması ilə bağlı heç bir problem yoxdur. Şəxsi fikrimə görə, Avropada bəzi universitetlərdə attestat qiymətləri ilə ali məktəblərə qəbul həyata keçirilir. Məsələn,Almaniyada universitetə daxil olarkən gimnaziyada və ya gimnaziya proqramı üzrə  məktəbdə təhsilin nəticələrinə uyğun verilən sənəd (abitur diplomu) əsas götürülür. Abitur diplomu ilə universitetə imtahansız qəbul olmaq imkanı yaranır.

Bizdə attestat qiymətlərinin universitetə təsiri balların eyni olduğu təqdirdədir. Əgər iki abituriyent eyni balı toplayıbsa sonuncu bir yerə həmin attestat qiyməti daha yaxşı olan, yəni attestat ortalaması daha yaxşı olan abituriyent qəbul olunur. Yəni qəbul balından sonra ikinci baxılacaq attestat qiymət ortalamasıdır. Yəni bizim qəbulda Dövlət İmtahan Mərkəzində bu ardıcıllıq nəzərə alınır.

Bəzən şagird düşünür ki, 2 qiymətim olsa da, DİM vasitəsilə müvafiq balı toplayıb, ali məktəbə qəbul ola bilərəm. Buna görə də abituriyentlərdə narahatlıq yaranmır. Lakin bəzi ölkələrdə isə attestat qiymətləri birbaşa universitetə qəbul olmağa təsir edir. Bizdə isə ballar eyni olduğu halda, attestat qiymətləri ikinci mərhələ kimi nəzərə alınır.

Bəzi şagirdlər 2 qiymətindən qorxmurlar, amma bizim dövrümüzdə 2 qiyməti almamaq üçün əlimizdən gələni edirdik. Bu da təbii ki, şagirdin müəllim qarşısında müəyyən bir qorxu və narahatlıq hissini yaratmaqla yanaşı, dərsə daha çox diqqət yetirməyə səbəb olurdu.

9 və 11-ci sinif şagirdləri şəhadətnamə almaq üçün buraxılış imtahanında iştirak edirlər. Buraxılış imtahanında iştirak edən şagirdlər, hər üç fəndən birində aşağı nəticə göstərsələr belə, bu, onların ümumi nəticələrinə və şəhadətnamə almaqlarına əngəl yaratmır. Yəni, şagird buraxılış imtahanında 2 bal toplasa belə, yenə də attestat almış olacaq. Buraxılış imtahanında 2 alınmasının ümumi qiymətləndirməyə ciddi təsiri yoxdur. Məsələn, əgər orta məktəbdə ümumi illik qiymət 5-dirsə və buraxılış imtahanında şagird 4 alırsa, bu şagirdin attestatına 5 yazılacaq. Yəni buraxılış imtahanında aldığı 4-ün o qədər də təsiri olmayacaq.

Hazırkı vəziyyət belədir. Bu məsələdə düşünürəm ki, ciddi bir problem yoxdur, çünki müasirliyi nəzərə alaraq hər bir halda uşaqların ali təhsil almasını çox istəyirəm. Bəzi uşaqlar zəif nəticə göstərsələr də, ali təhsil alaraq müəyyən mədəniyyətə malik olur, bu da cəmiyyətimizin təhsilli olmasına müəyyən qədər təsir göstərir".

