Təhsil 365 - Logo Mobile

“Boston Consulting Group” şirkətinin nümayəndə heyəti BANM-də karyera imkanlarını müzakirə edib - FOTO

2204.02.2025 - 10:52
“Boston Consulting Group” şirkətinin nümayəndə heyəti BANM-də karyera imkanlarını müzakirə edib - FOTO

“Boston Consulting Group” (BCG) şirkətinin işə qəbul üzrə baş meneceri Nilay Canbazoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-dən “Tehsil365”ə bildirilib ki, BCG nümayəndələri rektor Elmar Qasımov ilə görüşərək karyera imkanları, təcrübə proqramları, konsultasiya xidmətləri və praktiki biliklər haqqında məlumat veriblər.

Sonda tələbələr üçün xüsusi infosessiya təşkil edilib. BCG-nin təcrübəli işəgötürənləri və rəhbərliyi tələbələrə şirkət haqqında, işə qəbul prosesləri və iş mühiti haqqında ətraflı məlumat veriblər.