Təhsil 365 - Logo Mobile

"Tələbələrin təcrübə keçəcəyi müəssisələr keyfiyyət standartlarına cavab verməlidir"

5704.02.2025 - 11:37
"Tələbələrin təcrübə keçəcəyi müəssisələr keyfiyyət standartlarına cavab verməlidir"

"Müasir əmək bazarında tələbələrin iş təcrübəsi ilə təmin olunması onların peşəkar karyerasına hazırlıq baxımından mühüm rol oynayır. Dünya təcrübəsinə nəzər yetirdikdə görürük ki, bir çox inkişaf etmiş ölkələrdə universitetlərin təşkil etdiyi istehsalat təcrübəsi rəsmi staj kimi qəbul edilir və tələbələrə gələcəkdə işə qəbul prosesində üstünlük qazandırır".

Bu fikirləri "Tehsil365"ə açıqlamasında təhsil eksperti Əli Ələkbərov bildirib.

Onun sözlərinə görə, bəzi ölkələrdə, o cümlədən Azərbaycanda, universitet tərəfindən göndərilən tələbələrin keçdiyi istehsalat təcrübəsi əmək stajı kimi tanınmır:

"Bu, məzunların iş bazarına daxil olmasını çətinləşdirən amillərdən biridir.

Bu baxımdan normativ-hüquqi bazanın yaradılması – Universitetlərdə keçilən təcrübənin rəsmi staj kimi tanınması üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir. İşəgötürənlər və universitetlər arasında əməkdaşlığın gücləndirilməsi – Təcrübə proqramlarının səmərəliliyini artırmaq üçün universitetlər və işəgötürənlər arasında rəsmi əməkdaşlıq müqavilələri imzalanmalıdır".

Ekspert bildirib ki, tələbələrin təcrübə keçəcəyi müəssisələr əvvəlcədən təsdiqlənməli və müəyyən keyfiyyət standartlarına cavab verməlidir:

"Tləbələrin təcrübə müddətində gördüyü işlər müəssisə tərəfindən rəsmi qaydada sənədləşdirilməli və bu sənədlər onların gələcəkdə staj kimi tanınması üçün hüquqi əsas yaratmalıdır. İşəgötürənlər tələbələrin bacarıqlarını inkişaf etdirmək üçün onlara mentorluq etməli və təcrübə proqramlarını yalnız formal deyil, real iş bacarıqları qazandıracaq şəkildə qurmalıdırlar. Beynəlxalq təcrübənin tətbiqi – Bir çox inkişaf etmiş ölkələrdə universitet təcrübələri əmək stajına daxil edilir. Bu modelin ölkəmizdə də tətbiqi üçün Erasmus+, DAAD və digər beynəlxalq təcrübə proqramlarının qaydalarına uyğun mexanizmlər hazırlanmalı, yerli müəssisələrlə beynəlxalq modellər arasında paralellər aparılmalıdır. Məsələn, Almaniyada tələbələr “Berufspraktikum” (peşə təcrübəsi) sisteminə əsasən işlədikləri müddətin staj kimi hesablanması üçün müvafiq sertifikatlar alırlar. Azərbaycan da belə bir sistemə keçid edə bilər".

Əli Ələkbərov deyib ki, bəzi ölkələrdə təcrübə müddəti ərzində tələbələr sığortalanır və əmək qanunvericiliyinə uyğun olaraq müəyyən sosial təminatlardan faydalanırlar:

"Bu modelin Azərbaycanda tətbiqi tələbələrin həm hüquqlarını qoruyar, həm də onlara iş bazarında əlavə üstünlük qazandırar. Məzunların rəqabət qabiliyyətinin artırılması – Rəsmi stajın tanınması məzunların iş bazarına daha tez və uğurla inteqrasiya olmasına imkan yaradacaqdır".

"Bu dəyişikliklərin həyata keçirilməsi həm tələbələrin hüquqlarının qorunmasına, həm də ölkədə peşəkar işçi qüvvəsinin daha səmərəli formalaşmasına töhfə verəcəkdir. Təhsil ictimaiyyətinin və aidiyyəti qurumların bu məsələyə diqqət ayırması və müvafiq islahatların həyata keçirilməsi vacibdir", - ekspert vurğulayıb.

