Xəzər Universitetinin müəllimi Elza İsmayılovanın “Koroğlu” dastanının Azərbaycan və Türkiyə variantları Avropada” adlı dərs vəsaiti çap edilib. Kitab Xəzər Universiteti Elmi Şurasının 6 may 2022-ci il tarixli 1/21-22 saylı qərarı ilə nəşrə tövsiyə olunub.
Tehsil365 xəbər verir ki, dərs vəsaitinin elmi redaktoru filologiya elmləri doktoru Muxtar Kazımoğlu (İmanov), rəyçiləri isə filologiya üzrə fəlsəfə doktorları Dilbər Zeynalova və Xatirə Yusifovadır.
Kitabda folklorşünaslığın aktual və nisbətən az tədqiq olunmuş mövzularından biri – “Koroğlu” dastanının Azərbaycan və Türkiyə variantlarının Avropa dillərinə tərcüməsi, nəşri və elmi araşdırmaları ətraflı təhlil edilir. Həmçinin Avropalı tədqiqatçıların “Koroğlu” haqqında yazdığı elmi məqalə və kitablar geniş şəkildə təqdim olunur.
Dərs vəsaiti ali məktəb müəllimləri, tələbələr və bu sahəyə maraq göstərən digər oxucular üçün nəzərdə tutulub.