Təhsil 365 - Logo Mobile

Polad Bülbüloğlunun doğum günüdür

9004.02.2025 - 07:23
Polad Bülbüloğlunun doğum günüdür

Bu gün Azərbaycan bəstəkarı və müğənnisi, SSR Xalq artisti Polad Bülbüloğlunun doğum günüdür.

“Tehsil365” xəbər verir ki, Polad Murtuza oğlu Məmmədov 1945-ci ilin fevralın 4-də Bakıda anadan olub. O, soyad kimi atasının ləqəbini - Bülbül götürüb.

O, 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Polad Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınıb. Kino filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və s. əsərlərin müəllifidir.

1973-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 1982-ci ildə isə Azərbaycan SSR Xalq artisti fəxri adlarını alıb.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu "Müqəddəs Knyaz Nevski" mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.

Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.

O, Qarabağa etdiyi səfərlərdə Azərbaycanın marağına uyğun apardığı bir sıra işlərə görə, "Eşq və ölüm" baletinin Moskvada tamaşa qoyulması ilə mədəniyyətə verdiyi töhfəyə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib.

2005-ci ildə "İstiqlal" ordeni ilə, 2015-ci ilin fevralın 3-də "Şərəf" ordeni ilə təltif edilib.

2016-cı ilin mayın 18-də məşhur heykəltaraş və rəssam Zurab Seretellinin "Mənim müasirlərim" adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub.

2019-cu ilin iyul ayında Polad Bülbüloğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycanın ən ali ordeni olan "Heydər Əliyev" ordeni ilə təltif edilib.

2024-cü il sentyabrın 14-də Polad Bülbüloğlu Ermitaj Mükafatının laureatı olub. Sentyabrın 17-də isə Başqırdıstanın Xalq artisti adı verilib.

O, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkisində qələbə qazanaraq Milli Məclisin VII çağırış deputatı seçilib.

2024-cü il sentyabrın 23-də Prezidentin sərəncamı ilə Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

