Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə vəzifəsindən azad edilib.
“Tehsil365” xəbər verir ki, bu barədə Anar Mustafazadə sosial şəbəkədə hesabında bildirib.
O qeyd edib ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Nazirin digər əmri ilə Anar Mustafazadə Bakı şəhəri 272 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyinat alıb.