Təhsil 365 - Logo Mobile

Polad Bülbüloğlunun doğum günüdür

9504.02.2025 - 07:23
Polad Bülbüloğlunun doğum günüdür

Bu gün Azərbaycan bəstəkarı və müğənnisi, SSR Xalq artisti Polad Bülbüloğlunun doğum günüdür.

“Tehsil365” xəbər verir ki, Polad Murtuza oğlu Məmmədov 1945-ci ilin fevralın 4-də Bakıda anadan olub. O, soyad kimi atasının ləqəbini - Bülbül götürüb.

O, 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Polad Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınıb. Kino filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və s. əsərlərin müəllifidir.

1973-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 1982-ci ildə isə Azərbaycan SSR Xalq artisti fəxri adlarını alıb.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu "Müqəddəs Knyaz Nevski" mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.

Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.

O, Qarabağa etdiyi səfərlərdə Azərbaycanın marağına uyğun apardığı bir sıra işlərə görə, "Eşq və ölüm" baletinin Moskvada tamaşa qoyulması ilə mədəniyyətə verdiyi töhfəyə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib.

2005-ci ildə "İstiqlal" ordeni ilə, 2015-ci ilin fevralın 3-də "Şərəf" ordeni ilə təltif edilib.

2016-cı ilin mayın 18-də məşhur heykəltaraş və rəssam Zurab Seretellinin "Mənim müasirlərim" adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub.

2019-cu ilin iyul ayında Polad Bülbüloğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycanın ən ali ordeni olan "Heydər Əliyev" ordeni ilə təltif edilib.

2024-cü il sentyabrın 14-də Polad Bülbüloğlu Ermitaj Mükafatının laureatı olub. Sentyabrın 17-də isə Başqırdıstanın Xalq artisti adı verilib.

O, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkisində qələbə qazanaraq Milli Məclisin VII çağırış deputatı seçilib.

2024-cü il sentyabrın 23-də Prezidentin sərəncamı ilə Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

2025-ci il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin əsası qoyuldu15.04.2026 - 05:18
Bakıda Gənclik Mall ticarət mərkəzi istifadəyə verildi15.04.2026 - 05:06
Telman Adıgözəlov – səhnə və ekranın sevilən siması15.04.2026 - 04:54
Vəli Qədimov – klarnet sənətinin ustadı kimi yadda qaldı15.04.2026 - 04:36
Zərifə Əliyeva – Azərbaycan tibb elminin görkəmli nümayəndəsi15.04.2026 - 04:18
Sadıq Dadaşov – Azərbaycan memarlığının görkəmli simalarından biri15.04.2026 - 04:00
Sabaha yenə yağış gözlənilir14.04.2026 - 19:56
Alimlərdən yeni açıqlama: Kainatın sonu daha tez gələ bilər14.04.2026 - 19:48
DİM məktəblərə 105 mindən çox tədris vəsaiti göndərib14.04.2026 - 19:42
Azərbaycan Özbəkistanda keçirilən təhsil sərgisində təmsil olunur14.04.2026 - 19:35
Təhsilin İnkişafı Fondu 332 nəfərin IELTS xərcini qarşıladı14.04.2026 - 19:26
Titanikdən 114 il keçir: bir gecənin dəyişdirdiyi minlərlə həyat14.04.2026 - 19:21
Məktəb menyularında sağlamlıq islahatı: qızardılmış yeməklər çıxarılır14.04.2026 - 19:16
Azərbaycan alimi beynəlxalq elmi müsabiqənin qalibi olub14.04.2026 - 19:10
PIRLS 2026 ilə bağlı maarifləndirici görüşlər keçirilir14.04.2026 - 19:06
Bağçalarda erkən akademik yük nə dərəcədə doğrudur? – Məktəbəqədər təhsil eksperti açıqladı14.04.2026 - 19:02
Balakəndə “Oyunla oxuyaq” layihəsi: Süni intellekt və erkən inkişaf bir arada14.04.2026 - 19:00
BMU-da gənclərin fövqəladə hallarda roluna həsr olunan tədbir keçirilib14.04.2026 - 18:54
Evdə təhsil alan şagirdlərə dəstək layihəsinin icrasına başlanılıb14.04.2026 - 18:50
Silahlı hücum baş verən liseydə dərslər 4 gün dayandırıldı14.04.2026 - 18:46
Magistraturaya qəbul imtahanına qeydiyyat başa çatır14.04.2026 - 18:40
74 yaşlı baba nəvəsi ilə ünsiyyət üçün ingilis dili öyrənir14.04.2026 - 18:38
Bəhram Xəlilov vətəndaş qəbulu həyata keçirib14.04.2026 - 18:32
Övladları I sinfə gedəcək valideynlər mikroərazi məlumatlarını haradan öyrənə bilərlər?14.04.2026 - 18:30
“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb14.04.2026 - 18:24
Nazir müavini Qubada pedaqoji heyətlə görüşüb14.04.2026 - 18:20
Sabaha olan tibbi-meteoroloji proqnoz açıqlanıb14.04.2026 - 18:18
Azərbaycan Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur14.04.2026 - 18:14
Azərbaycan İdman Akademiyasında beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə edilib14.04.2026 - 18:10
Milli teatrımızın ilk peşəkar aktrisası - Fatma Qədri14.04.2026 - 18:08
Türkiyədə Mirzə Fətəli Axundzadənin komediyası səhnəyə qoyulacaq14.04.2026 - 18:02
Türkiyədə məktəbə silahlı hücum - 13 yaralı14.04.2026 - 18:00
Hər gün bir stəkan için - Faydaları saymaqla bitmir14.04.2026 - 17:55
Tələbələr Əfşarlar və Qacarlar dövrünün ictimai-siyasi xadimləri barədə məlumatlandırılıb14.04.2026 - 17:54
Həcc ziyarəti ilə bağlı mühüm qərar: İcazəsiz Məkkəyə giriş qadağan ediləcək14.04.2026 - 17:50
Türkiyədə 2400 il su altında qalan şəhər aşkarlandı14.04.2026 - 17:45
İqtisadiyyat İnstitutu: 68 illik şərəfli yol və yeni strateji hədəflər14.04.2026 - 17:44
Şahdağda qarın hündürülüyü 1 metri keçib - Faktiki hava14.04.2026 - 17:40
Nəhayət, ibtidai insanların danışmağa başladığı tarix müəyyən edildi14.04.2026 - 17:35
“Azərbaycan türkologiya elmi: sələflər və xələflər” adlı respublika elmi konfransına məqalə qəbulu başlanıb14.04.2026 - 17:34
Yubileyi olan Xalq artistinə "Fəxri diplom" verildi14.04.2026 - 17:30
BDU ilə Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb14.04.2026 - 17:26
“WhatsApp”ın alternativi istifadəyə verildi14.04.2026 - 17:25
Məzahi Məmmədli: “Elektron dərsliklərə keçid artıq zərurətə çevrilib”14.04.2026 - 17:21
Azərbaycanda əhalinin sayı artıb14.04.2026 - 17:20
Akademik İsmayıl Hacıyev: “Molla Nəsrəddin” yeni ədəbi mühitin formalaşmasına xidmət edən güclü məktəbdir14.04.2026 - 17:18
Azərbaycanda ən çox şikayət edilən internet provayderləri açıqlanıb14.04.2026 - 17:15
Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib14.04.2026 - 17:12