2025-ci il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Aydan Ələkbərova

Xəbər Lenti

Qana təhsili təhlükədə: Saxta titullar ölkəni qarışdırdı30.07.2025 - 15:00
ChatGPT artıq tələbələri addım-addım öyrədir: OpenAI-dən yeni funksiya30.07.2025 - 14:55
Yeni Zelandiya tələbə vizası qaydaları 30.07.2025 - 14:45
Google süni intellekt dəstəyi ilə 2-ci rübdə 96,4 milyard dollarlıq gəlir əldə etdi30.07.2025 - 14:35
Azərbaycan Caraş Festivalında – Mədəniyyətimiz İordaniyada təqdim olunur30.07.2025 - 14:30
Yeni Zelandiyada Maori mədəniyyətini qoruyan universitet: Te Wananga o Aotearoa30.07.2025 - 14:25
ABŞ-da təhsil alan azərbaycanlıların sayı 30.07.2025 - 14:23
Kvant kompüterlərdə yeni dünya rekordu: 6,7 milyon əməliyyatda yalnız bir səhv30.07.2025 - 14:20
ABŞ-da beynəlxalq tələbələr30.07.2025 - 14:12
Təhsildə bölgə və mərkəz arasında uçurum: Seul yenə öndədir30.07.2025 - 14:06
Özəl məktəblərin təhsil haqları nə qədərdir? – Yeni qiymətlər 202530.07.2025 - 14:01
Tec de Monterrey: Təhsil və davamlı inkişafın qovuşduğu model30.07.2025 - 14:00
Sosial Mediada Yayılan Dini Dezinformasiyalara Qarşı Təhsilin Rolu və Mübarizə Yolları30.07.2025 - 13:50
Qarabağ Universiteti: 2025/2026-cı tədris ilində əlavə təhsil üzrə qəbul olmayacaq30.07.2025 - 12:30
Qarabağ Universiteti ali təhsil sərgisində təmsil olunub30.07.2025 - 12:24
“Sistemi dəyişməsək, intiharlar davam edəcək” – Təhsil ekspertindən ciddi açıqlama30.07.2025 - 12:12
Yüksək bal toplayan tələbələr niyə xaricə üz tutur? – Təhsil eksperti səbəbləri açıqladı30.07.2025 - 12:07
Lənkəranda qadın məşğulluğuna dair panel30.07.2025 - 11:25
Pedaqoji ixtisasların sayı azaldılıb – keçid ballarında artım gözlənilir30.07.2025 - 11:25
Elm və təhsil naziri Emin Əmrullayev Oğuz şəhərində sakinlərin müraciətlərini dinləyib30.07.2025 - 11:13
Məktəb psixoloqları regionlarda varmı, varsa nə qədər var? 30.07.2025 - 09:00
Video oyunları şagirdlərdə zəka, yaddaş və sosial bacarıqları gücləndirir30.07.2025 - 08:50
Uşaqların aqressiyasının artmasının səbəbi erkən yaşlarda smartfondan istifadə olunmasıdır?-ARAŞDIRMA30.07.2025 - 08:40
Xaricdə təhsil alan tələbələrdə psixoloji uyğunlaşma problemləri artır: depressiya və stress təhlükəsi ola bilər!30.07.2025 - 08:30
Təhsil və səhiyyənin kəsişməsində gənclərin sağlamlığı problemi artır30.07.2025 - 08:20
Ali təhsil müəssisələrində tələbələrin psixoloji sağlamlığı və sosiallaşma problemləri əsas məsələlərdəndir30.07.2025 - 08:10
“Səriştəyönümlü təşkilati mədəniyyətin formalaşması” mövzusunda təlim keçirilib -FOTO 30.07.2025 - 08:00
AzTU tələbələri Bakı Gəmiqayırma Zavodunda yay təcrübə proqramında uğurla iştirak edir30.07.2025 - 07:55
Qarabağ Universitetində ilk30.07.2025 - 07:52
ADU-da “Qlobal iqlim böhranına qarşı mübarizə” layihəsinin açılış mərasimi keçirilib -FOTO 30.07.2025 - 07:45
BMU-nu seçən abituriyentlər üçün 7 ixtisas üzrə 2 diplom əldə etmək imkanı30.07.2025 - 07:35
“Yüksəliş” qalibləri ilə mentorluq görüşü keçirilib30.07.2025 - 07:30
ICESCO Bakıda mədəni irsin qorunması mövzusunda ilk regional seminar keçirib30.07.2025 - 07:20
BMU-da koreyalı müəllimlərin iştirakı ilə təşkil olunan “Yay məktəbi” başa çatıb30.07.2025 - 07:15
Eureporter Naxçıvanın mədəniyyətini və dayanıqlığını önə çəkdi30.07.2025 - 07:10
Təhsil gəncləri dini radikallaşmadan necə qoruya bilər?30.07.2025 - 07:05
BMU-İNHA ikili diplom proqramına 2025/2026-cı tədris ili üçün sənəd qəbulunun tarixləri açıqlanıb30.07.2025 - 07:00
Teatr sənətinin parlaq siması: Sofiya Hüseynovanın xatirəsi anılır30.07.2025 - 06:55
Gənclərin Maarifləndirilməsinə Dəstək: “Səssiz Dünya” Layihəsinin Təqdimatı Keçirildi30.07.2025 - 06:50
ADPU bakalavriat səviyyəsinə tələbə qəbulu elan edir30.07.2025 - 06:45
Mədəniyyət naziri Adil Kərimli Şəmkirdə vətəndaşları qəbul edəcək30.07.2025 - 06:40
"Konstitusi Yay düşərgəsinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində -FOTO 30.07.2025 - 06:35
UNEC kollektivi şəhid Mürsəl Kazımlının məzarını ziyarət edib -FOTO 30.07.2025 - 06:25
Qrant Müsabiqələri üzrə Qeyri-Hökumət Təşkilatları üçün Açıq İnfosessiya30.07.2025 - 06:20
Elm və təhsil naziri Oğuzda vətəndaşları qəbul edib -FOTO 30.07.2025 - 06:10
Muğam Müsabiqəsində Gənc İstedadlar Parladı30.07.2025 - 06:00
Təhsildə Dinin Rolu: Rumıniya Təcrübəsinə Bir Baxış30.07.2025 - 05:50
Ailə mühitinin tələbələrin psixi sağlamlığına təsirlərinin dini təhsil vasitəsilə azaldılması30.07.2025 - 05:05