Aydan Ələkbərova

Xəbər Lenti

NDU-da yeni dərslik təqdimatı04.11.2026 - 19:07
NDU-da şəhid idmançılara monoqrafiya04.11.2026 - 19:02
Rektor Avropa dilləri kafedrasında04.11.2026 - 18:48
ADU-da Orhun tələbələri ilə görüş04.11.2026 - 18:45
ADU-da elmi seminar keçirilib04.11.2026 - 18:38
ADNSU-da “Avia Talks” davam edir04.11.2026 - 18:32
ADNSU tələbələri beynəlxalq olimpiadada04.11.2026 - 18:27
ADNSU-da “Zəfər Kuboku 2026” futbol turniri keçirilib04.11.2026 - 18:24
ADNSU-da Məzun-tələbə mentorluq proqramının birinci mərhələsi başa çatıb04.11.2026 - 18:18
“Elm və həyat” elmi jurnalının növbəti sayı təqdim olundu04.11.2026 - 17:49
AMEA-da “Ədəbi proses – 2025” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib04.11.2026 - 17:42
Sumqayıt Dövlət Universitetində hüquq və tibb ixtisasları açıla bilər04.11.2026 - 17:34
Biologiya dərsliklərinə nanotexnologiya və müasir biotexnologiya mövzuları daxil edilib04.11.2026 - 17:34
AMEA-da dünya şöhrətli fotoqraf Reza Deqatinin kitablarının təqdimatı keçirilib04.11.2026 - 17:30
Qazaxıstanlı alimlər üçün Azərbaycanda təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 17:29
Bakıda Türk Dünyası Animasiya Gününün keçirilƏcək04.11.2026 - 17:27
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək04.11.2026 - 17:20
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib04.11.2026 - 17:18
150 məktəbə şagird sayına görə maliyyə ayrılacaq04.11.2026 - 17:15
Bakıda tələbə bıçaqlandı – Saxlanılan var04.11.2026 - 17:10
ADU-nun daha bir əməkdaşına dosent elmi adı verilib04.11.2026 - 17:10
Bu universitetdə müəllimlərin maaşı artırıldı04.11.2026 - 17:06
ADU-nun doktorantları üçün elmi tədqiqat metodları müzakirə olunub04.11.2026 - 17:05
Müəllimlərin maaşına verilən 10 və 35 faizlik əlavələr dəyişə bilər04.11.2026 - 17:00
Prezidentin adından saxta fikirlər yayılır – Media və Yayım Şurası04.11.2026 - 17:00
Bağça müəllimlərinin peşəkarlığı 4 istiqamət üzrə qiymətləndiriləcək04.11.2026 - 16:50
Universitetlərdə süni intellekt dövrünün yeni təhlükələri müzakirə olunub04.11.2026 - 16:40
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır04.11.2026 - 16:30
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli: "Şəxsi və bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın, şübhəli zəng və mesajlara reaksiya verməyin"04.11.2026 - 16:03
Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub04.11.2026 - 15:22
Rasif Bağırov: “Sosial şəbəkələrdə həkim adı ilə verilən məsləhətlərə ehtiyatla yanaşmaq lazımdır”04.11.2026 - 15:19
Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur04.11.2026 - 14:57
Zəfər tariximiz – qürur salnaməmiz04.11.2026 - 14:55
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 14:52
Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb04.11.2026 - 14:50
Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub04.11.2026 - 14:44
Uşaqların Zəfər Gününə töhfəsi: “Mənim Zəfərim”04.11.2026 - 14:41
Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb04.11.2026 - 14:37
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur04.11.2026 - 14:34
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq04.11.2026 - 14:32
150 məktəbə şagird sayına görə pul ayrılacaq04.11.2026 - 14:30
DP İdarəetmə Qrupu Çinin aparıcı universitetlərində görüşlər keçirib04.11.2026 - 14:28
Müəllimlərin işə qəbul qaydaları dəyişə bilər04.11.2026 - 14:24
Azərbaycan Universitetində qazaxıstanlı alimlər üçün təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 14:20
MİQ-də ehtiyatda qalan namizədlərə şans04.11.2026 - 13:57
Küləklə bağlı xəbərdarlıq edilib04.11.2026 - 13:56
Noyabrın 9-a qədər yağış yağacaq04.11.2026 - 13:23
Tələbə kreditinə ən çox bakalavrlar üz tutur 04.11.2026 - 13:20