Təhsil 365 - Logo Mobile

“Rus Evi”nin adı ilə bağlı RƏSMİ AÇIQLAMA

4704.02.2025 - 09:45
“Rus Evi”nin adı ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adının rus dilində yazılması ilə bağlı aidiyyəti qanunvericilik aktları ilə Azərbaycan Dövlət Reklam Agentliyinə (ADRA) verilən səlahiyyətlər çərçivəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək”.

“Tehsil365” xəbər verir ki, bu barədə Report-a ADRA-dan bildirilib.

Qeyd olunub ki, “Reklam haqqında” Qanunun 4.7-ci və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 7.1-1-ci maddələrinə görə reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər.

Məlumata görə, reklam qurğularında yerləşdirilən reklamın mətnində digər dillərdən istifadə olunduğu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır.

Agentlikdən bildirilib ki, Azərbaycan Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.1-ci bəndinə görə Dövlət Reklam Agentliyi açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulan hallarda və qaydada, həmçinin “Reklam haqqında” qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür.

Həmin Qaydanın 3.2-3.5-ci bəndlərinə əsasən Dövlət Reklam Agentliyi açıq məkanda icazə əsasında yayımlanan və yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklamlarda “Reklam haqqında” qanunun və digər qanunvericilik aktlarının pozulması hallarını aşkar etdikdə, eləcə də icazəsiz və yayım haqqını vaxtında ödəmədən reklam yayımı hallarını müəyyənləşdirdikdə, pozuntu halları təsvir olunmaqla, müvafiq akt tərtib edir və həmin pozuntuların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş verir.

Sözügedən yazılı göstərişdə nəzərdə tutulan tələblər yerinə yetirilmədikdə, qanunvericilik aktlarının müddəaları pozulmaqla yayımlanan reklamın yayımının dayandırılması istiqamətində zəruri tədbirlər görülür.

Bununla yanaşı, adıçəkilən Qaydanın 3.7-ci bəndinə əsasən Dövlət Reklam Agentliyi reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir.

Qeyd olunan faktla bağlı aidiyyəti qanunvericilik aktları ilə Agentliyə verilən səlahiyyətlər çərçivəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Aydan Ələkbərova

Xəbər Lenti

Hesablama Palatası və NDU arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO18.02.2025 - 18:36
MDU-da "İlin TGT sədri" və "İlin Tələbə klubu"nun təmsilçiləri ilə görüş keçirilib18.02.2025 - 18:16
Qəbələdə turizm sektorunun inkişafına dair görüşlər keçirilib - FOTO18.02.2025 - 17:58
NDU-da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO18.02.2025 - 17:43
Fətəli Axundzadə Naxçıvan Musiqi Kollecinin direktor müavini təyin olunub18.02.2025 - 17:29
"Android" zəng zamanı bəzi funksiyaları blok etməyə başlayıb18.02.2025 - 17:14
Məktəb yandı: Şagirdlər zəhərləndilər18.02.2025 - 17:02
Azərbaycanlı olan 17 pedaqoji işçi və 17 tələbə qanunsuz olaraq qovulub18.02.2025 - 16:49
Baku TV yeddi yaşını qeyd edir18.02.2025 - 16:32
İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub - FOTO18.02.2025 - 16:19
Prezident Ağdamda körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olub - FOTO18.02.2025 - 16:07
İlahiyyat İnstitutunun tələbələri təhsillərini Türkiyədə davam etdirəcəklər18.02.2025 - 15:56
BDU-da Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru ilə görüş18.02.2025 - 15:41
İngilis dili və ədəbiyyatı departamentinin əməkdaşının məqaləsi "Societies" jurnalında18.02.2025 - 15:27
İngilis dili və ədəbiyyatı departamentinin əməkdaşının məqaləsi "Cogent Education" jurnalında18.02.2025 - 15:13
ADPU ilə Daşkənd Universiteti elmi və akademik əlaqələr quracaq18.02.2025 - 14:52
CELT Tədris və İnkişaf Mərkəzi “TələbəPlus”a qoşuldu18.02.2025 - 14:39
UFAZ-da şagirdlər üçün infosessiya keçirilib18.02.2025 - 14:23
ATU-da yeni laboratoriya istifadəyə verilib18.02.2025 - 14:10
Velopark məktəblilərin istifadəsinə verilib18.02.2025 - 13:59
BMU-İNHA İDP tələbələri ekoloji hakatonda uğur qazanıblar18.02.2025 - 13:48
Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında pavilyonla təmsil olunur - FOTO18.02.2025 - 13:36
Aqrar Universitet ölkəmizdə kənd təsərrüfatının inkişafında mühüm yer tutur18.02.2025 - 13:24
Bu şəxslərin işə qəbulu üçün müraciət vaxtı uzadıldı18.02.2025 - 13:11
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal qazandı18.02.2025 - 12:59
BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb - FOTO18.02.2025 - 12:49
Proqram sistemlərinin keyfiyyət göstəriciləri ilə bağlı tədqiqatlar aparılacaq18.02.2025 - 12:37
DİM-də təlim: “Dövlət satınalmaları ilə bağlı yeniliklər” 18.02.2025 - 12:24
“B2 First” Kembric kvalifikasiyası imtahanı üçün qeydiyyat elan edilir18.02.2025 - 12:12
Azərbaycan Universitetində tələbələrin istehsalat, elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsi başlayıb18.02.2025 - 12:01
BDU tələbələri Türkiyənin təqaüd proqramları barədə məlumatlandırılıb18.02.2025 - 11:49
Uşaq evlərinin 247 sakini paytaxt məktəblərində təhsil alır18.02.2025 - 11:34
Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilən biblioqrafik göstərici çapdan çıxıb18.02.2025 - 11:22
“Qarabağın turizm-rekreasiya potensialı” kitabı nəşr edilib18.02.2025 - 11:08
Yazıçı-publisist Şamil Fərzəliyevin doğum günüdür18.02.2025 - 10:59
Ağıllı suvarma texnologiyasının yaradılması - seminar - FOTO18.02.2025 - 10:46
BDU-nun jurnalı EBSCO beynəlxalq məlumat bazasına daxil edilib18.02.2025 - 10:32
"Sənmisən sevdadan alışıb-yanan?" - Şeir18.02.2025 - 10:20
“Eucalyptus camaldulensis” növündən alınan yağın sənayedə tətbiqi TƏDQİQAT - FOTO18.02.2025 - 10:07
Tələbələr Tarix və Etnologiya İnstitutunda təcrübə keçirlər - FOTO18.02.2025 - 09:55
Prezident Ağdamda Təlim-Tədris Kompleksinin açılışında iştirak edib18.02.2025 - 09:42
Roberto Baggio: İtaliyanın əfsanəvi futbolçusu18.02.2025 - 09:32
Daşkənddə keçirilən konqresin iştirakçıları Muncuqlutəpə nekropolisinin metal əşyaları barədə məlumatlandırılıb - FOTO18.02.2025 - 09:19
Ernst Mach: Fizikanın Hüdudlarını Aşan Bir Zəka18.02.2025 - 09:09
İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçildi18.02.2025 - 09:00
Goranboyda elçilik qalmaqala səbəb oldu 18.02.2025 - 08:57
ADA Universiteti “Müəllim hazırlığı təlim proqramı” elan edib18.02.2025 - 08:46
Plutonu kəşf edən alim: Clyde Tombaugh18.02.2025 - 08:34