Şəms Əhmədzadə

Xəbər Lenti

“Təsviri incəsəsənət müəllimliyi” ixtisasına imtahanı verən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər16.07.2025 - 06:20
Elm və Təhsil Nazirliyinə 38 607 vətəndaş müraciəti daxil olub16.07.2025 - 06:10
İsti Hava Gəlir: Temperatur 40 Dərəcəyə Çatacaq.15.07.2025 - 19:10
BSU-da Elmi Şuranın növbəti iclası keçirilib.15.07.2025 - 19:00
Gəncədə Abituriyentlər üçün Qarabağ Universitetinin Tibb Fakültəsi ilə Bağlı Təbliğat Görüşləri Keçirilib15.07.2025 - 18:00
Dəniz təbabətinə dair ilk ensiklopediya işıq üzü gördü15.07.2025 - 16:35
MDU və “Azərbaycan İES” MMC arasında yeni əməkdaşlıq qurulub15.07.2025 - 16:30
Xəzər universitetinin əməkdaşının məqaləsi beynəlxalq jurnalda15.07.2025 - 16:24
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib15.07.2025 - 16:16
Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub15.07.2025 - 16:13
Son üç ayda ombudsmanın Çağrı Mərkəzinə ümumilikdə 3377 zəng daxil olub15.07.2025 - 14:10
Bermud üçbucağı : Həqiqət, əfsanə və elm15.07.2025 - 14:00
Gizlenen serhedlər: dünyanın en qeyri-adi dövletleri15.07.2025 - 13:50
Dördüncü “Yüksəliş”in qalibi ilə rəsmi görüş keçirildi15.07.2025 - 13:40
Bəxtiyar Vahabzadənin yubiley kitabı gürcü dilində oxuculara təqdim edildi15.07.2025 - 13:30
Dövlət qulluğu imtahanı keçirilir – namizədlərin nəzərinə!15.07.2025 - 13:20
Liseylərin qəbul nəticələri yüksəkdir – DİM sədri açıqladı15.07.2025 - 13:10
Qlobal rəqabətdə liderlik qazanan dillər15.07.2025 - 13:00
Uğurun formulu: Ən uğurlu insanların gündəlik vərdişləri15.07.2025 - 12:50
Bakı Mühəndislik Universitetinin bu ilin ən yüksək nəticə göstərən tələbəsi15.07.2025 - 12:35
Buraxılış imtahanlarının nəticələri təhlil olunub15.07.2025 - 12:30
Elmi ictimaiyyət AMEA-nın 80 illik yubileyinə hazırlaşır15.07.2025 - 12:20
BDU ilə İqtisadi İslahatlar Mərkəzi arasında yeni əməkdaşlıq15.07.2025 - 12:10
Ümumdünya Gənclərin Bacarıqları Günü: Gələcəyin Qurucularına Dəstək15.07.2025 - 12:00
Respublikada zəlzələ müşahidə olundu15.07.2025 - 11:50
“Müasir metodist” müsabiqəsində iştirakçılarla müsahibələrə start verildi15.07.2025 - 11:10
Bakı tələbə şəhərləri reytinqində öz yerini alıb15.07.2025 - 11:00
BMU müəllim və tələbələrinin Çindəki mübadilə proqramı sona yetdi- FOTO15.07.2025 - 10:50
Şagirdlərin buraxılış nəticələri yaxşılaşıb15.07.2025 - 10:40
Azərbaycan biologiya komandası IBO 2025 üçün Ankarada praktiki hazırlıq keçib15.07.2025 - 10:30
Türkiyə səkkiz xarici eSIM provayderinə girişə məhdudiyyət qoydu15.07.2025 - 10:20
İyulun 16-da günəşli və isti hava gözlənilir15.07.2025 - 10:10
“İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaitinin təqdimatı keçirilib.15.07.2025 - 10:00
Məşqçiyə azyaşlı idmançını döydüyü üçün islah işi və məşq qadağası verildi15.07.2025 - 09:50
Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb.15.07.2025 - 09:40
T-test şkalasının digər imtahanlarda tətbiqi müzakirə edilir.15.07.2025 - 09:30
114 nömrəli bağçada məcburi köçkünlərin yaşadığı hissədə yanğın baş verib.15.07.2025 - 09:20
Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri15.07.2025 - 09:10
Azərbaycan və Türkiyənin birgə elmi layihəsi: Türk mədəniyyətinin kökləri tədqiq olunur"15.07.2025 - 09:00
Məleykə Abbaszadə: Bir gündə 100 min şagirdin imtahan verməsi real deyil"15.07.2025 - 08:50
Mühasib vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.15.07.2025 - 08:40
Tələbələrin köçürülməsinə start verildi15.07.2025 - 08:30
Bu namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər15.07.2025 - 08:20
119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb15.07.2025 - 08:10
Məktəbli vəfat etdi15.07.2025 - 08:00
İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür15.07.2025 - 07:50
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçiriləcək15.07.2025 - 07:40
Tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi başlayıb 15.07.2025 - 07:30